Cəmiyyət

Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri bir-birinə qatdı

25 İyun 2019 23:11
0 Şərh     Baxış: 2 045
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polisin saxla əmrinə tabe olmayan sürücü yol boyu təhlükəli manevrlər edir. Hətta bir neçə dəfə qarşı zolağa çıxan sürücü işıqforun tələbinə də məhəl qoymur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, 4 cü kurs tələbəsi olan Kamran Qasımov əməlləri narkotik maddənin təsiri altında edib. İşıqforda dayanan avtomobili saxlayan yol polisinə qarşı da zor tətbiq edib.

Yol boyu təhlükəli hərəkətlər edən sürücü digər hərəkət iştirakçılarına da ziyanvurub. O, 4 vətəndaşın avtomobilini də əzib.

Kamran Qasımov ilkin ifadəsində sadəcə qorxduğu üçün tabe olmadığını deyərək özünə bəraət qazandırmağa çalışsa da, Narkoloji Dispanserdə müayinə zamanınarkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib.

Sürücü barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.