Cəmiyyət

Kürdə batan şəxsin meyiti tapılıb

25 İyun 2019 23:32
0 Şərh     Baxış: 1 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda Kür çayında bir nəfər batıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində 1994-cü il təvəllüdlü Babayeva Fidan Məmmədağa qızının batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qrupu F.Babayevanın meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.