Cəmiyyət

Bakı metrosunda vaqonda PROBLEM YARANIB

14 İyun 2019 21:18
0 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda vaqonda problem yaranıb.

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə axşam saatlarında metronun "Həzi Aslanov" istiqamətində hərəkət edən qatarlardan birində qeydə alınıb:

"28 May" stansiyasından "Gənclik" stansiyasına doğru hərəkət edən qatarlardan birinin qapısında problem yaşanıb. Qatar bir stansiyada texniki nasazlıq səbəbindən qapısı açıq şəkildə hərəkət edib. "Gənclik" stansiyasında bu problem aradan qaldırılıb və qatar hərəkətinə davan edib. Lakin yayılan videogörüntülərlə bağlı araşdırma aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.