Cəmiyyət

"Türk Hava Yolları"ndan viza rejiminin ləğvi ilə bağlı ÖZƏL: Aviadaşımalar artacaq

26 İyul 2019 13:06
Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Viza rejiminin ləğv edilməsi "Türk Hava Yolları" ilə Azərbaycana daşınmaları artıracaq.

Milli.Az xəbər verir ki, bunu özəl olaraq Trend-ə "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfulla İlyas deyib.

Direktorun sözlərinə görə, Azərbaycana səfər edən Türkiyə vətəndaşları daha öncə də çox asan şəkildə viza alırdılar. Lakin viza rejiminin ləğvi ilə Türkiyədən Azərbaycana gələn turistlərin sayı artacaq.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu sentyabr ayının 1-dən etibarən Azərbaycanın Türkiyə vətəndaşları üçün tətbiq edilən viza rejimini ləğv edəcəyi barədə bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi isə Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlandığını təsdiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.