Cəmiyyət

Azərbaycanda qızılgül yığımında məhsuldarlıq 20 faiz artıb - Lavanda yığımı isə...

17 İyul 2019 07:53
Baxış: 4 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaqatalada qızılgül yığımı başa çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Zaqatala rayonunda qızılgül yetişdirilməsi ilə məşğul olan "Azrose" Məhdud Məsuliyyətli Cəmiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən illə müqayisədə qızılgül yığımı bu il daha məhsuldar olub: "181 hektar gül sahəmiz var. Onun 36 hektarı lavanda gülü, 145-i isə qızılgül sahəsidir. Bu il 145 hektardan 121 hektarında qızılgül yığımı aparılıb. 2018-ci ildə 64 hektar qızılgül sahəsindən 120 ton gül ləçəyi toplanıb. Bu il isə 121 hektar qızılgül sahəsindən 280 ton gül ləçəyi toplanıb. Bu da ötən ilə nisbətən məhsuldarlığın 20 faiz artımı deməkdir. Yəni ötən il bir hektar qızılgül sahəsindən 1 ton 800 kiloqram məhsul götürmüşdüksə, bu il bir hektardan 2 ton 300 kiloqram götürmüşük".

Şirkətdən bildiriblər ki, hazırda lavanda gülünün yığımı isə davam edir: "Bu səbəbdən məhsuldarlıqla bağlı konkret rəqəm demək çətindir".

Qeyd edək ki, daha öncə şirkətin məsul əməkdaşı Trend-ə Fransa, İsveçrə, Almaniya və Bavariyaya qızılgül yağı və lavanda yağı ixrac etmək üçün danışıqlar aparıldığını qeyd etmişdi. Məlumata görə, həmin yağlar "Made in Azerbaijan" brendi altında, "Roseoil" və "Lavandoil" adı ilə ixrac ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.