Cəmiyyət

Bakı-Batumi birbaşa avtobus reysləri açılır - QİYMƏT

20 İyun 2019 17:43
3 Şərh     Baxış: 3 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq.

Milli.Az xəbər verir ki, BBAK-dan Trend-ə verilən məlumata görə, avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq.

Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.

Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri "avtovagzal.az" saytı və mobil tətbiq vasitəsilə "onlayn" qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından ala bilərlər.

Məlumat üçün bildirək ki, biletlər "Qabaqcadan satış" kassaları və "Onlayn" qaydada reysdən 10 gün əvvəl satışa çıxarılır. Sərnişinlər səfərdən 1 gün əvvələ qədər bilet ala bilərlər.

5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.

Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür.

Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar fəaliyyət göstərəcək. Eyni zamanda sərnişinlərin yol boyu çay, kofe və su ilə təmin olunması nəzərdə tutulub.

Ətraflı məlumat əldə etmək üçün (012) 406 01 58/59 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Nəzərinizə çatdırırıq ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hərəkət etməyən beynəlxalq və şəhərlərarası istiqamətlərə sərnişin daşıyan avtobuslara görə BBAK məsuliyyət daşımır!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.