Cəmiyyət

Gürcüstandan 8 Azərbaycan vətəndaşı deportasiya edilib

9 Avqust 2019 19:34
0 Şərh     Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yanvar-iyun ayları ərzində Gürcüstandan 8 Azərbaycan vətəndaşı deportasiya edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə Gürcüstandan ümumilikdə 41 xarici ölkə vətəndaşı deportasiya olunub. Bunlar Azərbaycanla yanaşı, İran (6), Misir (5), Türkiyə (4), Anqola (2), Hindistan (2), İraq (2), Nigeriya (2), Kanada (1), Keniya (1), Özbəkistan (1), Ukrayna (1), Banqladeş (1), Konqo (1), Mərakeş (1), Nepal (1), Pakistan (1) və Haiti (1) vətəndaşlarıdır.

Məlumatda bildirilib ki, ölkədən çıxarılan əcnəbilərin əksəriyyəti 26-40 yaş arası kişilərdir.

2018-ci ildə isə 77 əcnəbi Gürcüstandan deportasiya edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.