Cəmiyyət

Bakıda peyda olan bu şəxslər kimlərdir?.. - "Bazarımızı öldürüblər" - FOTO

15 İyun 2019 14:21
31 Şərh     Baxış: 9 512

Bu yay Bakının sayılıb-seçilən məkanları, əsasən də turistlərin üz tutduğu Dənizkənarı Milli Park, İçərişəhər, metro keçidlərinin yaxınlığı Türkiyənin məşhur "Kahramanmaraş" dondurma satışı köşkləri ilə zəbt olunub. Yerli dondurma satıcıları isə kənar məhəllələrə, ən yaxşı halda parklara "sürgün edilib" və belə görünür ki, mövsümdə şəhərin mərkəzində yalnız Türkiyədən dəvət edilmiş anadolulular dondurma satacaqlar.

Milli.Az xəbər verir ki, virtualaz.org öyrənib ki, mayın əvvəlində Türkiyədən Bakıya 40 nəfərlik tərkiblə dondurma satıcıları dəvət olunub. Onların hamısı özlərinin dediyi kimi "Anadoludan gəliblər", bizimlə söhbətə razılaşan biri isə Kahramanmaraşdan olduğunu təsdiqlədi.

Kahramanmaraş Türkiyədə kürdlərin sıx yaşadığı bölgələrdəndir, bölgə sakinlərinin 23 faizə yaxını kürd əsillidir. Həmin kürdlərin 90 faizə yaxını isə ələvi kürdlərdir, yəni şiə təriqətinə yaxındır.

Türk satıcılarının dediklərinə inansaq, onlara Azərbaycanda "Kəhramanmaraş" dondurmalarına təlabat yarandığı söylənilib, onlar da öz ölkələrində işlərini atıb bura gəlməyə məcbur olublar. Gəliblər, amma vəd edilən müştəri axını ilə qarşılaşmayıblar. Ümidləri boşa çıxsa da, geri dönmək üçün yayı yola verməlidirlər.

Bulvarda 12 köşk...

Bulvarda az qala hər 250-300 metrdən bir "maraş" dondurma köşkləri qoyulub, öyrənirik ki, ümumilikdə 12 köşk var. Anadolu geyimli satıcılardan biri söhbət etmək üçün şərt kəsir, iki dondurma almaqla şərtinə əməl etmiş oluruq. Söyləyir ki, Bakıya "Kapka" adlı türk şirkətinin vasitəçiliyi ilə gəlib, bu şirkətə qədər isə daha 2-3 vasitəçi ilə sövdələşmə aparıb. Ona gündə ən azı 90-100 müştəri olacağını söyləyiblər.

Şirkətlə bağlı digər suallarımızın cavablandırılmasına kassir funksiyasını yerinə yetirən azərbaycanlı oğlanlar mane olurlar, bildirirlər ki, komersiya sirridir və yalnız bəlli icra qurumlarına hesabat verirlər.

Adəm adlı satıcı isə əlavə edir ki, Bakıda müştəriləri elə öz yerliləri, türklərdir. Çünki "maraş" dondurmalarının dadını, faydasını türklərdən yaxşı bilən yoxdur. "Digər dondurmaların tərkibində süd yoxdur, biz isə keçi südündən, dağda yetişən orkidə çiçəklərinin yumru köklərindən əldə edilən "salep" adlı qatqıdan istifadə edirik. Tərkibində onlarla vitamin var",-Adəm söyləyir.

Satıcılar keçi südünü Azərbaycandan, digər qatqıların isə Türkiyədən alındığını söyləyirlər. Amma keçi südünün konkret hansı firmadan alındığını söyləmirlər, bunu sübut edən sənədləri də görə bilmirik.

13 yaşından dondurma satmaqla məşğul olduğunu söyləyən satıcılardan biri isə ərəbləri qınayır, deyir ki, Türkiyədə Maraş dondurmaları, Bakıda isə bahalı rus dondurmaları yeyirlər.

Satıcılardan öyrənirik ki, Azərbaycanda işləmək üçün müvəqqəti iş icazələri var.

Metal şişin ucunda...

Maraş dondurmalarının keyfiyyəti həm də satıcının şou qabiliyyəti ilə ölçülür. Satıcılardan biri deyir ki, əslində ayının min bir oyunu bir armudun başındadır, şou müştəri cəlb etmək üçündür, amma ustanın təcrübə və peşəkarlığından xəbər verir. Deyir və təxminən bir metrlik metal şişin ucunda dondurma götürür, qaba dolduraraq uzadır. Qabı götürməyə çalışırıq, cəld çevirir, fırladır və bu hərəkət bir neçə dəfə təkrarlanır. Dondurma bir qədər saqqız kimi yapışqan olduğundan yerə tökülmür.

Dənizkənarı Milli Parkda "maraş dondurmaları" köşkləri boyu apardığımız müşahidələr göstərdi ki, bütün köşklərdə türkiyəlilər ancaq dondurmanı reklam edirlər və satırlar, pulları qəbul edənlər isə azərbaycanlılardır. Həmin şəxslərin türkiyəliləri Bakıya gətirən şirkətin adamları olduğunu təxmin etmək olar.

"Bazarımızı öldürdü..."

"Bu gələnlər bizim bazarımızı öldürdü, alver edə bilmirik",-bunu isə Dənizkənarı Milli Parkdalı köşklərdən birinin satıcısı deyir. Əlavə edir ki, şoularla uşaqların diqqətini cəlb edə bilirlər, xüsusilə tələbələr onlardan dondurma alırlar, amma yenə də narazıdırlar. "Bulvarın ən "bərkgedən" yerlərində satışla məşğuldular, amma yenə də razı qalmırlar. Az qalırlar müştəri arxasınca qaçsınlar", -satıcı söyləyir.

Yerli satıcıların narazı qaldıqları məqamlardan biri də türklərin səsli-küylü olmasıdır. Satıcı deyir ki, sonuncu dəfə dağda çobanı səsləyəndə bu qədər bərkdən qışrııb, onların isə bir-biri ilə danışıq tərzi belədir.

"Ərəblər bizdən alış-veriş edirlər, yaxşı ki, çoxarvadlıdılar, hərəsi üçün 4-5 dondurma alırlar, bir günün yer haqqı çıxır", - satıcı deyir.

"28 May" ətrafında da kahramanmaraşlılar

Satıcıdan öyrənirik ki, metronun "28 May" stansiyasının yaxınlığında da "maraş" dondurmasının satışına başlanılıb. Satıcı deyir ki, hələlik şou göstərməklə müştəri cəlb etməyə çalışır, ortama öyrənəndən sonra ətrafdakı dondurma köşklərinin satıcıları da onun müştərisi olacaqlar. Çünki dondurmasının keyfiyyətinə, bir də özünün satıcı kimi bacarığına inanır.

Türkiyəli dondurma ustalarını Bakıya gətirən türk şirkəti ilə bağlı hər hansı məlumat əldə edə bilmədik. Dənizkənarı Bulvar İdarəsinin aparat rəhbəri Elmir Bağırov isə ölkədə olmadığını, mətbuat xidməti ilə əlaqə saxlamağımızı məsləhət gördü. Mətbuat xidmətindən isə bildirdilər ki, bu məsələ kommersiya sirridir. İdarənin elektron ünvanına rəsmi sorğu göndərəndən sonra araşdırılaraq cavablandırılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

31 Şərh:

  • Anonim
    Azərbaycanı çox sevirəm · 15 İyun 14:42229

    Öz dondurmalarımız hamısından həm ləzzətlidi, həm sərfəlidir, həm də təzə. Dondurmasevənlər, ağzınızın dadını və canınızın, cibinizin qədrini bilin. Xeyri də özümüzə verək!!!!

    Cavab yaz
  • Anonim
    Leyla · 15 İyun 14:45195

    Bizim milletin hemiseki adetidi.Coreyi ozununkine yox basqasina verir.Hemde elbetteki hansisa pullu sirketindi.Ne olursa yenede bizim min bir zehmetle bir tike corek qazanan insanlarimiza olur

    Cavab yaz
  • Anonim
    Molla Nəsrəddin · 15 İyun 15:0551

    Deyirlər rəqabət olarsa qiymətlər də münasib və keyfiyyətli olar.Dondurmanı bilmirəm.

    Cavab yaz
  • Anonim
    asi · 15 İyun 15:10173

    Bıy baxdavar başımıza, öz dondurma satanlarımızın bunlardan nəyi əskikdirki??... Camaatın uşağının boğazından kəsib kürdü türkü niyə yedizdirirlər anlamadım??.. Bizim millət ağıllı ola, bunları baykot etmək üçün ancaq bizim satıcılardan alalar dondurmanı..Ancaq ki, bizim millət əksinə bunlara qaçacaq özlərini göstərmək üçün..

    Cavab yaz
  • Anonim
    Türk · 15 İyun 15:12115

    Türkiyədə geydikləri milli libasda olsalar çok iyi şou olar ya.

    Cavab yaz
    • Anonim
      Azeri · 15 İyun 15:49103

      Sen bish seyler yazib esebimizle oynama qonaq.

      Cavab yaz
    • Anonim
      !!! · 15 İyun 16:2182

      Ged işinle meşğul ol

      Cavab yaz
  • Anonim
    Anonim · 15 İyun 15:1531

    Havalar tez istilesdi.Men de dondurmalari cox yedim.Indi bogazim sisib.Udquna bilmirem

    Cavab yaz
    • Anonim
      Məsləhət · 15 İyun 16:4660

      Soyuq nəsə yeyəndə ya içəndə sonra boğazağrısı olmasın deyə srazu bircə qurtum isti su için. Vəssalam.

      Cavab yaz
  • Anonim
    Sje · 15 İyun 15:28140

    Eybi yox qoy bızımkıler bu dondurmanı da oyrenıb döner kımı bır azdan ozlerı satacaqlar

    Cavab yaz
  • Anonim
    Ay · 15 İyun 15:33101

    Maraş dondurması bizim dondurma qədər dadlı deyil

    Cavab yaz
  • Anonim
    Azeri · 15 İyun 15:5342

    Oz dondurmamiz dadli ve sefelidi. Bunlari bura buraxandadi gunah. Baki seher ticaret departamenti bir qerar qebul eder. Yaziqdi bizimkiler. Coreklerine bais olmayaq.

    Cavab yaz
    • Anonim
      asi · 15 İyun 16:2648

      Mən Azərbaycanda yediyim dondurmanın dadını rusiyadakı dondurmalarda tapa bilmirəm..Bizim dondurmalar rusiyadan daha dadlıdı..Bəlkə kimin üçünsə, rus dondurmaları daha dadlı ola bilər..Ancaq mən Azərbaycandakı dondurmaları daha çox bəyənirəm..

      Cavab yaz
      • Anonim
        asi · 15 İyun 19:2320

        Mən dislayk, layk sayına əhəmiyyət verən deyiləm..Ancaq mənə maraqlıdır ki, Azərbaycandakı dondurmaların dadlı olduğunu yazmağım kimin xoşuna gəlmir belə?? Rusların ya rus dondurması satanların??..

        Cavab yaz
  • Anonim
    Olmaz · 15 İyun 16:0430

    Bahalı rus dondurması nədir? Əksəriyyəti öz ölkəmizdə istehsal olunan dondurmalardır..

    Cavab yaz
    • Anonim
      (( · 15 İyun 16:3170

      Demək pis çıxmasın onların səsi, intonasiyası qulağımı deşir elə bil

      Cavab yaz
  • Anonim
    Olmaz · 15 İyun 16:0760

    Ay öldüm gülməkdən..Azərbaycanlı satıcı deyir ki, türklər çox səsli-küylüdür, axırıncı dəfə dağda çobanı çağıranda bu cür qışqırıb, amma onların gündəlik danışıq tərzləri belədir..

    Cavab yaz
  • Anonim
    Olmaz · 15 İyun 16:1150

    Biz rus dondurmaları yemirik, halal-hümmət öz yerli dondurmalarımızı yeyirik.Azərbaycanda satışda olan dondurmaların əksəriyyəti yerli dondurmalardır..Öz istehsalımızdır..

    Cavab yaz
    • Anonim
      Azərbaycanı çox sevirəm · 15 İyun 16:2790

      Bəəəli. Tanımaq çətin deyil ki. Yazısı Azərbaycan dilində, dadına keyfiyyətinə də ki, söz ola bilməz. Yeyin nuş canlıqla)..

      Cavab yaz
  • Anonim
    Xalq nökəri · 15 İyun 16:26120

    Bu dondurmadan xəbərim yoxsur. Nə qiymətini bilirəm nə də dadını. Yeni ildə 1 dəfə torqovidə 1 qutab yedim 1man 50 qəpiyə ki,bu tərəfindən baxsan o tərəfi görünər.Çəkisi də vur-tut 100 qram.Makdonalds qiymətləri müqaisədə bizdə çox bahalıdır-yemərəm.Dənizkanarı bulvarda kofe 2 manatdır-içmərəm.Və sairə.Cibə uygundurmu bu qiymətlər ? Like verməkdənsə düzğün reallığa baxsaq xeyirli olar.

    Cavab yaz
    • Anonim
      asi · 15 İyun 16:4452

      O qutabdan biz də yemişdik Içərişəhərdə, amma biri 2 manat..Qutab da nə qutab, əl boyda ola ya olmaya, siz demiş bu üzündən baxırsan o biri üzü görsənir..Rəngi də ala-bulanıü..Amma sağ olsun, Gəncədə evinin qarşısında sacda qutab bişirib satan bir xala biri 1 manatdan bir qutab bişirib verdi ki, bizə birini güclə yeyib qurtarmaq olurdu, içində də yağ istəsən yağ, qaymaq istəsən qaymaq..Göyərtiləri də hamısı təbii dağdan yığılma..

      Cavab yaz
    • Anonim
      nokere · 15 İyun 16:5610

      Like verməkdənsə düzğün reallığa baxsaq xeyirli olar. Ne elaqesi var??

      Cavab yaz
    • Anonim
      Elshen · 15 İyun 17:0110

      Qiyməti 2manatır,özü də saqqız kimidi. Gözümün qabağında millətini ayırd edə bilmədim nə millətidir, bu dondurmadan aldı və ən yaxın zibil qutusuna atdı dadına baxandan sonra.

      Cavab yaz
  • Anonim
    Nnn · 15 İyun 16:4795

    Hele hec bılınmır bızım 40 qepiklık dondurmalar harada hansı seraıtde hazırlanır be terkıbındekı yaglar ne mehsuldur vaxtı. Kecmısdır ya yox

    Cavab yaz
  • Anonim
    ZZZ · 15 İyun 17:0031

    Dəqiq bilirsiniz ki Türkiyədən gəliblər ? Pasportunu qoyub vitrinə ? Bəlkə çoxsu elə yerli adamlardır.

    Cavab yaz
  • Anonim
    ZZZ · 15 İyun 17:0521

    Bulvarda 1 stəkan kofe 3 manata satılır. Bir çaynik çayı limonsuz 5 manata içdik.

    Cavab yaz
    • Anonim
      ::/\:: · 15 İyun 17:3670

      Lumunu cibündə aparginən

      Cavab yaz
      • Anonim
        xa xaxa xaxaxa · 15 İyun 18:3300

        Limony,bıçagı cibində apar polis yaxalasın.Düş zibilə.

        Cavab yaz
        • Anonim
          :) · 15 İyun 19:3720

          Lumunu doğra götür dəəə)

          Cavab yaz
  • Anonim
    (+-) · 15 İyun 19:0030

    Belə bahalıqdırsa qəlyanaltını, çayınızı da termosda özünüzlə götürün. Nə utanmaq.

    Cavab yaz
  • Anonim
    Castel · 17 İyun 09:1110

    Gelin düz danısaq... Bakida dondurma daxil kereyagları-skoladlar insan saglıgı ucun ne ziyan verici olan palma yagından istehsal edilir. Dad evezolunmaz olabiler zovk hamı ucun deyisikdir. Bu dondurmalarda ise palma yagı istifade olunmur. Beli ona göre 40 qepikdir. Ona göreki ucuz istehsal edilir. Gedin palma yagının ziyanlarını oxuyun ondan sona cemaatin dondurmasına laf deyin. Maraş dondurması dünyada top 3 dedi.Roma dondurmasından sonra... Bulvar rehberliği ise pulunu alır bunlarda satır.. Vesselam... Hansi türk dolyosunu vermeden orda nese satabiler.. Gülmelidi... Komersiiya sirrıdi yox bi :) vergisini alır sattırır... vesselam... Reqabet yaxsı seydi... 40 qepige satma 1,50 ye sat düz emelli baslı dondurma sat...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.