Cəmiyyət

Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü - 20 gün idi ana olmuşdu... - Övladı qətlə yetirilən məşhurlarımız

16 İyul 2019 11:44
3 Şərh     Baxış: 19 978
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Övladı qətlə yetirilən, bu cür acını yaşayan çoxlu sayda məşhurlar var.

Milli.Az musavat.com-a istinadla xəbər verir ki, daha bir övlad acısının dəhşətini yaşayan mərhum xalq artisti Nuriyyə Əhmədovadır. Belə ki, onun 20 yaşlı qızı İlahə 1996-cı ildə psixi xəstə olan əri tərəfindən öldürülüb. Aktrisanın qızı öldürülən zaman 20 günlük ana olub və anasının gözü qarşısında qətlə yetirilib, elə onun qucağındaca can verib.

Mərhum Nuriyyə Əhmədova müsahibələrinin birində hadisəni bu cür xatırlayıb: "Oğlan Aviasiyada oxuyurdu, vermək istəmirdik. Qızı başdan elədi, deyirdi ki, ana, yazıqdır, anasız oğlandır, ona getməsəm, özünü öldürəcək. Götürdü qaçırdı balamızı. Əlac kəsildi, toyunu elədik. Qız hamilə olanda, uşaq təzə olanda bizimlə qalırdılar. Səhər tez durub öz balam kimi qulluğunda dururdum, onu dərsə yola salırdım. Sən demə, oğlan psixi xəstə imiş, anası nə qədər ki, sağ imiş, bunu vaxtlı-vaxtında müalicə etdirirmiş. Ana rəhmətə gedəndən sonra ata boş buraxıb, müalicə etdirməyib. Qızın da bundan xəbəri yox. Bizə də məhkəmə prosesində dedilər. Tutmasının vaxtı gəlib, qızımızı bədbəxt elədi..."

Məşhur diktorlar Roza Tağıyeva və Rafiq Hüseynovun ailəsində baş verən övlad faciəsi isə zamanında hər kəsi dəhşətə gətirib. Məlumata görə, cütlüyün Rövşən adlı oğlunu kimlərsə doğrayıb, qətlə yetirmiş, meyitin qalıqlarını isə çemodana yığılıblar.

Qeyd edək ki, Rövşən Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi imiş. Dəhşətli hadisənin hansı səbəbdən törədilməsi bu günə qədər də sirr olaraq qalır. Faciədən bir müddət sonra məşhur cütlük ayrılmaq qərarına gəliblər.

Görkəmli aktyor Həsənağa Turabov da övlad acısı yaşamış sənətkarlardan biridir. Onun böyük oğlu Daşqın Turabov aktyorluq fakültəsini bitirsə də, sonradan əlavə təhsil alaraq polisdə işləməyə başlayıb. Təyinatla Siyəzənə göndərilən D.Turabov orada balıq mafiyasını zərərsizləşdirərkən gülləyə tuş gəlib və yerindəcə dünyasını dəyişib.

Həyatın heç bir çətinliyi qarşısında əyilməyən Həsənağa Turabov oğlunun faciəvi ölümündən sonra sağlamlığında kəskin problemlər yaşamağa başlayıb və uzun sürən xəstəlikdən sonra 2003-cü ildə dünyasını dəyişib.

Xalq şairi Fikrət Qocanın 57 yaşlı oğlu Yalçın Qocayev döyülərək öldürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.