Cəmiyyət

Azərbaycanın yeni milyarderi Zaur Mişiyev - Məşhur şirkəti aldı - FOTO

27 İyun 2019 13:49
2 Şərh     Baxış: 4 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskvada məşhur "Mosxoztorq" mağazalar şəbəkəsinin nəzarət səhm paketi "Falcon Home Distribution" şirkətinə keçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın hüquqi şəxslərin qeydiyyatı Reyestrinin məlumatında verilib.

Bildirilir ki, mağalar şəbəkəsinin 50,5 faizi Bolqarıstanın paytaxtı Sofiyada qeydiyyatdan keçmiş "Falcon Home Distribution" şirkətinin mülkiyyətindədir. Həmin şirkətin sahibi isə Azərbaycan vətəndaşı Zaur Mişiyevdir.

Məlumata görə, MXT" MMC 2018-ci ildə Sofiyada qeydiyyatdan keçib, cari ilin iyunun 17-dən isə döşək ağlarının, ayaqqabı, tekstil, mebel və ərzaq mallarının satışı ilə məşğul olan "Falcon Home Distribution" şirkətinin mülkiyyətindədir.

Bundan öncə 50,5 faizlik səhm paketi Veronika Kuryanovanın mülkiyyətində olub. Sözügedən şirkətin digər səhmləri, yəni 39,5 faizi İlya Polyaçkov və 10 faizi isə İlya Traber arasında bölünüb.

Qeyd edək ki, ev, bağ evləri, bağça və məişət üçün əşyaların satışı üzrə ixtisaslaşan "Mosxoztorq" mağazalar şəbəkəsi Moskvada 2015-ci ildən fəal şəkildə inkişaf etməyə başlayıb,  Rusiya paytaxtında 36 mağazası var.

Şəbəkə ötən ilin dekabrında əsasən şəhərin mərkəzindəki mağazalarını bağlamağa başlayıb. Bunun səbəbi kimi icarə haqlarının yüksək olması göstərilib.

Hərçənd 2017-ci ildə "MXT" MMC-nin hasilatı 2.25 milyard rubl təşkil edib, 2016-cı ildə isə bu rəqəm 1.28 milyard rubl idi. Beləliklə, şirkətin təmiz gəliri bir ilə az qala iki dəfə artıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.