Cəmiyyət

Azərbaycanda toyda zəhərlənənlərdən XƏBƏR VAR - YENİLƏNİB - FOTO

20 İyul 2019 11:17
1 Şərh     Baxış: 5 435
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20.07.2019
11:17

Ötən axşam Şirvanda toy mərasimində zəhərlənən şəxslər evə buraxılıblar.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Şirvan Rayon Polis Şöbəsindən məlumat verilib. Qeyd olunub ki, dünən axşam Şirvanda şadlıq evlərinin birində toy mərasimində zəhərlənən şəxslərin hər biri artıq evə buraxılıb. Bildirilib ki, ümumilikdə 20 nəfər insan xəstəxanaya daxil olub, onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə yola salınıblar.

Şöbədən əlavə ediblər ki, baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, iyulun 19-da axşam saatlarında Şirvanda şadlıq evlərinin birində toy mərasimi zamanı zəhərlənmə hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, zəhərlənməyə şadlıq evindəki toy zamanı pirotexniki vasitənin yandırılması ilə tüstünün ətrafa yayılması səbəb olub.

-----------
10:23

Dünən Şirvan şəhərində toyda zəhərlənənlərin hamısı evə buraxılıb.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən qafqazinfo-ya bildirilib ki, "Yeganə" şadlıq sarayında baş tutan toy mərasimində aş gətirilərkən havaya atılan pirotexniki vasitə keyfiyyətsiz olduğundan insanlara pis təsir edib. 

İlk olaraq 9 nəfər xəstəxanaya müraciət edib, daha sonra isə 11 nəfər də özünü pis hiss etdiyini bildirərək tibb müəssisəsinə üz tutub. 

Onların hər biri müayinə olunub, yalnız 9 nəfərdə yüngül zəhərlənmə halı aşkarlanıb. İlkin tibbi yardım göstərildikdən sonra müraciət edən 20 nəfərin hamısı gecə saat 00:30-dək evə buraxılıb, onların vəziyyəti normaldır.

Xəstəxanadakı mənbə bildirib ki, ilk 9 nəfər müraciət edəndən sonra restoran rəhbərliyinin zəhərlənən şəxslərə kompensasiya verəcəyi haqda məlumat yayılıb. Daha sonra özünü pis hiss etdiyini deyən növbəti 11 nəfər də bura gəlib. Lakin həmin 11 şəxsdə heç bir zəhərlənmə halı aşkar edilməyib. 

-----------------
19.07.2019
21:59

Şirvan şəhərində yerləşən "Yeganə" şadlıq sarayında kütləvi zəhərlənmə olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, zəhərlənməyə toy zamanı istifadə edilən pirotexniki vasitə səbəb olub.

Nəticədə 10-dan çox şəxsin zəhərləndiyi bildirilir. Onlar dərhal xəstəxanaya çatdırılıblar.

Hazırda Şirvan rayon Polis İdarəsinin əməkdaşları hadisə yerindədir. Sözügedən restorana təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.