Cəmiyyət

"Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər"

12 İyun 2019 14:21
4 Şərh     Baxış: 13 255

Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər, amma qanun var!

Milli.Az baku.ws-ə istinadən bildirir ki, istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində deyib. 

O, 13 illik ailəsini müğənninin dağıtdığını iddia edən Turanə Nəcəfovanın eks həyat yoldaşı Elçin Oruc oğlu Nəcəfovdan danışarkən belə deyib.

Belə ki, Elçin Nəcəfov fevral ayında imzalanan müqaviləyə əsasən 3 ay ərzində evi keçmiş həyat yoldaşı Turanə Nəcəfovaya verməli idi. Lakin verilən müddət başa çatsa da, o, müqavilənin şərtlərinə əməl etməyib. Aparıcı məsələnin hələ də öz həllini tapmamasında məhkəmə icraçılarını günahlandırıb. O, Elçinin hüquq-mühafizə orqanlarını pul ilə satın aldığını istisna etməyib:

"Mənə minlərlə məhkəmə icraçılarından şikayət gəlir. Bu faktdır. İcraçı əgər işini bilmirsə, onu aldadırlar. Eiçin məni niyə aldada bilmədi? 3 aydır özümü öldürürəm ki, qardaş evin açarını versin. Əgər 6-cı gün icraçılar açarı mənə təhvil verməsəydi, Nərimanov Rayon Məhkəməsinin icraçıları ilə bağlı B planımız vardı. Hər şeyi açıb tökəcəkdik.

Olmaz! İcraçıya qanun, səlahiyyət verilib. Bu ev 3 ay ərzində təmir olunub təhvil verilməli idi. Bu nədir? (efirdə Elçinin təmir edərək Turanəyə verəcəyi mənzilin təmirsiz və bərbad görüntüləri nümayiş edilir). Deməli siz işinizi bilmirsən?  Elçin ona-buna pul xərcləyir, amma məhkəmənin qərarına əməl etmir. 

Qanun Elçinin pulounun qarşısında acizdirsə, mən susuram. Yox, əgər qanun şahdırsa, bu gün qanun Turanənin tərəfindədir. Körpə uşağı ilə məhkəmələri, polisləri gəzən bir ananın tərəfindədir. Artıq yetər!"

Məlumata görə, iş adamı Elçin Nəcəfov avtomobil satışı ilə məşğuldur. E. Nəcəfov "Auto Gallery" avtomobil salonun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibdir. Onun biri Novxanı qəsəbəsində olmaqla 3 villasının olduğu bildirilir.

Qeyd edək ki, T. Nəcəfova dünən "Səni axtarıram" verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və ailəsini dağıtmaqda ittiham etmişdi.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Azerin · 12 İyun 15:18152

    Allah Turane xanima komek olsun,Xoshgedem xanim, bacardiginizi eleyin!Balalariniz bextever boyusun Inshallah!

    Cavab yaz
  • Anonim
    Qaqa · 12 İyun 16:1554

    hamisi 1 soudur

    Cavab yaz
  • Anonim
    Aki1 · 12 İyun 18:2062

    Allah kömey olsun size Xoşqedem ve Turane xanim sizleree

    Cavab yaz
  • Anonim
    Sinir · 12 İyun 21:3525

    Bu meselede Xowqedemdede gunah gorurem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.