Cəmiyyət

Güneyli yazıçı azadlıqdan məhrum edildi

18 İyun 2019 13:43
1 Şərh     Baxış: 933

Güney azərbaycanlı milli-mədəni fəal, araşdırmaçı, şair və yazıçı Rəhim Qulami 1 il həbs cəzasına məhkum edilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Ərdəbil İnqilab Məhkəməsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında onun sistemin əleyhinə təbliğat aparmaq, GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşkilatına üzv olmaq və rəhbəri təhqir etmək kimi uydurma ittihamlarla üzləşdiyi məlum olub.

Fəal irəli sürülən bütün ittihamları rədd edərək vurğulayıb ki, ETTELAAT İdarəsinin nəşrə hazır olan elmi əsərini müsadirə etməsinə haqq qazandırmaq üçün bu cür əsassız ittihamlar meydana çıxıb. O əlavə edib ki, bu kimi ittihamların əsas hədəfi Azərbaycanda gedən mədəni milli hərəkatı radikal göstərməkdir.

Qeyd olunur ki, Rəhim Qulami Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından biridir. O mədəni fəaliyyətlərinə görə, bu günə qədər dəfələrlə saxlanılıb, həbs edilib, müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.

Rəhim Qulami "Yaylıq" nəşr evi tərəfindən çap olunan "Folklorumuzdan bir yarpaq", "Atalar sözü" və "Folklor nağılları" kitablarının müəllifidir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    " · 18 İyun 16:5400

    Güney Azərbaycanda milli ruh,dirçəliş,milli hərəkat daha çox nəzərə çarpandı.Bu işinizdə sizə uğurlar.Həbslərdə keçən ömrünüzlə başqalarına da möhkəm və qətiyyətli olmağı aşılıyırsız.Adı çəkilən kitablar maraq yaratdı.Əldə etmək ümidilə...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.