Cəmiyyət

Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

9 Avqust 2019 10:05
Baxış: 10 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət orqanlarında çalışan, dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabineti "Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında" qərarda dəyişiklik edib.

Qərara görə, ali kateqoriya dövlət orqanlarında vəzifə maaşları 310 (əvvəl 220) manat, 1-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 295 (əvvəl 210) manat, 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında vəzifə maaşları 280 (əvvəl 200) manat, 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında vəzifə maaşları 260 (əvvəl 180) olub.

Qərar sentyabrın 1-dən qüvvəyə minir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.