Cəmiyyət

Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib - FOTO

15 İyun 2019 20:41
Baxış: 1 773
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 15-də Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Gələcəyə doğru" adlı məzun gecəsi keçirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məzunlara təbrik məktubunu iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil, Gənclər və İdman nazirliklərinin məsul işçiləri iştirak ediblər.

Çoxsaylı məzunların qatıldığı tədbir maraqlı konsert proqramı ilə davam edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.