Cəmiyyət

Cəlilabad sakinindən narkotik və psixotrop maddələr götürülüb

17 Avqust 2019 21:56
0 Şərh     Baxış: 363

Cəlilabad şəhər sakini X.Məmmədovun yaşadığı evə baxış zamanı narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Cəlilabad RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 15-də şəhər sakini, əvvəllər məhkum olunmuş X.Məmmədovun yaşadığı evə baxış zamanı 623,027 qram heroin, 2,502 qram metamfetamin və 8 ədəd fenazepam psixotrop maddə aşkar edilərək götürülüb.

Həmin vaxt evdə X.Məmmədovla birgə Bakı şəhər sakinləri E.Haqnəzərov və B.Fətəliyev də şübhəli şəxs qismində saxlanılıblar.

E.Haqnəzərovdan 1 ədəd "Motorolla" markalı radioötürücü, "Mitsubishi Pajero" markalı avtomobilinə baxış zamanı isə 1 ədəd cib bıçağı, 1 ədəd beşbarmaq və 2 ədəd radioqəbuledici aşkar edilərək götürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.