Cəmiyyət

Ay yenə gizlənəcək

13 İyul 2019 22:43
0 Şərh     Baxış: 620

İyulun 17-də ilin ikinci Ay tutulması hadisəsi olacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qismən baş verəcək tutulma saat 00:03-də başlayacaq və saat 02:59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01:31-də qeydə alınacaq.

Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Xatırladaq ki, ilk tutulma yanvarın 21-də qeydə alınmışdı. İlk Ay tutulması səhər saatlarında baş verdiyi üçün Azərbaycanda müşahidə etmək mümkün olmamışdı.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.