Cəmiyyət

Yollardakı parkinq xaosu - VİDEO - FOTO

4 İyun 2019 13:26
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küçələrin əksəriyyətində yaranan tıxacların səbəbi avtomobillərin düzgün park edilməməsidir. Məhz bu kimi səbəblərə görə nəqliyyat vasitələrinin idarəsi günbəgün çətinləşir. Avomobilini harada gəldi saxlayıb gedənlər arxayındırlar ki, sonra maşını yerində tapacaqlar. Qaydanı pozan bu qədər sürücünün olması isə onu deməyə əsas verir ki, kifayət qədər tədbir görülmür.

Milli.Az bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Nəqliyyatın hərəkəti ilə bağlı yaşanan problemlər artıq bütün hədləri aşıb. Paytaxtda kameraların quraşdırılmasından sonra bu məsələ qismən həllini tapsa da, bölgələrdə vəziyyət dəyişməz olaraq qalır. Məsələn, Şəkidə apardığımız çəkiliş zamanı bir neçə sırada avtomobil park edənlərə, hətta yolun düz ortasında, avtobus dayanacağında, səkidə maşın saxlayanlara rast gəldik.

Qadağa nişanlarına baxmayaraq, yolun həm sağında, həm də solunda avtomobillər cərgə ilə qanunsuz park edilir. Taksi sürücüləri isə çox arxayın formada bütün avtobus dayanacaqlarını zəbt edib, qaydaları pozduqlarının fərqində belə deyillər.

Yolların kənarı qanunsuz park edilmiş avtomobillərlə dolu olduğu üçün bəzi sürücülər nəqliyyat vasitəsini elə birbaşa səkiyə qaldırır. Nəticədə əziyyət çəkənlər yenə də vətəndaşlar olur. Yollardakı bu xaosu nizama salmaq cəhdləri isə gözə dəymir.

Məsələ ilə bağlı fikirlərini bölüşən ekspertlər problemin əsas səbəbini bəzi sürücülərin öz məsuliyyətini kifayət qədər dərk etməmələri ilə əlaqələndirirlər. Onların qayda pozuntularına göz yumulması, cərimələrin tətbiq olunmaması isə vəziyyəti daha da qəlizləşdirir.

"Yol hərəkəti haqqında" qanuna görə, sükan arxasına əyləşmiş şəxs, ilk növbədə, qaydalara tam və düzgün riayət etməlidir. Xüsusən, turizm zonalarında yolların rahatlığı ilə yanaşı, bu yollarda nizamlı hərəkətin təşkili də əsas şərtdir. Nəzərə alsaq ki, qədim şəhər olan Şəkidə şəhərdaxili küçələr kifayət qədər ensizdir, üstəlik bu ensiz küçələrdə qanunsuz park edilən maşınlar daha xoaşagəlməz vəziyyəti ortaya çıxarır. Qaydalar çərçivəsində hərəkət edən sürücülər və piyadalar isə hər gün buna görə çətinliklər yaşamalı olurlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.