Cəmiyyət

Günün qoroskopu: rəqiblərlə tərəfdaşları ayırd etməyi bacarın

24 İyun 2019 00:01
24 Şərh     Baxış: 12 670

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - çoxdan başladığınız işi bu gün başa vura bilərsiniz. Layihələri yarımçıq qoymayın. Yaşamınıza əhəmiyyətli dərəcədə təsir edə biləcək qərar istisna deyil. Yaşam və iş yerini dəyişmək, kollektiv fəaliyyəti intensivləşdirmək üçün münasib zamandır.
Günün ikinci yarısında iş yerində rəhbərliklə aşkar münaqişəyə başlamayın. Həmkarlarla münasibətləri ayırd etməyin zamanı deyil. Münasibətlərinə önəm verdiyiniz insanın istəklərinə diqqətlə yanaşın.
Axşam saatları romantik macəra üçün əlverişli vaxt deyil.

Buğa - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.

Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.

Maliyyə məsələləri xüsusi diqqət tələb edir. İmpulsa aldanaraq itkilər verməyin, mənasız xərclər etməyin. Problemlərin uğurlu həllini tapmaq olar.

Əkizlər - ağır işə, genişmiqyaslı layihəyə başlamağın zamanı deyil. Qüvvələrinizi bərabər paylaşdırmasanız, potensialınızı dürüst qiymətləndirməsəniz, uğursuzluğa düçar ola bilərsiniz. İfrat yorğunluğa mübtəla olmayın.
Günün ikinci yarısında sayıq və diqqətli olun. Ətrafınızdakı insanlarla birbaşa qarşıdurmadan yayının. Bütün mübahisəli məsələləri sülh yolu ilə, danışıqlarla həll etmək olar. Təhqir, təhdid, zor tətbiqi yolverilməzdir.
Ailə üzvləri daha çox diqqət tələb edirlər. Sizə ehtiyacı olan insanların qayğısına qalın.

Xərçəng - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.

Günün ikinci yarısında məşğuliyyətinizi və ünsiyyət çevrənizi təftişə uğrada bilərsiniz. Münaqişəli situsiyaların, sizi asılı duruma salmaq istəyən insanların iradlarının az olduğu durumu seçin. Təmkinli olun. Kobudluğa kobudluqla, aqressiya ilə cavab verməyin. Estetikaya, gözəlliyə tələbat arta bilər. Qarderob və aksessuarların yenilənməsi üçün münasib zamandır.

Axşam saatlarında yaxşı bələd olmadığınız yerdə istirahət etməyin.

Şir - maliyyə məsələlərində diqqətli davranın. Pullarınızın qədrini bilin, bədxərclik etməyin. Əks halda borca düşə bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan birinin yardıma ehtiyacı var.
Çılğın olmayın, emosiyalarınızı idarə edin.
Günün ikinci yarısında tanış və dostlardan dəstəyi əsirgəməyin. Sifarişçi, müştəri, tərəfdaş və ya şəriklə görüşdə mümkün qədər diqqətli davranın. Eşitməklə yanaşı, deyilənin məğzini anlayın. Sözlərin fərqli mənalarını qulaqardına vurmayın.

Qız - mümkün qədər intizamlı, məsuliyyətli olun. Əməllərinizə və sözlərinizə görə cavab verməli olduğunuzu unutmayın. Vədlərə əməl edin. Yalançı, unutqan insan təsiri bağışlamayın.
Günün ikinci yarısında dostların, qohumların təkliflərini nəzərə alın. Başqalarının fikirlərinə sayğı ilə yanaşın. Təxribatlara uymayın, səbrli və təmkinli davranın. Mövqelərinizdən əsla geri çəkilməyin. 
Vicdansız insanların yalanlarının qurbanı olmayın.

Tərəzi - situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə edə bilərsiniz.

Günün ikinci yarısında yeni layihəyə başlamayın. İti və kəsici alətlərlə ehtiyatlı davranın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda gərginlik, qarşılıqlı iradlar olacaq. Fikir ayrılıqlarını normal şəkildə nizamlayın. Günün təmayüllərini nəzərə alaraq problemləri dərhal aradan qaldırın. Axşam saatlarında yeni ideyalar istisna deyil.

Əqrəb - yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə gərginlik yaranacaq. Kənardan təsirlərin artmasına hazır olun. Mühüm informasiyanı, xəbərləri sizdən gizlədəcəklər. Situasiyanın tələb etdiyi addımların ardıcıllığını intuisiyanız sizə deyəcək.

Günün ikinci yarısında mübahisələrə qarışmayın. Ailə üzvləri ilə təmaslarda qayğıkeş və alicənab olun. Zəifə, ağır durumda çaş-baş qalmış insana yardım edin. Sevdiyiniz insandan çoxsalyı sirlər saxlamayın. Axşam saatlarında vəziyyət sakit olsa da, hansısa işi başa çatdırmaq asan deyil.

Oxatan - məşğul olduğunuz işə bütün diqqətinizi və vaxtınızı ayırsanız, ciddi uğurlara nail ola bilərsiniz. Başladığınız işi əsla yarımçıq qoymayın. Məqsədə doğru inadla, qətiyyətlə irəliləyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hədəfi "vurmaq" üçün yardımlara ehtiyacınız var. Etibar etdiyiniz insanın, inandığınız yoldaşın köməyindən bəhrələnə bilərsiniz. Dedi-qodulara aldanmayın.
Axşam saatlarında çevik və hətta hiyləgər olun.

Oğlaq - bütün diqqəti əsas məsələnin həllinə yönəldin. Cari işləri uğurla başa vurun, axşamalara və ləngimələrə şərait yaratmayın. Aktiv olun, rəqiblərinizi üstələmək üçün bütün gərəkli metod və vasitələrdən yararlanın. Təsadüfi maneələr və kənar təsirlər sizi yolunuzdan döndərməməlidir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla qarşıdurmaya zəmin yaratmayın. Axşam saatlarını ailə üzvlərinə həsr edin. Qarşılıqlı anlaşma və səmimiyyətə ehtiyac duyulur.

Dolça - şəxsi münasibətlər və karyeranızla bağlı durum motivasiyadan asılıdır. Qətiyyətli olun, kiçik problemlərə görə ruhdan düşməyin. Peşəkar fəaliyyət müstəvisində kənar təsirlərin güclənməsinə imkan verməyin. Yeni işə başlamaq, gəlir mənbələrini artırmaq olar.
Günün ikinci yarısında rəqiblərlə tərəfdaşları ayırd etməyi bacarın.
Yaxınlarınız və qohumlarınızla qarşılıqlı anlaşmanın güclənməsi sizdən asılıdır. Peşəkar məziyyətlərinizdən yararlanın, uğurlarınızı artırın. Yeni iş yeri və ya gəlir mənbəyini əldə etmək üçün adekvat addımlar atın. 
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərinizin gərilməsiən can atmayın. Həssas, qayğıkeş olun. Münaqişə yaranarsa, səbrli və təmkinli davranın. 
Axşam saatlarında təmkinli olun.

Balıqlar - başqalarının mövqelərindən və fikirlərindən çox asılı olmayın. Öz biliklərinizə, bacarıqlarınıza güvənin. İntuisiyanız sizi aldatmayacaq. Yaxın ətrafınızdakı insanlarla ünsiyyət zamanı eşitdiyiniz hər sözə inanmayın.
Günün ikinci yarısında məqsədə doğru inamla irəliləyin. Aldığınız bəzi məlumatlar bilərəkdən təhrif olunub. Dostlarınızdan biri ilə münasibətləri bədxahlar korlamağa çalışırlar. Münaqişələri kompromis və güzəşt yolu ilə həll edin.
Neytral situasiyanın yaranması üçün təşəbbüskar olun.

Milli.Az

loading...

Şərh yaz:

24 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 İyun 00:0691

    Yeni heftemizin 1 ci günü uqurlar olsun Canlarim.

    Cavab yaz
    • Anonim
      Esmer · 24 İyun 10:0601

      Seninle Bahem Esra Can .

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 24 İyun 10:3501

        Cannn Esmərimmm canimmm

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 İyun 00:091029

    Size bir naqil danisim da-Biri var idi biri yox idi Bir erkek ceyran var idi Bu bir qiz ceyrani sevirler bir-birini delicesine Amma qiz ceyranin ansi deyir hec vaxt men sene qizimi vermiyecemm sen hara menim qizim hara sen lütün kasibin birisennn savadsizzssan Get eşşək ol anqir tayuvu tap.Ceyran gelib aqlayir Allaha yalvarir ki , Ay Allah meni Eşşek ele men gedim tayimi tapimm daaa Rehimli Allah Ceyrani cevirir edir Eşşek Bu Essek gedir bir qiz Esseye vurulur

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 İyun 00:121029

    ardi-Heee qizz Eşşeyin deee bütün nesli qalxir ayaqa kii bu iss basss tutasi deyilll Qizimiz nisanlidii oqlanin adamlari biler seniii yer üzünden silerler Senin bu qizi almaqin suda baliqla quruda heyvan kimi bir seydiii gett burdan Essek gedir yene Allaha yalvarir deyir ay Allah meni ele suda baliğ eləəə canim qurtarsin qurudan Allahin yene yaziqi gelirrr essek donur olur baliqqq bir az üzür bir qiz baliqa vurulur Bu baliqin yiyeleri esidirler deyirlerrr Eyyy bu qizzz denizler padsahinin qizidir sen yiyesiz kilkiii sene qiz veren varrr get burdannn padsah bilse seniii burdan sahile tulluyar haaaaabaliqi cirpirlarr

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 İyun 00:161229

    ardi-Atirlar sahileee Baliq gedir Allaha yalvarir deyir meni ele bir canliya cevir kii , her ezabaa dözümmm Allahimmm Allah rehm edir veee baliqiii donderir insan edirrr Baliq baxir kii, nece yarasikli bir oqlan olubbb deyirrrr neee ezabb varrr dözeremmm amma insanlikk dannn donmekkk eslaaa istemeremmm Bele yarasiklii bir oqlanaaa qiz tapilmayacakkkk???)))

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 24 İyun 00:171025

    Veeee..gecenizzz Bal Esraaa kimiii şipşirin olsunn canlarim

    Cavab yaz
  • Anonim
    Zəhra · 24 İyun 00:2262

    Sabahlarınız xeyirli olsun!!

    Cavab yaz
    • Anonim
      Şemkirli · 24 İyun 13:0411

      Her vaxtiviz xeir cenubun Sirin mehriban qizi necesiz,,ay Zehra xanim Bu Daglar Qizini niye kusdurduz Ne oldu Bu Qiz bele Kuseyen deildi

      Cavab yaz
  • Anonim
    Zəhra · 24 İyun 00:2523

    Əsmərcan. Salam USTAD. necəsən? Küsmə də məndən. Bilirsən Şəmkirli qardaşlm eynən mənim fikirlərimi yazmışdı. Ona görə təsdiqlədim. Məqsədim səni qırmaq deyildi cann. Nurkamı görməmisən?ççoxxxx darıxmışam

    Cavab yaz
  • Anonim
    Zəhra · 24 İyun 01:3458

    Və mən hələdə yata bilmirəm. Ahh bu düşüncələr

    Cavab yaz
    • Anonim
      Zehraya · 24 İyun 11:2721

      Niye yata bilmirsen .kimi Düşnürsen ? Mence senin düşüneceyin tek şey derslerindi .imtahanındı .

      Cavab yaz
      • Anonim
        Zəhra · 24 İyun 11:5012

        Hardan bildin? Elə məndə onu fikirləşirfim. Necə olacaq deyə. İmtahan bitibeee. Qalıb cavablar. Cann sən narahat olma mənə görə. Axşam əyləncə var idi ona görə gec yatdım. Çatdı?

        Cavab yaz
        • Anonim
          Zehraya · 24 İyun 12:2020

          Vayyy Cox Narahat idim eee men bilirem ki sen imtahan falan düşnene deyilsen .senin burdan cıxdqnı gormedim hec .o dersleri Hansı ara duşunursen .Yani dedim belke burda düşündyün biri var ....

          Cavab yaz
          • Anonim
            Zəhra · 24 İyun 13:2311

            Burdan çıxmamaq ??? Yəqinki ALLAHA inanırsan. Bax o Allaha and olsunki, indiyə kimi dərslərimdə problem olmayıb və həmişə yüksək nəticə göstərmişəm. İnanırsan inan , inanmırsanda öz işindi. Vallah heç sənmənə lazımda deyilsən. Burada düşündüyümbiri yoxdu inan. Mən daha çox realda gördüklərimi düşünürəm. . Virtualda yox.

            Cavab yaz
  • Anonim
    Şemkirli · 24 İyun 13:0020

    Salam dostlar necesiz,,Esmer xanim doğurdan incimisiz bizden off Daglar Qizi Sizi bele bilmezdim mohkem Xanimlar bele etmir axi

    Cavab yaz
    • Anonim
      Şemkirliye · 24 İyun 13:1420

      Hörmetli Şerhci size dunenki sehifede sual Vermişdim niye cavab yazmadız?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 24 İyun 13:2311

        Hormetli serhci cavab olaraq deyim ki,,dostdun tanisin sayi cox olsa yaxsidi,bes size kim ixdiyar verib ki meni secim qarsinda qoyasiz

        Cavab yaz
        • Anonim
          ..* · 24 İyun 13:3311

          Əsmərdidə qısqanclıgl tutub))

          Cavab yaz
        • Anonim
          Şemkirliye · 24 İyun 15:2720

          Men hec kimin ixtiyarı ile işlemirem bilersen menim ixtiyarım özümdedi .özüm de özüm ücün ixtyar verirem .sadece sual verdim .cox olmaldı olsun .da .ne deyrik ki .

          Cavab yaz
  • Anonim
    Şemkirli · 24 İyun 13:3811

    Ay Zehra off durub hesabat verirsiz ee sizde,VAllah bos seydi fikir vermeyin herenin oz fikiri var, esas Siz ozuvuz ozuvuzu taniyrsiz kimsiz,basqalari gec tez bilecek siz kimsiz fiso

    Cavab yaz
    • Anonim
      Zəhra · 24 İyun 14:4511

      Salam. Şəmkirli qarfdaşım. Necəsən ? Qaqaş bu özümdən asılı olmadan olduyee.Vəhənnəm olsun. Birdə Onun səviyyəsinə düşməyəcəm.

      Cavab yaz
      • Anonim
        Şemkirli · 24 İyun 16:0511

        Sagolun Cenublu balasi Men yaxsiyam Siz yaxsi olasiz, Zehra xanim Esmerin sekili de yoxdu aparib falciya baxdiram gorum bizden ne vaxta kimi kuslu duracaq bu qiz

        Cavab yaz
        • Anonim
          Şemkirliye · 24 İyun 17:1400

          Neynirsiz barışmasın da o qedermi Maraqlıdı Əsmər size .

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.