Cəmiyyət

17 yaşlı amerikalı Bakının gecə klubunda döyüldü

11 İyun 2019 08:18
0 Şərh     Baxış: 1 414
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "BOSS" gecə klubunda qeydə alınıb.

Amerika vətəndaşı, 2002-ci il təvəllüdlü Vitalıyevna Laila İfrahim qızı Bülbül prospektində yerləşən gecə klubunda əylənib.

O, klubun digər müştərisi ilə mübahisə edib. Nəticədə isə döyülərək ağır xəsarət alıb.

L.Vitalıyevna özəl xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.