Cəmiyyət

Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edirlər?

7 İyul 2019 09:01
0 Şərh     Baxış: 1 882
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda nəqliyyatçılar 791,1 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, sərnişinlərin 87,3 faizi avtomobil, 12,5 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 690,4 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 0,9 faiz azalaraq 98,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 856,2 min və ya 3,4 faiz çox sərnişin daşınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.