Cəmiyyət

Azərbaycanda məktəblərin 30 faizi dərsləri...

12 İyun 2019 07:55
Baxış: 3 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda ümumtəhsil müəssisələrinin (sağlamlıq imkanları mәhdud uşaqlar üçün xüsusi mәktәblәr, internat mәktәblәri vә siniflәr istisna olmaqla) 69,2 faizi dərslərini bir, 30,8 faizi isə iki və ya üç növbədə keçir.

Milli.Az Trend-ə istinadən bildirir ki, 2018-2019-cu tədris ilində ölkədə 4 394 ümumtəhsil müəssisəsi olub ki, onun 3 039-u bir, 1 355-i iki və ya üç növbədə tədris prosesini həyata keçirib.

Ümumilikdə məktəblərdəki şagirdlərin sayı 1 milyon 543,1 min nəfər olub. Onların 84,7 faizi, başqa sözlə 1 miyon 307,3 min nəfəri 1-ci növbə üzrə, 15,3 faizi, yəni 235,8 min nəfəri iki və üçüncü növbə üzrə təhsil alır.

2017-2018-ci tədris ilinə nisbətən 2018-2019-cu tədris ilində birinci növbədə dərs keçirilən məktəblərin sayı azalıb, ikinci və ya üçüncü növbədə dərs keçirilən məktəblərin sayı çoxalıb.

2017-2018-ci tədris ilində 3 144 məktəb dərslərini birinci növbədə, 1 250 məktəb ikinci və ya üçüncü növbədə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.