Cəmiyyət

Günün qoroskopu: Şərtlər dəyişir

9 Sentyabr 2019 00:01
25 Şərh     Baxış: 6 367

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Hadisələrin verdiyi siqnallara və işarələrə fikir verin. Nəyisə dəyişmək, güzəştə getmək gərəkdir. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Müəyyən proseslərdə dönüş anıdır. Mənasını itirmiş əlaqələri dayandırın. İllüziyalara qapılmayın, boş xəyalların əsiri olmayın.

Günün ikinci yarısında qüvvənizi və potensialınızı dürüst qiymətləndirin. Orqanizminizdə yorğunluq hiss edirsinizsə, bir qədər dincəlin. Stressin səviyyəsini aşağı salın.

Axşam saatlarında xoş işlərlə məşğul olun. Maraqlandığınız informasiyanı arayın. Müxtəlif tapıntılar və bir müddət sonra gerçəkləşdirə biləcəyiniz ideyalar istisna deyil.

Buğa - Reaksiyanız sürətli olmalıdır. Münasibətlərdə yersiz intriqalar yaratmayın. Hadisələrin axarı sürətləndiyindən özünüzü itirməyin. Peşəkar fəaliyyət müstəvisində görüləsi işlərin sayı artır.

Bir sıra məsələlərin həllini ertələməyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alın.

Yeni orientirlər seçin. Qarşınıza qoyduğunuz məqsədə çatacaqsınız. Axşam saatları pozitiv emosiyalar vəd edir.

Sizə ünvanlanmış iradları təmkinlə dinləyin. Danışan insanın sözlərində məntiq ola bilər.

Əkizlər - Baş verənləri səthi dəyərləndirməyin. Problemləri araşdırın. Mənasız ittihamların təhlilinə çox vaxt ayırmayın. İnformasiya ilə zəngin vaxtdır. Təmasları yeniləyin.

Yeni orientirləri müəyyənləşdirin.

Günün ikinci yarısında tərəfdaşlarla anlaşılmazlıqlar stress yarada bilər. Artan ambisiyalar, cari situasiyada qəfil sürətlənmə tələbləri, təşəbbüslərin anlaşılmaması çətinliklər vəd edir.

Müşkül durumun konstruktiv həllini tapın.

Axşam saatlarında hadisələr spontan istiqamətdə inkişaf edəcək. Şəriklərlə rolları dürüst paylaşın. Kəskin ziddiyyətlər yaratmayın. Ümumi məqsəd cəhdlərin sinxronlaşmasına səbəb olmalıdır.

Xərçəng - İndi və bu saat fəaliyyətə başlayın. Rəqiblərin yeni təşəbbüsləri var. Yerinizi qorumaq, mövqelərinizi gücləndirmək istəyirsinizsə, bir qədər dəyişməlisiniz. Riskli qərarlardan çəkinməyin.

Günün ikinci yarısında tərəfdaşlarla mübahisələriniz ola bilər. Sizi narazı salan arqumentləri rədd etməyin.

İşinizi tam yerinə yetirin, öhdəlikləri və vədləri unutmayın. Yeni işə başlamayın. Qəfil xəbərlər, təxribatlar sizdə təcili reaksiya istəyi yaratmamalıdır.

Dəyişikliklər sizə yeni imkanları dəyərləndirmək şansı verəcək. Axşam saatlarında tələskənliyə yol verməyin.

Şir - Enerji tonusunuza fikir verin. Xroniki problemlərin həllini ertələməyin. Bu prosesin güclənməsinin qarşısını almaq üçün mütləq şəkildə aktivləşməlisiniz. Cari işlərdə geriləməyin.

İşləri tezləşdirmək üçün süni təsirlərə əl atmayın, təzyiqlərdən yararlanmaq fikrinə düşməyin.

Günün ikinci yarısında fəaliyyət obyektini dəyişə bilərsiniz. Fövqəladə şərtlər sürətli həllər tələb edir.

Təmirə başlamaq olar. Yoxlanmamış mənbədən alınan informasiyaya inanmayın.

İşgüzar əlaqələrdə və şəxsi münasibətlərdə uğurlu zamandır. Münasibətlərin qəfil pisləşməsinə əsla imkan verməyin.

Qız - Emosional durumun məntiqi sonucunu görəcəksiniz. Fəaliyyətinizdə köklü dəyişikliklərə lüzum yoxdur. Ötənlərdəki zəhmətiniz və səylərinizdən faydalanın. İlkin sonuclar zamanıdır.

Əhvalınız kəskin şəkildə pisləşə bilər. Səbrli olmasanız, duruma nəzarət rıçaqlarını əldən buraxacaqsınız. Ətrafınızdakı yeniliklərə nəzər salın.

İşlədiyiniz kollektivdə vəziyyət qəlizləşir. İdeyalarınızı müstəqil şəkildə götür-qoy edin.

Axşam saatlarında geri çəkilməyiniz az sonra irəliləyişin ilkin mərhələsinə çevrilə bilər. İlkin təəssüratlar yanlışdır.

Tərəzi - Qarışıq, laübəli gündür. Problemlərin həllində mənasız, izafi aktivlik işlərə ziyan vura bilər. Cari situasiyanın çərçivəsində qalın. Amma spontan olaylara dərhal reaksiya verin.

Haradasa gərginlik artırsa, müvəqqəti həll yolunu tapın. Mübahisəni dayandırın, iradların sayını artırmayın.

Günün ikinci yarısında işgüzar görüşü yaddan çıxarmayın. Şəxsi münasibətlərdə sayıq olun. Təhlükəli təmayüllərdə diqqətli davranın. Ünsiyyətdə soyuqqanlı olmasanız, kəskin mübahisələr yarana bilər.

Axşam saatlarında stressli vəziyyətdən qurtulun.
 

Əqrəb - Təmkinli olun. Yaşamın diktə etdiyi şərtləri əvvəlcədən təxminləməyə çalışın. Ehtimallarınızda yanılmayın. Hazırlaşmadığınız situasiyaya düşə bilərsiniz.

Maliyyə məsələlərində, sənədlərin imzalanmasında, anlaşmaların hazırlanmasında ehtiyatlı olun. Diqqətli olun ki, önəmli məsələ nəzərinizdən qaçmasın.

Günün ikinci yarısı alış-veriş üçün uğurlu deyil. Məişət və kompüter texnikasını almağa dəyməz. Axşam saatlarında təmirə başlamaq olar.

Borcunuzun bir hissəsini qaytarın, vədləri yerinə yetirin.

Oxatan - Yaşam fəaliyyət arealınızda təcili dəyişiklikləri, proseslərin qaydaya salınmasını tələb edir. İşlərinizlə müstəqil şəkildə məşğul olun. Bəzi məsələlərin həllini başqalarına həvalə etməyə can atmayın.

Mühüm məsələlərdən birini diqqətdən qaçırmayın. Kölgədə qalmağa çalışın. Əks təqdirdə yeni tapşırıqlar alacaqsınız, yardım tələbləri eşidəcəksiniz.

Günün ikinci yarısını sakit keçirin. Səs-küylü ortam əsəblərinizi gərəcək, əhvalınızı korlayacaq.

Yaxın ətrafınızdakı insanların xətrinə dəyməyin. Onların maraqları və problemləri ilə ilgilənin. Ailə üzvlərinin istəklərindən hali olun.

Dəyər verdiyiniz insanlarla münasibətləri qoruyun.

Oğlaq - Mürəkkəb, birmənalı olmayan gündür. Hisslərinizi nəzarət altında saxlayın. İrəliləyişi sürətləndirmək üçün aktivləşin. Müstəqil çalışın, amma bədbinliyə qapılmayın. Guşənişin olmayın. Ağlınızı cari qayğılardan azad edin. Potensialınızın imkan verdiyi işlərlə məşğul olun.

Günün ikinci yarısında həddən artıq çalışmayın. Səhhətinizə fikir verin. Rasionunuzu dəyişin. İzafi etiraflar münaqişələr yarada bilər. Problemi kimsəyə təzyiq göstərmədən, mövqeləri köklü dəyişməyə çalışmadan həll edin.

Dolça - Günün ilk yarısında gərgin situasiyalar yaranacaq. Problemlər bir-birini əvəzləyir. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzu ilə sizə təzyiq göstərməyə çalışacaq. Vəziyyəti partlayış həddinə çatdırmayın. Qalmaqallar, müqavilələrin pozulması, münasibətlərin kəsilməsi istisna deyil.

Günün ikinci yarısında maraqlarınızın təminatına çalışın. Əldə etdiyiniz nəticələri qorumaq üçün müdrik və səbrli olun. Məqsədə çatmaq üçün yarıyolda qalmayın. Emosiyalarınıza nəzarət edin. Sirlərinizi yaxşı bələd olmadığınız insanlarla bölüşməyin.

Şərtlər dəyişir. Dəyişikliklərdən qorxmayın, planları yeniləyin.

Yaxın gələcəyi planlaşdırın.

Balıqlar - Planlar, istəklər, iradlar çoxdur. Fəqət bəzi dəyişikliklərin vaxtının ötdüyünü etiraf edin. Getmiş qatarın arxasınca baxmayın. Yaşam qarşınızda təcili həll tələb edən məsələlər qoyur. Yeni seçim zamanıdır.

İstəklər və gözləntilərinizi bacarıqlarınız, imkanlarınızla uyğunlaşdırmağa çalışın.

Günün ikinci yarısında təhlükəsizliyinizi təmin edin. Münaqişəli situasiyalara qatılmayın. Ən yaxşı ideyalardan biri formalaşa bilər. Yaranmış şanslardan yararlanın, situasiyanın bəxş etdiyi imkanı qulaqardına vurmayın.

Zəngin olduğunuzla bağlı illüziya yaratmağa çalışaraq bədxərclik etməyin.

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:02170

    Ata anamizin duasi qeder qeza siqortamiz ola bilmez Canlarim her zeman valideyn dualari sizleri qorusun Gününüz uqurlu olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:03140

    Mezeli statuslar-Bir seni cox isteyirem bir də,harasa gedende mene wf veren ev sahibesini:))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:04140

    Nece yasin var?-İnstaqrammda 18 , face de 19,odnoklassnikde 20,tvitterde 21 Sexsiyyet vesiqesinde 45 :)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:051512

    Kimiise soymek istəyirsənsə AKROŞKA de icinde hem qatiğ var , hem de xiyar:))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:06143

    Nənəmin səklin Faceappda duzeltdim pryamoy Qəbirsannliq geldi :)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:06110

    Əvvəllər usaq olanda qaranliqdan cox qorxardim İndi isiq pulu gelende isiqdan coxxx qorxuram :)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:07100

    Helelik bu qederrrrr))) Yuxunuz bal Esra olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 9 Sentyabr 00:08140

    A aaaa biri qaldi -Azerbaycanda problem hell etmeyin yollari-Ərə ver duzelecek,evlendir duzelecek, yandir-sondur duzelecek ,əşşi 50 vur düzelecek :))))

    Cavab yaz
    • Anonim
      delisov · 9 Sentyabr 02:091013

      he bele bele iwler.... yuxunuz bal ve dowab olsun kak vseqda

      Cavab yaz
      • Anonim
        Mahir · 9 Sentyabr 11:3830

        Ettoken.

        Cavab yaz
  • Anonim
    Ulya · 9 Sentyabr 00:371512

    Gzlərim hər axşam axtarır səni, Ürəyim yollardan qayıtmır evə. Sənsiz dalğalar da tanımır məni, Neynəyim, ürəyim heç yatmır evə. Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax, yağdı yağışlar. Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax, yağdı yağışlar Payız gəldi, qərib oldu dəniz, Bu dənizin gözü yaşlı sənsiz, Bu dənizin gözü yaşlı sənsiz. Küçələr, döngələr izindən qalıb, Yarpaq pıçıltısı sənin səsindir. İşıqlar zil qara gözündən qalıb, Bu şirin xatirə mənim bəsimdir.Dostlarım bilirlər, nələr çəkirəm, Hər axşam könlümü alırlar mənim. Hər dəfə qapımı döyən zaman qəm, Dostlarım həmdəmim olurlar mənim Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax, yağdı yağışlar. Payız gəldi, uçdu getdi quşlar, Sən də getdin, bax, yağdı yağışlar. Payız gəldi, qərib oldu dəniz, Bu dənizin gözü yaşlı sənsiz, Bu dənizin gözü yaşlı sənsiz. Bu dənizin gözü yaşlı sənsiz. Bu dənizin gözü yaşlı sənsiz.

    Cavab yaz
  • Anonim
    Ulya · 9 Sentyabr 00:391512

    Görüşdük nə çətin, ayrıldıq,ayrıldıq nə asan,Hardasan, həyatım, varmısan,varmısan,yoxmusan?Mən səni izlədim, günah tək gizlədim,gizlədim.Hər səhər, hər axşam, hər gündüz,hər gecə gözlədim.Əlvida o günlər, ulduzlu gecələr, əlvida,Ömrümdən nə qaldı,nə qaldı vəfasız dünyada?

    Cavab yaz
  • Anonim
    Ulya · 9 Sentyabr 00:411512

    Ürəyimi sənə açsam, Dərdlərimi sənə danışsam, Neylərsən mənə, görən neylərsən. Ürəyimi sənə açsam, Dərdlərimi sənə danışsam, Neylərsən mənə, Görən neylərsən. Yarama məlhəm istəsəm, Səndən imdad diləsəm, Neylərsən mənə, Görən neylərsən. Sənsiz ölərəm, desəm, sənə, Sevgilim, desəm, Səni sevirəm, desəm, Neylərsən mənə, Görən neylərsən. Qarşını kəsib ağlasam, Qapını döyüb yalvarsam, Neylərsən mənə, Görən neylərsən.

    Cavab yaz
  • Anonim
    Şemkirli · 9 Sentyabr 09:08180

    Salam Sabahiviz xeir dostlar Necesiz,Zehra Muelime(( Salam necesen Menim Etibarli Mehriban dostum islerin necedi?,,Dunenki sehfeye yazmisan Bagisla gormemisem

    Cavab yaz
    • Anonim
      Zəhra · 9 Sentyabr 16:2700

      Salam qardaş çox sağolun. Şükür Allaha hər şey qaydasındadır. :-))). İşlər də super hazırlaşırıq. Çatışmayan bəzi şeyləri almaqla məşğulam mən də. Əşyalarımı toplamağa başlamışam uje. Sən necəsən? Həə dünən yazmışdım. Bağışla şərhini gec gördüm. Sənin işlər necədi? Azərbaycana gəlmək fikrin var? İnan şərhini gördüm çox yaxşı oldum. Yaxşıki yazdın. ☺️

      Cavab yaz
    • Anonim
      Zəhra · 9 Sentyabr 16:2800

      Salam qardaş çox sağolun. Şükür Allaha hər şey qaydasındadır. :-))). İşlər də super hazırlaşırıq. Çatışmayan bəzi şeyləri almaqla məşğulam mən də. Əşyalarımı toplamağa başlamışam uje. Sən necəsən? Həə dünən yazmışdım. Bağışla şərhini gec gördüm. Sənin işlər necədi? Azərbaycana gəlmək fikrin var? İnan şərhini gördüm çox yaxşı oldum. Yaxşıki yazdın. ☺️

      Cavab yaz
      • Anonim
        // · 9 Sentyabr 18:4411

        Sevindiyindən də 2 dəfə göndərdin şərhi?

        Cavab yaz
        • Anonim
          18 :44e · 9 Sentyabr 20:2600

          Oldum gulmekden Allah sizi guldursun

          Cavab yaz
          • Anonim
            Zəhra · 9 Sentyabr 21:0700

            20:26 çox gülməyin Məhərrəm ayıdır.

            Cavab yaz
        • Anonim
          Zəhra · 9 Sentyabr 21:0700

          18:44- :)))). Setim zəif idi ona görə 2 dəfə getdi)))))))))

          Cavab yaz
          • Anonim
            // · 9 Sentyabr 22:1400

            Olan işdi)

            Cavab yaz
            • Anonim
              Zəhra · 9 Sentyabr 22:4500

              Anlayış göstərdiyinizə görə minnətdaram. ☺️

  • Anonim
    Şemkirli · 9 Sentyabr 09:09650

    Bu gun kalendarlar 09 09 2019 u gosderir kime Dokuz reqemi duserlidise ugurlar,Menimde Serhim saat 09 09 a duse ela olar

    Cavab yaz
    • Anonim
      Nə bilim · 9 Sentyabr 15:4230

      Catmıre mənə özünüz özünüzə like verəndə nə olurki? Guya başa düşülmür? Coxusuna aiddi.

      Cavab yaz
  • Anonim
    Ulya · 9 Sentyabr 11:1269

    Milli.az saat 07:00-da yazdığınız xəbərdə şərh yeri olmdığı üçün sizləri bu səhifədə təbrik edirəm. Uğurlarınız davamlı olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.