Cəmiyyət

Azərbaycan və rusiyalı seysmoloqlar Xəzər dənizi regionunda birgə tədqiqatlar aparacaqlar

9 İyul 2019 19:20
0 Şərh     Baxış: 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin təşkilatçılığı ilə Moskvada "Xəzər regionunun mineral xammal bazası" mövzusunda keçirilən müzakirələrdə iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səfər çərçivəsində RSXM-nin baş direktoru ikitərəfli əməkdaşlığın imkişafına dair bir sıra görüşlər də keçirib. Həmçinin Serqo Orjonikidze adına Rusiya Dövlət Geoloji kəşfiyyat Universiteti ilə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında "Elmi-texniki əməkdaşlıq" haqqında razılaşma imzalanıb. Sənədi Serqo Orjonikidze adına Rusiya Dövlət Geolojikəşfiyyat Universitetinin rektoru Vadim Kosyanov və AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli imzalayıblar. Razılaşmada ikitərəfli əməkdaşlıq çərçivəsində əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi, Xəzərdənizi hövzəsi ilə bağlı birgə elmi tədqiqatların aparılması, ekoloji risklərin öyrənilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.