Cəmiyyət

Samuxda qonşular arasında mübahisə qanla bitdi

17 İyun 2019 08:33
0 Şərh     Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Samux rayonunun Alıuşağı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kənd sakini 32 yaşlı Zamin Bayramov qardaşının evində qonşusu Elxan Cəfərovla mübahisə edib. Mübahisə zamanı E.Cəfərov Z.Bayramovu bıçaqlayıb.

Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.