Cəmiyyət

"Lenta.ru" Azərbaycan haqqında məqaləyə görə üzr istədi - FOTO

24 İyun 2019 23:21
1 Şərh     Baxış: 3 111
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari ilin 23 iyun tarixində "Lenta.ru" saytında dərc olunmuş Azərbaycan haqqında məqalə silinib.

Milli.Az xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Səfirlik Konstantin Dvoretskinin "Они заводят любовников втайне от мужа и хвастаются подругам" başlıqlı məqaləsi ilə bağlı bildirir ki, aparılmış təxirəsalınmaz işlər nəticəsində sözügedən məqalə informasiya portalından çıxarılıb.

Bundan əlavə, qeyd olunan saytda redaksiyanın Azərbaycan xalqından və Rusiyadakı Azərbaycan icmasının nümayəndələrindən üzr istəməsi, materialın xalqımızı təhqir etmək kimi bir məqsəd güdmədiyi haqda məlumat yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.