Muğam Mərkəzində “Baku Summer Jazz Days” festivalının açılışı olub- FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq Muğam Mərkəzi çoxsaylı musiqi layihələri həyata keçirir. Bu sıradan muğam-caz, etno-caz layihələri də tamaşaçı rəğbəti qazanaraq diqqət çəkir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Bakıda hər il ənənəvi olaraq keçirilən Bakı Beynəlxalq Caz Festivalı da məhz Muğam Mərkəzin səhnəsindən tamaşaçılarla görüşə gəlir.
Bu dəfə isə Beynəlxalq Muğam Mərkəzi "Baku Summer Jazz Days" Festivalına ev sahibliyi edir.
10-15 iyun 2019-cu il tarixlərində paytaxtımızda üçüncü dəfə "Baku Summer Jazz Days" Festivalı keçirilir. İyun ayının 10-da Beynəlxalq Muğam Mərkəzində festivalı dünyaca məşhur trubaçalan, bəstəkar, şoumen Erik Truffaz açdı. Həmin gün cazmen öz kvarteti ilə birlikdə çıxış etdi.
8 yaşından səhnədə olan musiqiçi, həm də bəstəkar kimi orijinal əsərlərin müəllifidir. O caz-rokdan dram-n-beysə kimi janrları qarışdırmaqla, elektron səs effektlərini tətbiq etməklə tamaşaçı qarşısına yeni musiqi ilə çıxaraq təkrarolunmaz kompozisiyaları ilə onları valeh edir. Bənzərsiz əsərlərini dəyərləndirən əsas məqam isə Erik Truffazın özünəməxsus tanınan çalğı üslubudur.
Bakının caz ənənəsinə özünəməxsus rəng qatan bu çoxşaxəli beynəlxalq layihə "Premier Art Management" Prodüser Mərkəzinin təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Gənc olmasına baxmayaraq, festival artıq dinləyicilərin rəğbətini qazanaraq öz pərəstişkarlarını tapmağa müvəffəq olub.
"Baku Summer Jazz Days" Festivalı çərçivəsində konsertlər Beynəlxalq Muğam Mərkəzində, həmçinin şəhərimizin açıq meydançalarında və xiyabanlarında keçiriləcək.
Tədbirdə Azərbaycanın caz ustadları ilə yanaşı, Rusiya, İsrail, Fransa, Gürcüstan və İsveçrənin musiqiçiləri də iştirak edirlər.
Biletləri ASAN xidmət mərkəzlərindən, şəhərin bütün kassalarından, Gənclik Mall və 28 Mall ticarət mərkəzlərindən həmçinin www.iticket.az. saytından əldə etmək olar.
Festivalın növbəti konserti Beynəlxalq Muğam Mərkəzdə 12 iyun tarixində reallaşacaq. Həmin gün BMM-in səhnəsində Adam Ben Ezra triosu (İsrail) çıxış edəcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ətir seçərkən bunlara diqqət edin
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Bakıda taksi sürücüsünün qazancı müzakirə yaratdı - (Video)
-
Toyda bu dəfə robot qol qaldırıb oynadı - (Video)
-
Astarada ilk kivi yığımı başladı - (Video)
-
“Dedilər, 240 kiloya davamlıdır, ikisinin çəkisi o qədər olardı” - Coşqunun dayısı - (Video)
XƏBƏR LENTİ
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Yoxa çıxan gəmidəkilərdən 107 nəfəri xilas olundu - 130 itkin var - Yenilənib - (Video)
-
Tehrandan nüvə təhdidi
-
Premyer Liqa: "Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə edib
-
Putinin istirahət günü yoxdur - Peskov
-
65 və 82 faizli yağlar eyni deyil - Harada istifadə etmək lazımdır?
-
Niran Ünsalın 9 illik ailəsi dağılır
-
"Müharibə etmək istəyirlərsə, cəsur əsgərlərimizlə döyüşsünlər"
-
Ətir seçərkən bunlara diqqət edin
-
Vergi xidmətinin əməkdaşı vəfat etdi
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
-
Paolu Maldininin oğlu qəzaya düşdü
-
“Yeraltı”nın yayım tarixi bəlli oldu
-
Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün
-
Mingəçevirdə binada yanğın - Zəhərlənənlər var - (Foto)
-
Almaniyada yanacaq bahalaşdı
-
Bakıdakı dəbdəbəli toy diqqət çəkdi - (Foto-Video)
-
Saç qaynağının gizli təhlükəsi
-
10 günə 100 min özbək Rusiyadan getdi
-
Dünyada ilk dəfə belə döyüş oldu - (Video)
-
Selin Dion 6 il sonra səhnəyə qayıtdı - (Video)
-
ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı
-
Elgiz əməkdar artistlə verilişdə "söz savaşı"na çıxdı" - (Video)
-
Tiktoker Əhdi və tanışı saxlanıldı - (Foto)





