Cəmiyyət

Ağdamın işğalından 26 il ötür

23 İyul 2019 00:03
4 Şərh     Baxış: 1 023

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 26 il keçir.

Milli.Az Trend-ə istinadən bildirir ki, 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam rayonunun işğalı nəticəsində 6 milyard 179 milyon dollar məbləğində ziyan dəyib. Təkcə kənd təsərrüfatı sahəsinə dəyən ziyan 992,8 milyon manat dəyərindədir. Ağdam uğrunda gedən döyüş zamanı 6 mindən çox insan şəhid olub.

Milli.Az

Şərh yaz:

4 Şərh:

  • Anonim
    rufet · 23 İyul 02:0970

    26il keçir.Tarixə uzun il davam edən müharibəyə düşəçək.Kimisi milyonluq saatın itirir kimisi villa tikdirir.Allah vətən uğrunda şəhid olanlara rəhmət eləsin.

    Cavab yaz
  • Anonim
    Roya · 23 İyul 06:4570

    Her defe rayonlarımızın işğal günlerini xatırlayırıq.Artıq rayonlarımızın işğaldan azad olunduğu günleri xatırlayıb qeyd etmek isteyirik.

    Cavab yaz
  • Anonim
    Falcon · 23 İyul 09:0130

    Az vaxt deyil, cox da deyil, zaman var qaytarmaq ucun, inshallah yaxin bir gunlerde qayidar.

    Cavab yaz
  • Anonim
    asi · 23 İyul 11:0730

    Işğal günlərinə yazacaq bir məntiqli söz tapmıram..Bircə onu bilirəm ki, ermənilərin işğal etmək istədiyindən daha artığını verdik biz onlara...Bunda həm biz sakinlərin, həm də başqalarının günahı oldu..70 illik sovet boyunduruğundan çıxmış bir millət torpaq vətən anlayışının korşaldığı bir zamanda qəfil hücuma qarşı əzimkarlıq nümayiş etdirə bilməzdi..Həm də onlara ali səviyyədə dəstək olmayandan sonra..4 il canla başla vuruşub, canını, malını yad qələbə uğrunda qoyan bir millət özünü müdafiə edə bilmədi yox, etmək gücündə olmadı..Bax bu ağrılıdı...Yoxsa ki, torpaqdı, sabah alınsa, yenidən tikilib qurulacaq, həyat bərpa olunacaq, ölənlər unudulacaq, yaşayanlar inkişaf edəcək..Alınacaqmı?? Bir də hələ bu sualın hamıya məchul qalan cvbı var...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.