Cəmiyyət

Avazda Xəzərdə ticarət-iqtisadi əməkdaşlıq haqqında saziş imzalanılıb

11 Avqust 2019 21:20
0 Şərh     Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avazda Xəzər İqtisadi Forumunun tədbirləri çərçivəsində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan iqtisadiyyatları üzrə səlahiyyətli qurumların rəhbərlərinin iclası keçirilib.

Bu barədə Trend Türkmənistan hökumətinə istinadən məlumat verir.

Nəticədə Xəzəryanı ölkələrin hökumətləri arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş imzalanıb.

Qeyd edək ki, Avaza Milli Turizm Bölgəsində (Türkmənbaşı şəhəri, Türkmənistan) keçirilən Birinci Xəzər İqtisadi Forumu 11-12 avqust tarixlərində keçirilir.

Forumun gündəliyinə iri layihələr üçün şərait yaradılması, Xəzəryanı regionun iqtisadiyyatının qlobal kontekstdə rolu, neft və qaz, elektrik enerjisi, nəqliyyat, ticarət, kənd təsərrüfatı, turizm və Xəzəryanı ölkələrin iqtisadiyyatlarının digər sahələrində investisiya cəlbediciliyi barədə müzakirələr daxildir.

Tədbirdə ortaq investisiya layihələri və proqramlarının perspektivləri müzakirə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.