Cəmiyyət

Tovuzda 6 otaqlı ev yanıb

25 İyun 2019 08:43
0 Şərh     Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tovuzda yanğın qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, rayonun Bayramlı kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 40 m² sahədə, ikinci mərtəbəsində 3 otağın, aynabəndin və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.