Cəmiyyət

ABŞ səfirliyi "Greencard"la bağlı məlumat yaydı

3 İyun 2019 23:12
0 Şərh     Baxış: 4 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulu Ceremi Littl Visa sahəsində fırıldaqçılıq qurbanına çevrilməmək barədə bəhs edib.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, C.Littl bildirib: "Son iki il ərzində ABŞ-ın Azərbaycandaki Səfirliyində Konsul işləmək mənim üçün böyük şərəf di. ABŞ-a səfər etmək istəyən insanlarla təmasda olmağım və Azərbaycanın zəngin və qədim mədəniyyətilə tanışlığım sayasində burada yaşamaqdan və işləməkdən böyük məmnunluq hissi duyuram.

Amerikanın önəm verdiyi dəyərlərdən biri də bizim müxtəliflıyimizdir. ABŞ vətəndaşları və qanuni şəkildə Amerikaya gələn və orada yaşayan insanlar demək olar ki, dünyanın hər bir yerindən gəlib və onlar hər bir dildə danışırlar. Bizim önəm verdiyimiz müxtəliflik 1990-cı ildə qəbul olunmuş qanunda öz əksini tapmışdır. Sözügedən qanuna əsasən hər il Diversiti Viza Proqramı (müəyyən insanlar tərəfindən Qrin Kart Lotareyasi kimi taninan proqram) sayəsində seçilən 50,000 insana viza verilir. Bu proqrama müraciət etmək ödənişsizdir.

Diversiti Viza Proqramı vasitəsi ilə seçilən insanlar nadir və dəyərli imkan əldə edirlər. Həmin insanlar, onların həyat yoldaşları və ailə qurmamış 21 yaşdan kiçik olan övladları Birləşmiş Ştatlara köçmək üçün müraciət edərək orada daimi yaşamaq və sonda Amerika vətəndaşlığını əldə etmək hüququ qazanırlar.

Əfsuslar olsun ki, Azərbaycan da daxil olmaqla, çox saylı ölkələrdə Diversiti Viza Proqramı sayəsində yararlanmağa çalışan qeyri-dürüst və dələdüz insanlar var. Son zamanlarda mən sözügedən "Qrin Kart" təşkilatları və digər şirkətlər vasitəsi ilə müraciət edən insanların sayında artım müşahidə edirəm. Lakin bu şirkətlərin tez-tez verdiyi vədlərə baxmayaraq onların vasitəçiliyi ilə etdiyiniz müraciət sizin seçilmə şansınızı artırmır və üstəlik sizdən xərc tələb edir. Nəticə etibarı ilə bu kimi müraciət sizin Amerikaya köçmək və hətta səfər etmək imkanlarınıza ciddi xələl gətirə bilər.

Sözügedən təşkilatlar müraciətçilərdən şəxsi məlumalarını aldıqdan sonra həmin şəxslərdən icazəsiz hər il eyni müraciəti onların adından edirlər. Müraciətçinin seçildiyi təqdirdə həmin "Qrin Kard" şirkətləri seçilmiş şəxsdən ona lazım olan hesabı əldə etməsi üçün ədalətsiz şəkildə əlavə ödəniş tələb edir. Halbuki insan özü müraciət etdiyi təqdirdə heç bir ödəniş etməli deyil. Tez-tez həmin şirkətlər müraciətçiyə dair düzgün məlumat təqdim etmir. Ola bilər ki, müraciətçi Diversiti Viza Proqramı çərçivəsində seçilsin və "Qrin Kard" şirkətinə böyük məbləğdə ödənış etsin. Lakin nətcidədə ona dair şəxsi məlumatların dəqiq olmaması səbəbindən onun müraciətinə imtina cavabı verilsin. Sizə dair şəxsi məlumatı Sizdən yaxşı bilən ola bilərmi? Nəyə görə risk edib öz müraciətinizin təqdim olunmasını Sizə can yandırmayan və yalnız Sizin sayənizdə qazanc əldə etmək istəyən səxslərə etibar etməlisiniz?

Diversiti Viza Proqramına müraciət edərkən aşağıdakı üç vacib məqamı yadda saxlayın:

1. Əmin olun ki, müraciət formasinda Sizin adınız əsas əlaqə saxlanılası şəxs kimi göstərilib.

2. Daxil olmaq üçün lazımı identifikasiya nömrəsinə yalnız Sizin malik olduğunuza əmin olun

3. Müraciət zamanı Sizə göstərdiyi "yardım" a görə kiməsə ödənilən pul sizin seçim şansınızı artırmır.

Əslində bu insanlar pulunuzu əldə edib Sizin şansınıza xələl yetirə bilərlər.

İngilis dilinin səviyyəsi aşağı olan müraciətçilərə verdikləri məlumatların təhlükəsizliyini təmin etmək üçün müraciət formasinda adlarının əsas əlaqə saxlanılası şəxs kimi göstərilməsi və zəruri identifikasiya nömrəsinin yalnız onlarda olması vacibdir.

Her şeydən öncə bilməlisiniz ki, biz Sizə kömək etməyə hazırıq! Diversiti Viza Proqramı barədə məlumat almaq istəyirsinizsə ABŞ Səfirliyinin https://az.usembassy.gov/ internet səhifəsinə daxil olaraq suallarınıza cavab tapa biləriniz. Əgər Siz hər hansısa dələduz "Qrin Kard" şirkətinin qurbanı olduğunuzu hiss edirsinizsə bizə birbaşa bu e-meyl vasitəsilə müraciət edin:

[email protected]

Bilməyinizi istərdik ki, ABŞ Səfirliyinin Diversiti Viza Proqramına müraciətdə Sizə yardım təklif edən hansısa üçüncü tərəf ilə əlaqəsi yoxdur. Siz onlardan nə yararlı məlumat əldə edə bilər nə də ki, öz seçilmək şansınızı artıra bilərsiniz. Diversiti Viza Proqramı sizin üçün gözəl bir fürsətdir və biz maraqlı olan hər bir kəsin ödənişsiz şəkildə müraciət etməsini istəyirik!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.