Cəmiyyət

Günün qoroskopu: münaqişə və mübahisələri həll edə bilərsiniz

11 İyul 2019 00:01
41 Şərh     Baxış: 8 896

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ideyalarınızı unutmayın. Onlardan birindən yararlana bilərsiniz. Bəzi ideyaları reallaşdıranda tələsməyin. Çətin məsələni çözmək gərəkdirsə, problemlərin həllinə yaradıcı yanaşın. Belədə işlər daha uğurlu alına bilər.

Günün ikinci yarısında kommersiya və ticarətlə bağlı məsələlərdə irəliləyiş ola bilər. Daxili durumunuzu dəyərləndirin, son addımlarınızı təhlil edin. Axşam saatlarında ağır işlə, intensiv fiziki təmrinlərlə məşğul olmayın. Səhhətinizin qeydinə qalın.

Vücudunuzda ağrılar hiss edə bilərsiniz.

Buğa - mövqelərinizi möhkəmləndirmək, irəliləmək, yeni zirvələr fəth etmək üçün yaxşı zamandır. Ətrafınızdakı insanların dediklərini qulaqardına vurmayın. Münasibətlər qarşılıqlı sayğı və hörmət əsasında olmalıdır.

Uzunmüddətli ödənişlərlə yanaşı, əlavə mənbədən gəlir istisna deyil. Mühüm saydığınız layihəni təkmilləşdirə bilərsiniz.

Günün ikinci yarısında yaxınlarınızla təmaslarda sərinliyə səbəb olmayın. Sizə xoş münasibət bəsləyən insanın qəlbini qırmayın, ürəyinə dəyməyin. Yalnız özünüzü, öz maraqlarınızı və mənafelərinizi düşünməyin.

Əkizlər - informasiya texnologiyaları və kommunikasiyalarla məşğul olursunuzsa, uğurlu zamandır. Məsləhətlərə qulaq asın, sizə dəyər verən insanların önəmini bilin. Ətrafınızdakı insanlardan biri ilə dil tapa bilərsiniz. Diqqətli olun, təhlil etməyə çalışdığınız məqamın təfərrüatlarını aydınlaşdırın.

Günün ikinci yarısında mövqeyinizi aydın şəkildə izhar edin, rəqibləri üstələməyə çalışın. Yazışmalarda sözləri ehtiyatla seçin.

Yaşam tonusunuzun səviyyəsini artırmaq üçün axşam saatlarına yaxın bir qədər istirahət edin. Bədən tərbiyəsini, idmanı unutmayın. Fəqət, özünüzü çox yormayın.

Xərçəng - vaxtınızdan rasional istifadə etmək üçün böyük problemləri kiçik çətinliklərə bölmək və onları mərhələlərlə həll etmək olar. Belədə ən mürəkkəb, məsuliyyətli işin öhdəsindən gələ bilərsiniz.

Bəzi məqamlarda güzəştə meylli olmaqda fayda var.

Günün ikinci yarısında kollektiv fəaliyyətə üstünlük verin. Yaxınlarınızla münasibətlərin qədrini bilin. Emosional olmayın, tələsik qərarlar verməyin. Vəziyyətdən hali olmamış kimsəni tənqid etməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Şir - gün problemlər və anlaşılmaz situasiyalar vəd edir. Hər şeyə rəğmən, əhvalınızı korlamayın, bədbinliyə qapılmayın. İşlərinizin nəticəsindən narazı qalmağınız, yaxın gələcəklə bağlı perspektivləri pis görməyiniz istisna deyil. Özünüzü itirməyin. Layihələrin bir qismində dəyişikliklər etmək, nüansları yeniləmək imkanları var.

Günün ikinci yarısında ailə işləri və məişət qayğılarında kəskin dəyişikliklər ola bilər. Planlarınızın zəruri dəyişikliklərə ehtiyacı var. Yeni şərtləri dəyərləndirin, situasiyanın məcrasını çözərək maraqlarınızı təmin edin.

Axşam saatlarında gəzintiyə çıxmaq məsləhətdir.

Qız - kiçik işlərə və rutin məsələlərə həddən artıq vaxt ayırmayın. Belədə önəmli məqamlardan biri nəzərdən qaça bilər. Əvvəlcə əsas problemlərin həllinə başlayın. Kiçik işlərin çözümünü isə sonraya saxlamaq olar.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanlarla sirlərinizi bölüşməyin.

Şəxsi münasibətləri heç bir səbəb olmadan təftiş etməyin. Hissləriniz barədə yalnız inandığınız insanlara danışın. Əks təqdirdə dedi-qodu və şayiə obyektinə çevrilə bilərsiniz.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Tərəzi - dostların zarafatlarından inciməyin. Yaxınlarınızdan biri sizinlə xoş zarafat edəcək. Münasibətləri korlamayın, yumor hissinə malik insan olduğunuzu göstərin. Anlaşılmazlıq baş verə bilər. Fikir ayrılığı və ya ixtilaflar situasiyaya təsir edəcək. Ruhdan düşməyin. Əsla bədbinliyə qapılmayın.

Bir zamanlar dəstək verdiyiniz insan sizə yardım edəcək.

Günün ikinci yarısında yaradıcılıq potensialınızdan istifadə edin. Ev işləri və məişət qayğıları sizi cəlb etməsə də, o işləri qulaqardına vurmayın. Əks təqdirdə ailə üzvlərinin sərt tənqidi və narazılığı ilə qarşılaşa bilərsiniz.

Əqrəb - üçüncü şəxs barədə söhbətə sizi də cəlb etmək istəyirlərsə, belə müzakirədən uzaq durun. İşlərin öhdəsindən təkbaşına gələ bilərsiniz. Anlayacaqsınız ki, ən çətin problemləri çözmək iqtidarındasınız.

Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq. Axşam saatlarına yaxın yorğunluq və bihallıq hissləri yarana bilər. İstirahət edin, əylənin. Yaxşı kitab da oxumaq olar.

Oxatan - günün ilk yarısında aparılan danışıqlar və müzakirələr pis alınmayacaq. Mövqeyinizin səbatlı və dürüst olduğuna qarşı tərəfi inandırın. Asanlıqla geri çəkilməyin. Amma bununla belə, sərt və kobud olmayın.

Məqsədə çatmağın yolları arasında hamısı yaxşı deyil. Təbii ki, özünüzü düşünməklə yanaşı, yaxın ətrafınızdakı insanların da maraqlarını nəzərə almalı olacaqsınız.

Günün ikinci yarısında vədləri yada salın. Kiməsə nəyisə söz veribsinizsə, edin. Öhdəlikləri yerinə yetirin. Yaxınlarınızla ünsiyyətlə kifayətlənməyin. İşləri başa vurmaq üçün yeni tərəfdaşa, müttəfiqə ehtiyacınız var.

Oğlaq - günün ilk yarısından etibarən hadisələrin məcrasında ciddi dəyişikliklər olacaq. Proseslərə süni təkan verməyin, düşünülməmiş addımlar atmayın. Gündəlik, rutin qayğıların həllini ertələməyin. Yeni layihənin reallaşmasını isə daha münasib vaxtadək təxirə salın.

Günün ikinci yarısında təşəxxüslü olmayın, bilik və bacarıqlarınızı nümayişkaranə şəkildə göstərməyin. Dostlarla münasibətlərə yenidən baxmaq, bəzi nüansları təhlil etmək olar.

Maraqlandığınız insanla kommunikasiyaları yeniləyin.

Dolça - münaqişə və mübahisələri həll edə bilərsiniz. Dartışmalar uzun, çək-çevirli olsa belə, çıxış yolunu arayın. Başqasının fikirlərinə sayğı ilə yanaşın. Maraqların qarşılıqlı təminatı üçün gərəkli addımları atın.

Günün ikinci yarısında gəlir əldə etməyiniz istisna deyil. Borcun qaytarılması, mükafat alınması ola bilər.

Sevdiyiniz insanla qarşılıqlı anlaşmaya nail olmaq istəyirsinizsə, zəhmət çəkməlisiniz. Prosesə üçüncü tərəfi cəlb etməyin.

Axşam saatlarında normal istirahət etməyə çalışın.

Balıqlar - günün ilk yarısından intensiv işləməyə çalışın. Məhsuldarlıq uğur vəd edir. Bəzi problemləri həll etmək asan olmasa da, situasiya sizin fəaliyyətinizə mənfi təsir etməməlidir. Üstəlik, çətinliklərin dəf olunması üçün orijinal metodlardan yararlana bilərsiniz.

Günün ikinci yarısında kommunikativ imkanlarınıza güvənin. Olaylara reaksiyanız sürətli olmalıdır.

Axşam saatlarında səhhətinizin qeydinə qalın. Müalicəyə başlamaq olar. Aktivliyi bir qədər azaldın. Dəyər verdiyiniz insanları dinləyin. Sevdiyiniz insanı sevindirin.

Milli.Az

loading...

Şərh yaz:

41 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 11 İyul 00:0120

    Tovuzludan salamlar

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 İyul 08:0830

      Canimmmmm canimmmm Tovuza ve Tutu yaaa salaamlaaarrr/

      Cavab yaz
    • Anonim
      Şemkirli · 11 İyul 09:3810

      Tovuzlu tutu salam necesiz,,Sen yaddan cixarsanda Men ilk likeni etim sene Hemse birinclerden ol Ayy yerri

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 İyul 00:0150

    Sabahiniz uqurlu maraqli olsun !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 İyul 00:0260

    Status-Harada yasamaqindan asili deyil,həyat necə yasamağından aslidir.!

    Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 11 İyul 09:0110

      LIKE

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 11 İyul 09:1630

        :)))))))

        Cavab yaz
      • Anonim
        Esmer · 11 İyul 09:4500

        Likeee Esracan :)

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 11 İyul 09:4910

          Cannn Esmərim canimm sabahinn xeyir olsunn cannnimmm.

          Cavab yaz
          • Anonim
            Esmer · 11 İyul 09:5310

            Seninle bahem Canım Necesen ? Esra sen Lokbatana yaxınsan he ?

            Cavab yaz
            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 11 İyul 09:5610

              Cannn yaxsiyamm cox saq ol sen necesen usaqlar necedi?He canimm ele oralardayamm

            • Anonim
              Esmer · 11 İyul 10:0600

              Sizdr yaxşı olun canım .onda bu gun size qonaq gelecem ))))) lokbatana gelirem ))))

            • Anonim
              Esra Ibrahimli(Samaxi) · 11 İyul 10:2920

              Gelll cannn xos gelirsennn canimmm:)

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 İyul 00:0250

    Status-Bezen bir Okeanda deyil,1 damla suda da batar insan !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 İyul 00:0350

    Vəəəəəəəəəəəə................Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun menim kimi şipşirin Aq mestan kimi gözel olsun.

    Cavab yaz
  • Anonim
    Zəhra · 11 İyul 00:2710

    Salam. Dostlar. Necəsiz? Esra salam. Sabahın xeyir. Mən sabah bəlkə ola bilmədim. Kimsə adımla yazsa inanmayın. Bu barədə zəhmət olmasa havada yazarsan. Amma çalışacam yazım. Bu dəqiqə çox xoşbəxtəm. Allaha şükürlər olsun. Deyəsən səhərə kimi yata bilməyəcəm. Səndən xahişim bunu bildir. Sabah bəlkə olmadım. Siz məni tanıyırsızda. Bunu deməyə ehtiyac var idi?)))). Gecən xeyrə

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 İyul 08:1540

      Men da yaxsiyam cox saq ol ! Zehram canim işdi havada yazsan deyersen Zehra olduqunu yazmasan adinla yazsalar men deyerem Her zeman xosbext olasan yuxularin ele xosbextlikden cekilsinn.

      Cavab yaz
      • Anonim
        Esrama · 11 İyul 12:5500

        Yaxşı ol həmişə. Esram işim qaydasına düşdü. Daha ehtiyac qalmadı özüm yazacam. Yenədə çox sağol. Bir xasiyyətim var cüzi ehtimal olsada bildirirəm. Ehtiyat igidin yaraşığıdır axı ;))))))

        Cavab yaz
    • Anonim
      Şemkirli · 11 İyul 09:3600

      Salam doslar Salam Ayy Zehra xanim axir ki Senide xosbext olan esitik Xosbextliyin dayimi olsun Bizim Agilli dostumuz

      Cavab yaz
    • Anonim
      Esmer · 11 İyul 09:4500

      Zehra meni de apar yanına )))))

      Cavab yaz
      • Anonim
        Zəhra · 11 İyul 12:5400

        Cann Əsmərim. Günortan xeyir. Gəlirəm indi gözlə. Avtomobil işləmədi. Yoxsa elə o şərhi yazan vaxt gələcəkdim :))))). Necəsən can?? Uşaqlar yaxşıdırmı ?

        Cavab yaz
  • Anonim
    ???? · 11 İyul 06:5810

    Salam sabahiniz xeyir dostlar necesiz gununuz xos ve gozel kecsin insallah kef ehvaliniz necedi dostlar uzelu sayin ise gedrem gelib yazacam insallah helelik Allaha əmanet olun haminiz dostlarim canlar

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 İyul 08:2150

      Salam .Men coxx yaxsiyam sen necesen kef ehval necedi ?Uqurlar olsun gelib yazarsann mende olmayacam Sema burda mamamgilde men de orda olacam Semaya makaron bisirecem dunenden yapisib yaxamaa ))) Allah qoysaaa

      Cavab yaz
    • Anonim
      Esmer · 11 İyul 09:4400

      Salam Cavid necesen Ne eceb adınla yazmırsan .? İşlerinde ugurlar sene

      Cavab yaz
      • Anonim
        Zəhra · 11 İyul 12:5700

        Əsmərim o Cako deyil.

        Cavab yaz
    • Anonim
      Zəhra · 11 İyul 12:5600

      Salam ????? Necəsən ? Uğurlar sənə işlərində. Gözləyirik gəlməyini:-)

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 İyul 08:26130

    Size bir hadise danisim Hoolivudun meshur aktyoru Mel Qibson Xocali faciesin oxuyub Coxx pis olub dehsete gelibb ki, dunyada bele terrorrr 20 ci esrin en dehsetli soyqirimi goz yaslarin saxlaya bilmeyib ve efirde bu barede danisib Rejissorlar elaqe saxlayiblarve film teklif edibler O da memnuniyyetle cekilerem deyib İndii hemenn is uzreee hazirliklar gedir vee Xocali soyqirimi haqqinda dehset film cekilecek ve bas rolda Mel Gibson olacakk Buu butun dunyaya mesaj olacak bir film olacak Allah elesinnn uqurlu alinsin Cesur urek kimii Cesur urekk Oskar almis Mel Gibsonun tarixi ekran eseridii 2 cide bu olar İnsallah.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 İyul 09:2810

    Caaan Esracan öpürəm səni gözəl bacım sən ❤ sən

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 İyul 09:3320

      Sende menim canimsann.

      Cavab yaz
      • Anonim
        Esmer · 11 İyul 09:4400

        Salam Tozun gülü necesen Gözelim .?

        Cavab yaz
  • Anonim
    Şemkirli · 11 İyul 09:4200

    Esmer Salam Sabahin Xeyir necesen,,Daglarin Temiz havasini qebul edenden sonra Seni basa dusurem adam yuxudan durada bilmir,,yatrsan Ayy Tenbell ??,,Sensiz buralar pis gorunur yaz arada

    Cavab yaz
    • Anonim
      Esmer · 11 İyul 09:4900

      Salam Qadan alım Necesen Şemkirli balası he ))) işlerin necedi ? Men yazıram sen gormursen axı ) senin işlerinin coxluqunan aslıdı ...

      Cavab yaz
  • Anonim
    Esmer · 11 İyul 10:3810

    Can cox sag ol ureyim oraları ele de yaxsı tanımram .gedıb itib elyecem Esmersiz qalacaqsız )))

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 11 İyul 10:4210

      Cannn men seni qoyaram hecc azasan Lokbatana girecekde qarsilayaram seni Canimmmm menimmm

      Cavab yaz
      • Anonim
        Esmer · 11 İyul 11:0800

        Can ureysen da sen gelirem ))))

        Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 İyul 10:4900

    Salam Əsmərim mən yaxşı sən necəsən şirinlərin necədi xalasının əvəzindən öpərsən çoxlu çoxlu

    Cavab yaz
    • Anonim
      Esmer · 11 İyul 11:1000

      Can ureyım cox sag ol yaxsıdlar sag ol .cox sag ol xalası mende seni opurem coxlu coxlu .gozelim..

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 İyul 10:4900

    Salam yerli mən yaxşı sən necəsən

    Cavab yaz
  • Anonim
    Zəhra · 11 İyul 12:5100

    Tovuzlu Tutu. Necəsən gözəl???? İşlər necədi ?? Səndən bir söz soruşacaqdım. Sən əvvəllər Tutu niki ilə yazmısan??? Yoxsa əvvəldən Tovuzlu Tutu nikindəsən?? Bu məlumat lazım idi mənə

    Cavab yaz
  • Anonim
    Zəhra · 11 İyul 12:5200

    Salam Şəmkirli qardaşım. Çox sağol. Bombayam. Superəm. Əlayam. Belə ən yaxşıyam. Sifətin üstünlük dərəcəsi kimi:))))))))))). Sən necəsən? İşlər necədi?? Gözəl arzu üçün çox sağol qardaşım. Siz də daima xoşbəxt olasız.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 11 İyul 16:0400

    Salam Zehra necəsən gözəlim ilk gündən belə yazmışam nə əcəb soruşdun mən başqa niklə heç vaxt yazmamışam oxusan cvb yaz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.