Cəmiyyət

Uşağını döyənlərə hansı cəza verilir? - VİDEO - FOTO

13 İyun 2019 12:49
0 Şərh     Baxış: 1 492

Uşaq ailənin güzgüsüdür deyirlər. Yəni, ailə daxili münasibətlər, valideynlərin rəftarı onların övladlarından çox rahatlıqla sezilir. Uşaqlara qarşı zorakılıq cəmiyyət tərəfindən narazılıqla qarşılansa da, hələ də köməksiz və ailəsinə sığınan azyaşlıların döyülməsi faktlarına rast gəlinir.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Vəfa Əkbər - Psixoloq: "Onun artıq güvəni sarsılıb. Onun artıq valideyn obrazına inamı azalıb. Elə uşaqların sayı artdıqca cəmiyyətə yarasız fərdlər formalaşır və çoxalır".

Övladını döyməyən dizini döyər məsəlini əldə rəhbər tutan ailə fərdləri bu üsulu tərbiyə metodu kimi qəbul edir. Amma bu, çıxış yolu deyil. Övladını tərbiyə adı altında döyən, söyən, onu incidən valideynin də məsuliyyəti az deyil.

Şəmsəddin Əliyev - Sabiq polis rəisi: "Törətdiyi hərəkətə görə valideyn həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilə bilər. Bunun üçün isə ortada predmet olmalıdır. Şikayət olmalıdır".

Ev mənim, sirr mənim təxəyyülü altında baş verən belə hadisələrin müəyyən edilməsi isə çox vaxt mümkünsüz olur. Çünki məişət zorakılıqları ailə böyükləri tərəfindən gizlədilir. Səbəbi isə çox sadədir - qınaq...

Aydın Mirzəzadə - Millət vəkili: "O yerdə ki nənə-baba övladları ilə birgə uşağın tərbiyəsi ilə məşğul olur, orada belə problemlər olmur. Düşünürəm ki, ailə fərdlərinin maarifləndirilməsinə daha çox ehtiyac var. Televiziyalarda, kitablarda, cəmiyyətdə".

Ailə quran fərdlərin, ilk növbədə, öz məsumiyyətlərini anlamaları, valideynlik borclarını bilmələri çox önəmlidir. Nadinclik eləyəndə qışqırmaq, səhvə yol verəndə usağı döymək ən asan üsuldur. Amma valideyn olan şəxs bunun əvəzində düzgün tərbiyə üsulları seçməlidir. Düzgün tərbiyə verə bilmədikdə isə, ilk növbədə, özünə, sonra da cəmiyyətə zərərli bir fərd yetişmiş olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.