Cəmiyyət

Günün qoroskopu: Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin

15 Avqust 2019 00:01
37 Şərh     Baxış: 6 327

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ətrafınızdakı insanların emosional durumu və əhvalı sizə də təsir edəcək. Sizi anlasınlar deyə, hər şeyi maksimal dərəcədə sadələşdirməyin. Qayğıkeş olun, laqeyd insan təsiri bağışlamayın. Nöqsanlarınızın tənqidi sizi ruhdan salmasın.

Günün ikinci yarısında ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Dartışmalar, çək-çevir, münasibətlərin aydınlaşdırılması üçün yaxşı zaman deyil.

Səhhətinizi düşünün.
 

Buğa - yaşamınızın kommunikativ yönlərinə xüsusi diqqət yetirin. Diplomat olun, sərt məqamlarda qarşı tərəfin maraqlarını nəzərə alın. Dialoqun yüksək səviyyədə olmasına can atın. Belədə zəruri məsələlərdə güzəştə asanlıqla nail ola bilərsiniz.

Günün ikinci yarısında mübahisələri alovlandırmayın. Bundan sonrakı hərəkət və ya fəaliyyət istiqamətinizlə bağlı tərəddüdləriniz varsa, bir qədər nəfəs dərin. Düşünün, götür-qoy edin. Yaşananların məcrasını araşdırın.

Daxili səsinizi dinləyin. İntuisiyanız sizi aldatmayacaq.

Əkizlər - var gücünüzlə çalışmağa ehtiyac yoxdur. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çata bilərsiniz. Üstəlik, yanınızda olan insanlardan biri qayğı və işlərinizin hamısını olmasa da, əhəmiyyətli hissəsini boynuna götürməyə hazırdır.

Planlarınızı müəyyənləşdirin. Şərtlər ilk əvvəl çox mürəkkəb və ağır təsir bağışlasa da, narahat olmayın.

Optimal çözüm yolunu seçə bilərsiniz.

Günün ikinci yarısı işgüzar danışıqlar və şəxsi münasibətlər müstəvisindəki görüşlər üçün əlverişlidir.

Xərçəng - günün ilk yarısında yalnız öz qüvvənizə bel bağlamayın. Yaxın ətrafınızdakı insanlarla da tərəfdaşlığı gücləndirin. Belədə məqsədə daha tez çata bilərsiniz. Fəaliyyətinizin hansısa sahəsində problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq.

Günün ikinci yarısında romantik münasibətlərə aludə olmayın. Aktiv olun. Hərəkətdə fayda var. Qarşılıqlı anlaşmanızın olduğu insanla ünsiyyətdə yeni ideyalar əxz edə bilərsiniz. Yaxın gələcəklə bağlı ümumi planları təxirə salmayın.

Axşam saatlarında normal istirahət edin.

Şir - diqqətli və sayıq olun. Yaşanan olayları həssaslıqla izləyin. Parlayan hər şey qızıl deyil. Bununla belə, unutmayın ki, kölgədə qalan hər şey diqqətinizə dəyməz. Qəflətən nəzərinizə dəyən məsələləri araşdırın.

Günün ikinci yarısında bilik və bacarıqlarınızı peşəkar fəaliyyət müstəvisində tam reallaşdırın. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın.

Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin.

Qız - dostların yardımından, təcrübəli həmkarlarınızın məsləhətlərindən imtina etməyin. Hadisələrin axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız məlumatı dostlardan ala bilərsiniz. İnternetin yaratdığı üstünlüklərdən istifadə edin.

Günün ikinci yarısında diqqətli, təmkinli davranın. Yeni layihənin reallaşdırılması üçün yaxşı imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi - tərəfdaşlar və şəriklərlə əlaqələri intensivləşdirin. Görülən işlə bağlı vəzifə bölgüsünü dəqiqləşdirin. Ambisiyalarınız reallığı üstələməməlidir. Borcları qaytarın, bədxahların sevinməsinə imkan verməyin.

Günün ikinci yarısında pullarınızı sovurmayın. Maliyyə vəsaitinizin qədrini bilin. Borc verdiyiniz insanlara ödənişlərin vacibliyini xatırladın. Sizi maraqlandıran məsələlərdə inadkar olun. Güzəştlərə izafi meylli olmağınız zəiflik kimi dəyərləndirilə bilər.

Mühüm sənədlərin yenidən hazırlanması üçün əlverişli zamandır.

Əqrəb - yaxın ətrafınızdakı insanlarla qarşılıqlı təmaslarda harmoniyaya nail olun. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. Münasibətlərin sizə prinsipiallıqdan daha önəmli olduğunu qarşı tərəfə göstərin.

Gəlir şanslarından yararlanın.

Günün ikinci yarısında boşboğaz, intriqant, xudpəsənd insanlardan uzaq durun. Önəmli məsələni qulaqardına vuraraq ikinci dərəcəli problemlərin həllinə başlamayın. Müzakirələr və diskussiyalar üçün əlverişli zaman axşam saatlarıdır.

Oxatan - sentimental olmayın, hisslərin əsirinə çevrilməyin. Əhvalınız stabilliklə fərqlənmir. Cari situasiyaya uyğun addımlar atın. İşdə və evdə təmkinli olun. Ailə üzvlərinin müraciətlərini cavabsız qoymayın.

Günün ikinci yarısında çətin vəziyyətdən çıxış yolu mütləq var. Yalnız öz ehtiyaclarınızı düşünməyin. Doğmalara və dəyər verdiyiniz insanlara sözdə yox, əməldə yardımlar edin.

Təsərrüfat problemlərinin əhəmiyyətli qismini həll etmək olar. Dövlət qurumlarının mənsubları ilə təmaslarınızın effektiv olmasına can atın.

Sayıq davranın.

Oğlaq - günün ilk yarısı qəfil hadisələr və təəssüratlar görüş və informasiyalarla zəngindir. Mühüm məsələ ilə bağlı çıxış yolunu tapa bilərsiniz. Uzun müddətdən bəri təhtəlşüur səviyyəsində gözlədiyiniz olay yaşanacaq.

İndiyədək başlaya bilmədiyiniz, ağır sandığınız işə start verə bilərsiniz.

Günün ikinci yarısındakı olaylarda dostlar aktiv rol oynayacaqlar. Yeni ideyalar və təkliflər səslənəcək. Gözləntilərin bəzilərinin doğrulmaması problemlər yaradacaq. Hisslərinizin köləsi olmayın. Yeni məqsədə doğru irəliləyin. Stimul aramayın.

Dolça - süst və tənbəl olmayın. Qida rasionunuza fikir verin. Orqanizm üçün zərərli ərzaqlar və qidalar yeməyin. Daha çox hərəkət edin, aktiv olun. Başladığınız işləri yarımçıq qoymayın.

İmkanlarınızı və potensialınızı dəqiq qiymətləndirərək yeni layihəyə başlayın. Tələskənliyə yol verməyin. Yeni mebel almaq, kosmetik təmirə başlamaq olar.

Biznes, yaşam arealı, məişət problemlərinin həll yolları ilə bağlı yeni ideyaların yaranması istisna deyil.

Bədxərclik etməyin, maliyyə vəsaitinizin qədrini bilin.

Balıqlar - günün ilk yarısından etibarən qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə, iradə ilə irəliləyin. Nikbin olun, emosiyalara qapılmayın. Sizi nə isə narahat edirsə, bütün diqqəti işə yönəldin.

Günün ikinci yarısında gərgin situasiyada düşünülməmiş addımlar atmayın. İştahın artması, hissiyatın güclənməsi olacaq. Önəmli məsələlərdə bütün detalları hesablayın, təfərrüatlara fikir verin.
 

Milli.Az

loading...

Şərh yaz:

37 Şərh:

  • Anonim
    Esra ıbrahimli (Şamaxı) · 15 Avqust 00:35186

    Sabahiniz uqurlu, gününüz xoş və maraqlı olsun

    Cavab yaz
    • Anonim
      esraya · 15 Avqust 09:0953

      Nece kecir istirahet?

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli (Şamaxı) · 15 Avqust 10:5398

        Cox sağ olun var olun əla gedir dünən toy bu gün də yenə xalam gildə olacıq sabahdan papa tereflerə gedəcik ata nenəmi hələ gorməmişəm küsüb arvad :))

        Cavab yaz
        • Anonim
          ...Admiral · 15 Avqust 11:0378

          Salam Əsra canım bacım Necəsən istirahət necə keçir məndə dünəndən Şəkiyə gəlmişəm ailəvi qohumlarım gildəyik burda hava superdi Şamaxıda hava necədi nənəyə salam de

          Cavab yaz
          • Anonim
            Esra ıbrahimli (Şamaxı) · 15 Avqust 11:5541

            Canım qardaşım cox sağ ol mən əlayam superr istirahət əla sən də həmişə gəzməkdə hava əla gecələr buz kimi ləzət edir.qalacamhələ bir az.cənnətdi.

            Cavab yaz
  • Anonim
    ŞIR BÜRCÜ AYDIN QIZINA · 15 Avqust 08:1932

    Bu günki günü bəlkə xüsusii edək???

    Cavab yaz
  • Anonim
    t · 15 Avqust 08:485114

    QAAAAAARAAAAASKOOOOP

    Cavab yaz
    • Anonim
      Xalle · 15 Avqust 09:08293

      Səhv yazmisiz Qarğaskoop;))

      Cavab yaz
    • Anonim
      keuu · 15 Avqust 09:42123

      hahaha aaa qargaskop )))

      Cavab yaz
  • Anonim
    delisov · 15 Avqust 08:53110

    men zaren birini gozleyirem. biride cox insafsizdi cooox...

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli (Şamaxı) · 15 Avqust 11:5702

      :))

      Cavab yaz
      • Anonim
        delisov · 15 Avqust 12:2601

        mende hal hazirda Qebelede istirahetdeyem. qebeleyle Wamaxida yaxindi. gelecem Wamaxiya sakit gole. biraz oranida gezim gorey

        Cavab yaz
        • Anonim
          Dəlişkaya · 15 Avqust 12:4350

          Alacagsan onu? ))))))))

          Cavab yaz
        • Anonim
          Esra ıbrahimli (Şamaxı) · 15 Avqust 13:0900

          Sizə də gözəl istirahətlər .:))

          Cavab yaz
  • Anonim
    Esra ıbrahimli(Şamaxı) · 15 Avqust 14:0253

    Status-Yiyəsiz itlər həmişə göydəki ulduzlara hürər.

    Cavab yaz
    • Anonim
      delisov · 15 Avqust 22:3412

      men tez tez gire bilmirem bura. onagore istifade edib gereksiz ifadeler iwletmiyin.

      Cavab yaz
    • Anonim
      delisov · 15 Avqust 22:3512

      statusda kime deyilir anlamadim duzu

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli (Şamaxı) · 15 Avqust 23:4102

        Statusda biri var yuyulmamiş çomçə ona deyiıir bax biləcəksən.Gecən xeyrə yuxun da bal Məstan Esra olsun.

        Cavab yaz
    • Anonim
      delisov · 15 Avqust 22:3712

      herwey gozeldi heyatda sen bu gozelliyi anlaya duya bilsen.... mehwur mahnidan....

      Cavab yaz
      • Anonim
        delisov · 16 Avqust 00:0201

        sen dedinse yuxum niyede bal olmasinki. hal hazirda Wamaxinin havasini uduram

        Cavab yaz
        • Anonim
          Esra ıbrahimli (Şamaxı) · 16 Avqust 09:5401

          Ahaaa, biyyy, məndə Şamaxının havasın uduram nenəmgildəyəm dəəə))

          Cavab yaz
          • Anonim
            delisov · 16 Avqust 12:3800

            ay senin nenene quzu keserem ele. salam olsun mennen neneye. Allah ona can sagligi versin.

            Cavab yaz
          • Anonim
            delisov · 16 Avqust 12:3900

            nenenin insafi olsa bir menide nevesikimi devet ederdi cay sufresine

            Cavab yaz
            • Anonim
              Esra ıbrahimli (Şamaxı) · 16 Avqust 13:5600

              Cox sağ ol Allah sizə də can sağlığı uzun ömur versin.Nenəmdə insaf yoxdu :))

  • Anonim
    Deyirlər · 16 Avqust 12:5520

    toy olacag )))))))))

    Cavab yaz
    • Anonim
      delisov · 16 Avqust 19:2202

      her kes oz heyatini yawayir bezilerise gununu ona buna soz atmagnan kecirir cox tesuff

      Cavab yaz
    • Anonim
      delisov · 16 Avqust 19:2402

      nenede insaf yaratmag menlikdi Wamaxinin bir ayri gozelliyi varmiw

      Cavab yaz
      • Anonim
        Esra ıbrahimli (Şamaxı) · 16 Avqust 20:1201

        Nənəmə deyirəm bir dəlisov var gəlsin qonağ deyir sən dəli bir yanda biri də gəlsin yiqin canımı boğazıma .zarafat edirəm:)) ha ha superrdi buralar.havası suyu

        Cavab yaz
        • Anonim
          delisov · 16 Avqust 21:0502

          neneye deyinki hec narahat olmasin. deyirlerki tayli tayin tapmasa gunu ah vayla kecer. o icaze versin bir meni gorsun baxsinki deliyem ya agilli

          Cavab yaz
        • Anonim
          delisov · 16 Avqust 21:0702

          cox sevdim Wamaxinida insanlarinida supersiniz canlarim. sakit gol super. hal hazirda cuxur yurdda bir dostumun evindeyem oxya nece serindi buralar

          Cavab yaz
          • Anonim
            Esra ıbrahimli (Şamaxı) · 16 Avqust 21:4000

            Zarafatdi da edirik amma biz Şamaxililar kimi qonaqperver yoxdu.Nənəm Qubalı qizidi onlar kimi də şirindil yoxdu.

            Cavab yaz
  • Anonim
    Bildin də · 16 Avqust 21:1650

    Hamı gördü kimin kim olmağını. Tak cto dilini gisalt

    Cavab yaz
    • Anonim
      Esra ıbrahimli (Şamaxı) · 16 Avqust 21:3800

      Neymirem ki dilimi qisaldim Allahın tanidiqi bəndəyə sən dil uzada biəməzsən Şukurlər olsun ki baş yerə soxacaq heteket etmirəm məmim namusumun vəkilləri var.

      Cavab yaz
      • Anonim
        Şamaxı şoruna · 16 Avqust 21:5130

        Danışdıqca Batırsan

        Cavab yaz
        • Anonim
          Esra ıbrahimli (Şamaxı) · 16 Avqust 22:3700

          Səni tabutda yerə batıran günü məni yaduva salarsan.LA İLAHƏ İLLƏLAH.!

          Cavab yaz
          • Anonim
            delisov · 17 Avqust 00:0402

            nc nc nc sizin iwiniz gucunuz yoxdu. biz oz aramizda zarafatdida edirik. burda ne goruwen oldu nede bawqa bir wey ne qelbi qara insanlar vare

            Cavab yaz
            • Anonim
              Esra ıbrahimli (Şamaxı) · 17 Avqust 09:3200

              Boş ver cəhənnəmə qədər yolu var onun peşəsi məni izləməkdi.lap tutaq ki zarafat etmirəm ciddiyəm buna və kimə nə? Allaha tapsiriram.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.