Cəmiyyət

İrana müalicə üçün gələnlər arasında azərbaycanlılar da var - Nazir müavini

19 İyun 2019 08:35
2 Şərh     Baxış: 1 215

Hər il 300 min xarici vətəndaş müalicə üçün İrana səfər edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini İrəc Hərirçi Ərdəbildə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nümayəndələrinin səhiyyə turizmi üzrə 2-ci iclasında deyib.

İ.Hərirçinin sözlərinə görə, İran bu yolla 1,2 milyard dollar gəlir əldə edib.

Nazir müavini əlavə edib ki, qonşu ölkə vətəndaşları, o cümlədən İraq, Əfqanıstan, Azərbaycan və Pakistan vətəndaşları müalicə üçün İrana səfər edirlər:

"İran regionda səhiyyə turizminin mərkəzinə çevrilməyə, dost və qonşu ölkələrə xidmət göstərməyə çalışır".

Nazir müavini bildirib ki, son illər İranda səhiyyə sektorunda adambaşına xərc 1 707 dollara çatıb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    ALLAH BƏNDƏSİ · 19 İyun 08:5400

    YENƏ DƏ SAVADLI BİLİKLİ İŞİNƏ SEVGİ İLƏ YANAŞAN İNSANLARA QAYGİ GÖSTƏRƏN ALLAHİNİ SEVƏN VƏ QORXAN İŞİNƏ MƏSULİYYƏTLİ YANAŞAN HƏKİMLƏR

    Cavab yaz
    • Anonim
      Ziyalı Kərimov · 19 İyun 10:2920

      Düzü İran həkimləri həm çox savadlıdılar həm də dürüst adamlardı.İranlılar bu məsələdə çox yaxşıdır. Xəstəxanaları da tərtəmiz olur

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.