Cəmiyyət

1700-dən çox müəllim iş yerini dəyişdi

19 İyun 2019 13:45
0 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron yerləşdirmənin nəticələri açıqlanıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, elektron yerləşdirmənin nəticələrinə əsasən 1775 müəllim iş yerini dəyişib. Müsabiqədə iştirak etmək üçün 11 913 namizəd elektron qeydiyyatdan keçib, 6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul edilib.

Uğur qazanmış şəxslər 24-26 iyun tarixlərində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinə zəruri sənədlərini (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin, əmək kitabçasının əsli, əvvəlki iş yerinizdən əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarış) təqdim etməklə iş yerini dəyişdiklərini təsdiq etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.