Cəmiyyət

Maqnit qasırğasının səviyyəsi açıqlandı

23 İyul 2019 18:37
0 Şərh     Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Milli.Az bildirir ki, rəsədxanadan Trend-ə verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Lakin ləkənin inkişafını mümkün edə bilən sahə yaranmaqdadır.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub.

Geomaqnit sahə, son saatlar ərzində ümumən çox sakitdir.

Bildirilir ki, proqnoz dövründə (bu gün və sabah) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Maqnit qasırğasının yaranması ehtimalı 23 və 24 iyulda 5%-dən aşağı qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.