Cəmiyyət

Evə girən oğrular mənzili talan ediblər

2 İyul 2019 22:21
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Evə girən oğrular mənzili talan ediblər.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Bakının Binə qəsəbəsində "Südçülük sovxozu" adlanan ərazidə baş verib. Evin boş olduğunu bilən oğrular evdə olan bütün bahalı əşyaları özləri ilə aparıblar.

Səbuhi Hüseynovun sözlərinə görə, o, ehtimal edir ki, oğrular bir neçə gün onun evini izləyiblər. Hətta onlar o qədər rahat olublar ki, evin zirzəmisindən açarları götürərək kombini və dəmir radiatorları səliqəli şəkildə söküb aparıblar.

Zərərçəkən deyir ki, o, evinə qayıtmasaydı, evdə qalan digər əşyaları da oğurlayacaqdılar.

Faktla bağlı ərazi üzrə polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.