Cəmiyyət

Sürücülərin nəzərinə: bu yollarda diqqətli olun!

8 Avqust 2019 17:17
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhərinin Məmməd Araz və Nəsib bəy Yusifbəyli küçələrində 8 avqust tarixində saat 22:00-dan başlayaraq səhər saatlarınadək üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə Milli.Az-a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən bildirilib.

Agentlik bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmalarını, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.