Cəmiyyət

Sabah Ramazanın SONUNCU günü üçün dua, imsak və iftar vaxtı

3 İyun 2019 21:25
0 Şərh     Baxış: 5 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Ramazan ayının 30-cu, sonuncu günüdür.

Milli.Az Trend-ə istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda iyunun 4-də imsak saat 03:22-də, iftar isə saat 20:23-dədir.

Ramazan ayının 30-cu gününün duası:

"Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin".

Tərcüməsi:

"İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun".

Allah orucunuzu qəbul etsin!

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.