Cəmiyyət

Zaqatalada ildırım evi yandırdı

26 May 2019 23:26
1 Şərh     Baxış: 1 320

Zaqatalada evə düşən ildırım yanğına səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bugün axşam saatlarında rayonun Aşağı Tala kəndində fərdi yaşayış evlərindən birini ildırım vurub.

Kənd sakini Ramazan Şabanova məxsus  ikimərtəbəli fərdi yaşayış evini vuran ildırım yanğına səbəb olub.

Hadisə yerinə FHN-in Zaqatala rayon DYMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti cəlb olunub.Yanğın nəticəsində evin ikinci mərtəbəsində tavan hissəsi 12 kv/m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın nəticəsində xəsarət alan olmayıb.

Hazırda Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ~~~ · 26 May 23:5540

    Böyüdüm də ,ildırım qorxum keçmədi. Hələ də ildırımı cəlb etməsin deyə, evi qaranlığa qərq edib,pəncərəsiz,səssiz otaqda,qorxudan ese-ese otururam.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.