Cəmiyyət

Bərdədə “Jiquli” ağaca çırpıldı: xəsarət alanlar var

17 İyun 2019 08:43
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bərdə rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Türkmən kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı avtomobil idarə etməni itirərək yol kənarında olan iri gövdəli ağaca dəyib.

Nəticədə avtomobilin sürücüsü, Yevlax rayon sakini Pərviz Məhəmməd oğlu Quluzadə və sərnişin Amil İlham oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki yaralı Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

P.Quluzadənin vəziyyətinin ağır olduğunu bildirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.