Cəmiyyət

Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə...

5 İyul 2019 07:48
1 Şərh     Baxış: 6 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə ucuzlaşıb.

Milli.Az bildirir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, may ayında təkrar mənzil bazarında qiymətlərdə 0.61 faiz artım olub, ötən illə müqayisədə isə artım 2.91 faiz təşkil edib.

Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3.23 faiz azalıb, lakin ötən illə müqayisədə 1.64 faiz azalma olub:

"İlkin mənzil bazarında ucuzlaşma onunla bağlıdır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər qalxıb və artıq ucuzlaşmağa başlayır".

N.İbrahimov, həmçinin həyət evlərinin qiymətində bahalaşma olduğunu bildirib. Onun sözlərinə görə, həyət və bağ evlərinin qiymətində ay ərzində 6.11 faiz artım, il ərzində isə 1.83 faiz azalma olub.

Ekspert qeyd edib ki, artım mövsümi xarakter daşıyır. Belə ki, yay mövsümü yaxınlaşdıqca həyət və bağ evlərinə tələbat artır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.