Cəmiyyət

İsa Həbibbəyli: "Maaş artımı AMEA-nın 300-dən çox əməkdaşına şamil edilir"

19 İyun 2019 11:43
Baxış: 1 286

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərəncam AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə qurumlarında çalışan 300 nəfərdən çox əməkdaşa şamil edilir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, sərəncam AMEA Rəyasət Heyəti Aparatının əməkdaşlarının əməkhaqqının 40 faiz həcmində qaldırılması Azərbaycanın sosial siyasətində inqilabi hadisədir:

"Bu sərəncam AMEA-nın Rəyasət Heyətində və ona bağlı idarəetmə qurumlarında təmsil olunan 300 nəfərdən artıq şəxsə aiddir. Bu, Azərbaycan Prezidentinin yerli ziyalılara, AMEA-ya göstərdiyi yüksək etimadı nümayiş etdirir. Prezident tərəfindən atılan bu böyük addım Azərbaycan elminin məsuliyyətini daha da artıracaq, onu yeni hədəflərə doğru inkişaf etdirəcək. Bu sərəncam AMEA-nın inkişafında həlledici əhəmiyyət kəsb edəcək. Akademiyanın bütün kollektivi adından Prezidentə dərin minnətdarlığımı bildirərəm. Əminəm ki, AMEA işçiləri dövlət qayğısının cavabını özlərinin əməli işlərində göstərə biləcəklər".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.