Cəmiyyət

"Şəkidə hadisə zamanı xəsarət alan bir nəfərin vəziyyəti ağırdır, ölən yoxdur"

14 İyul 2019 18:35
5 Şərh     Baxış: 3 328

Hadisə bu gün saat 12.00 radələrində baş verib və Dövlət Turizm Agentliyinin əməkdaşları hadisə barədə məlumat alan kimi Şəkiyə yollanıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Şəki Xan sarayında Xan çinarın budağı qırılması və 19 nəfər xəsarət alması barədə jurnalistlərin suallarını cavablandıran Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

F. Nağıyev hazırda digər müvafiq dövlət qurumlarının əməkdaşlarının da hadisə yerində olduğunu söyləyib: "Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Xəsarət alanlardan 12 nəfər Azərbaycan vətəndaşı, 2 nəfər Rusiya, 5 nəfər Suriya vətəndaşıdır. Hazırda xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir Fövqəladə Hallar Nazirliyinin helikopteri artıq Şəkidə aeroportdadır. Bakıdan təcrübəli mütəxəssislər Şəkiyə gəlib və məhz onlar xəsarət alanlardan neçə nəfərin Bakıya aparılmasına qərar verəcək".

Dövlət Turizm Agentliyinin sədri qeyd edib ki, xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya göndəriləcək: "Digər 3 nəfər isə helikopter vasitəsi ilə Bakıya göndəriləcək".

F. Nağıyev hadisə nəticəsində ölüm halının olması barədə yayılmış məlumatın həqiqəti əks etdirmədiyini nəzərə çatdırıb: "Bir nəfərin vəziyyəti ağırdır. Məsələ ilk dəqiqdən Prezident İlham Əliyevin şəxsi nəzarətindədir".

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Ehtisham · 14 İyul 20:3960

    Allah hamisina şefa versin.xan sarayi göze geldi

    Cavab yaz
  • Anonim
    QQ · 14 İyul 22:2522

    Şəki Azərbaycanln Milli - Mənəvi dəyərləri sırasına qatılan kimi bu hadisənin baş verməsi təxribat versiyası üzərində işləməyə əsas verir.Düşmən əli ola bilər.

    Cavab yaz
    • Anonim
      BAXA · 15 İyul 09:5100

      iki gun durmadan yagis yagdi, o agacların yasi 500 den coxdur, diametri 5 m den coxdur, ora gelen hami sekil cekdirir.tebii hadisedir,

      Cavab yaz
    • Anonim
      Shekili · 15 İyul 10:0800

      Ağaca ne təxribat.sadece ağaç qocalıb

      Cavab yaz
  • Anonim
    Shekili · 15 İyul 10:1100

    Sadece ağaç qocalıb.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.