Cəmiyyət

Günün qoroskopu: Maraqlarınızın təminatı üçün görüş tuta bilər

21 İyun 2019 00:01
51 Şərh     Baxış: 11 372

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - Günü ailə üzvlərinizə və özünüzə həsr edin. Böyük dəyişikliklər olmayacaq və sizdən də əlahiddə səylər tələb edilməyəcək. Sakit və monoton çalışın, işlərinizdə qayda yaradın. Bu gün problemlər ciddi şəkildə hiss olunmasa da, sizi qane edəcək həll variantı tapılmayacaq.
İzafi emosionallıq və hissiyyat sakitlik, hərəkət, diqqət və qayğı tələb edir.
Ailə üzvlərinizin qayğıları ilə maraqlanın, onlara yardın edin, dinləyin. Emosional himayə ən gözəl yardımdır.

Buğa - Gün təmaslar, danışıqlar və xəbərlər baxımından zəngin olacaq. Çox iş görməli, müxtəlif tapşırıqları yerinə yetirməli, nəyisə tapmalı və ya təşkil etməlisiniz. Effektivlik orta səviyyədən aşağı olmasın deyə, tənbəllik etməyin. Fikrinizi yayındırmayın, tez-tələsik başqa işlərlə məşğul olmayın.
Diqqəti ikinci dərəcəli işlərə yayındırıb əsas məsələni unutmayın. Bu gün səhər saatlarından plan hazırlayaraq fəaliyyət göstərin. İşlərinizə başqalarının müdaxiləsinə imkan verməyin. Ev işləri üçün optimal gündür. Görüləsi işləri başa vurmaq üçün əyləncəyə və istirahətə daha az vaxt ayırın.

Əkizlər - İfrat dərəcədə aktiv olmayın, rutin işlərlə məşğul olun və belədə gün uğurlu keçəcək. Özünüzü narahat hiss etdiyiniz yerdə çox qalmayın. Sizi yanlış anlaya bilərlər. İncikliyə yol verməyin, səhih danışmağa çalışın. Düşünülməmiş addımlar atıb, tələsik qərarlar verməyin.
Hissiyatınızı dinləyərək ilkin emosiyalara uymasanız, işləriniz alınacaq. Maraqlı nə isə aşkarlasanız, onu təhlil edin. Evdə, ailə üzvlərinin yanında özünüz təhlükəsizlikdə hiss edəcəksiniz. Günün işlərində çətinliklərin səviyyəsindən asılı olmayaraq onları müzakirə edin.
Problemlər çözüləndir.

Xərçəng - Hadisələrin axarına mane olmayın. Problemlər öz-özünə həllini, suallar da cavablarını tapacaq. Yeni perspektivlər yarana bilər. Münasibətlərdə ikili standartları və ya tərəfdaşınızın, iş yoldaşınızın sizi aldatmağa çalışdığını hiss edəcəksiniz. Qəti qərar verməyə tələsməyin.
Yaxın ətrafınızdakı insanlar bu gün asan, dolayı yollar aramağa, gərginlik və işdən yayınmağa çalışacaqlar. Ən mühüm məsələ və problemlərin həllinə çalışın. Ailədəki bir işlə mühüm məşğul olmaq ehtiyacı yaranacaq. Heç nəyi köklü şəkildə dəyişməyin. Səylərinizi maddi baxımdan nəticə və ya formal sonucun əldə olunmasına yönəldin.
Şəxsi münasibətlərdəki inkişafı sürətləndirməyin.

Şir - Yalana düçar olacağınız situasiyaya düşməməyə çalışın. Sizi dilə tutaraq müəyyən məsələ ilə bağlı öhdəliyə nail olmağa çalışacaqlar. Bilin ki, razılıq versəniz, sonradan ciddi problemlə qarşılaşacaqsınız. İntriqa və oyunlara qatılmayın, dedi-qodu etməyin.
Tələsmədən düşünün, götür-qoy edin, təhlilə varın. Belədə mühüm problemin yeni anlamına nail ola bilərsiniz. İnformasiya ənənəvi kanallardan yan keçərək gələcək, sayıq olun. Dəyər verdiyiniz insanlarla münasibətləri sərinləşdirməyin. Mübahisə yaranarsa, tez barışın. Ev işlərini görün, qohumlara baş çəkin.
Alış-verişdə çox pul xərcləməyin. Ərzaq alarkən son istifadə tarixini yoxlayın. Mühüm qərarlar, bəyanatlar və əməllər üçün uğursuz gündür.

Qız - Bir yerdə dayanmadığınız, ətalətdə olmadığınız üçün bu gün sizi mükafatlandıracaq. Mənəvi əhəmiyyət kəsb edən hadisə baş verəcək. Ola bilər ki, nədənsə əl çəkəsiniz, hansısa məsələdə güzəştə gedəsiniz. Yaranacaq yeni vəziyyət sizi məcradan çıxaracaq. Yeni işlərə başlamayın. Amma faydalı məlumatlar və informasiya aldığınız bütün kanalları açıq saxlayın.
Kiməsə yardım edərək cavab reaksiyası ala bilərsiniz. Hadisələrə aşkar və sərt təsir etməyə çalışmayın. Ola bilər ki, yaşanan situasiyada başqa adamın marağı sizdən daha çoxdur.

Tərəzi - Hadisələrin gedişatı və olayların məcrası indi sizə aydın olsa da, yaşananlar bir anlıq olsa da, narahatlıq yarada bilər. Çünki bütün bunları istəmirdiniz, ehtimal etmirdiniz. Başqalarının inadkarlığı və ambisiyaları ilə əbəs yerə mübarizə aparmayın.
Güzəştə gedin, qüvvənizi sərf etməyin. Emosiyalarla dolu olan günü başa vurun. Qüvvəni və aydın düşünmə qabiliyyətini bərpa etməyin ən yaxşı yolu bir müddət tənha qalmaqdır.
Mövqeləri müdafiə etmək və eyni zamanda sakit həyat tərzinə davam etmək çətindir. Fəqət, hazırda sakitlik daha önəmlidir. Yaxşı təamlar, təmiz hava, yetərincə yatmaq və ətrafdakıların seçiminə dözüm günü problemsiz başa vurmağa imkan verərdi.

Əqrəb - Hadisələrin gərginləşəcəyi, əsəblərin tarıma çəkiləcəyi, işlərdə və hisslərdə qeyri-stabilliyin olacağı gündür. Münasibətlərdə əminlik hiss etmədiyiniz insanla çox açıq və səmimi danışmayın. Günün işləri kimi, hisslərlə əhvalın dəyişməsi də gözlənilməz ola bilər.
Hər şey ani hisslərə əsaslana bilər. Sizə nədənsə xəbər verən işarələrə və nişanlara fikir verin. Emosiyalar burulğanında batmamaq üçün bəlkə də ironik olmalısınız - kim bilir...
Açıq havada gəzinti, əylənmək, istirahət etmək faydalıdır. Hədiyyə dükanlarına baş çəkin, ya da böyük ticarət mərkəzinə yollanın.

Oxatan - Maliyyə məsələləri və ödənişlərdə diqqətli olun. İmpulsiv qərarlar verməyin. İşlə bağlı narahat fikirlər və maddi perspktivlərdən qaynaqlanan qayğıları daha konstruktiv məcraya yönəldin. Çoxdan başladığınız, amma yarımçıq qalmış işi tamamlayıb başa vurun.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səbrli olun, münaqişə, fikir ayrılığı, anlaşılmazlıq və inciklik yarada biləcək söhbətləri dəstəkləməyin.
Şəxsi münasibətlərdə yeni intriqa yarana bilər. Sevdiyiniz insanın qəlbini qırmayın.

Oğlaq - İndi bir çox situasiyalarda dominant rolu oynamaq istəyirsiniz. Şərti məqamların üstündən keçməməyə, üstünlüyünüzü nümayiş etdirməməyə çalışın, yaxın ətrafınızdakı insanların hisslərinə daha çox diqqət verin. Gün ərzində əks cins mənsubu ilə bağlı qəfil situasiya, valideynlərlə fikir ayrılığı mümkündür.
Təmasları məhdudlaşdırın, sizə maraqlı gələcək işlə məşğul olun. Uşaqlarla vaxt keçirmək də pis olmazdı.
Qarşılıqlı münasibətlərdə emosiyalar güclənir. Rəğbət bəslədiyiniz adamın qatıldığı tədbirdə iştirak edin.

Dolça - Bu günü ailə üzvlərinə, evdə bayram əhval-ruhiyyəsinin davamına həsr edin. Dostları qonaq çağırın. Emosional qeyri-stabillik alış-verişdə bədxərcliyə vadar edə bilər. Lakin pul xərcləmək gərginliyin aradan qaldırılması üçün vasitə deyil. Soyuqqanlı və məntiqli olun. Əks təqdirdə bu gün ciddi səhvlərə yol verdiyinizi bir qədər sonra anlayacaqsınız.
Maraqlarınızın təminatı üçün görüş tuta bilər. Söhbət maraqsız və cansıxıcı olsa da, dözün.
Axşam saatlarında istədiyiniz təki dincəlin.

Balıqlar - Ay sizin hissiyat və emosionallığınızı artıracaq. Gün mahiyyət etibarilə rahat olacaq, məhsuldar qarşılıqlı əlaqələr, faydalı informasiya mübadiləsi və dəstək mühiti yaradacaq. Bir çox məsələləri qeyri-rəsmi şəraitdə müzakirə etmək olar. İstənilən halda həmsöhbətinizin davranışına fikir vrein.
Müsbət əhval-ruhiyyə söhbəti doğru istiqamətə yönəltməyə imkan verəcək. Çətinliklər olacaq, lakin onların öhdəsindən gələ bilərsiniz. Səmimi söhbət gərginliyi aradan qaldırmağa imkan verəcək. Ailə üzvləri və yaxınlarınızı sevindirin. Siz də sevinərsiniz.

Milli.Az

loading...

Şərh yaz:

51 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 İyun 00:02111

    Cüməniz mübarek eziz olsun

    Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 08:2101

      Seninle bahem Esracan

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 21 İyun 08:3511

        Can Esmərimmm canim cox saq ol.

        Cavab yaz
  • Anonim
    Daglı · 21 İyun 00:02413

    Əyər ölürsəm buralarda,əyər mənim üçün biri varsa baş ucumda.Əyər ölürsəm buralarda,vəsiyyətimdir məni götürsünlər dogdugum torpaqlara.Məni kəndimin yagmurlarında yıkasınlar,yıkasınlar.Başucumda bitən yediverənləri ah aşiqlər qoxlasınlar

    Cavab yaz
    • Anonim
      Zəhra · 21 İyun 00:0801

      Superdi Dağlı bəy

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 21 İyun 00:0240

    Tutidan hər kəsə salam olsun

    Cavab yaz
    • Anonim
      Zəhra · 21 İyun 00:1000

      Salam Tutuya

      Cavab yaz
      • Anonim
        Esmer · 21 İyun 08:2200

        Salam Tovuzun en gözel Qızı TutuCan necesen

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 21 İyun 08:3500

          Cannn Tutuuuu

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 İyun 00:03152

    Hz Əli-Nəbadə özünden razı olasan Sen özünden razı olsan ,hammi senden narazı olacak.!

    Cavab yaz
    • Anonim
      Zəhra · 21 İyun 00:0800

      Like!!

      Cavab yaz
    • Anonim
      Fizuli Şirvanlı · 21 İyun 06:4720

      LIKE

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 İyun 00:0351

    Allah bendeye bir qapı acarsa kimseler eslaaa o qapini kapatamazzz!!

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 21 İyun 00:0424

    Ve... Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şipşirin Mestan Esra olsun coxxx gözelll

    Cavab yaz
  • Anonim
    Zəhra · 21 İyun 00:0610

    Sabahlarınız xeyir

    Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 08:2310

      Seninde Sabahın xeyirli olsun Zehracan ..

      Cavab yaz
  • Anonim
    5 il evvelki sherchi · 21 İyun 00:0720

    hamiya ugurlu gunler.

    Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 08:2410

      Sizinle Bahem.sizinde gününüz uğurlu olsun ...

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 21 İyun 08:3611

        Size de uqurlu günler her gününüz uqurlu olsun

        Cavab yaz
  • Anonim
    Zəhra · 21 İyun 00:0814

    Niyə bəzi qohumlardan zəhləm gedir. Ən gözəl günümü məhv etdiklərinə görə ? Yoxsa niyə??? Sovet təfəkküründən çıxa bilməyənlər. Offff

    Cavab yaz
  • Anonim
    Zəhra · 21 İyun 00:1113

    “ Qəlbimizdə böyük bir yanğın var. Heyif ki, göz yaşlarımızla bu yanğını söndürə bilməyəcəyik”!!

    Cavab yaz
  • Anonim
    Zəhra · 21 İyun 00:1210

    Şəmkirli, Allaha bağlı biri nikli Aytən niyə yazmırsız?

    Cavab yaz
    • Anonim
      Şemkirli · 21 İyun 09:3700

      Zehra xanim salam necesiz gozel insan cenubumuzun sirin Melek qizi necesiz,,VAllah isim gucum cox olur onunla elaqeder gec gec oxuyuram buralari sizler necesiz yaxsidi her sey ??

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 21 İyun 09:3300

    Əsmərim necəsən ?

    Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 11:3400

      Can Üreyim yaxşıyam Gözel Tutum teki sen yaxşı ol

      Cavab yaz
  • Anonim
    Şemkirli · 21 İyun 09:3900

    Esmer xanim ay Daglar qizi Salam necesiz Menim deyerli dostum real tanimasamda sexsiyetine boyuk hormetim olan insanlardan biri,,Daglar Qizi menden incimemisiz ki ????

    Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 11:3800

      Salam Şemkirli Balsı sağ ol .Qadan Alım yaxşıyam .sen Netersen .? yox incimemişem ..Sadece.İşiniz cox olduqu ucun her saat yazmıram sizi deyrem bezdirmeyim da ))) hele Şemkirdesiz .? İnan ki Hörmetiviz qarşlıqlıdı .

      Cavab yaz
  • Anonim
    Şemkirli · 21 İyun 09:4500

    Daglar Qizi Bu Tovuz Gozeli Tutu xanimda inciyib menden ?? Biz ki yerli sayliriq ay Tutu xanim Necesiz ?? Nurlana Xanimda yoxa cixib salam necesiz ayy yerli Ayyqaa haralardasiz??

    Cavab yaz
    • Anonim
      Nurlana · 21 İyun 11:2900

      Alekum salam yerlim ,men yaxciyam ay qaa,siz necesiz? Men buralardayam siz gec,gec yazirsiz. Shemkirdesiz helem?

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 21 İyun 10:5400

    Salam yerlim Şemkirli adınızı soruşdum demədiz məndə küsdüm . necəsiz ?

    Cavab yaz
  • Anonim
    Nurlana · 21 İyun 11:3000

    Salam Esmer can necesen?

    Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 11:3900

      Salam Aqaa :) sen necesen .Nurkam .Haralardasan .sen yoxsan yoxsa men )))

      Cavab yaz
      • Anonim
        Nurlana · 21 İyun 11:4900

        Salam,salam xosh gorduk sizi ay qaa:)) ay baji men buralardayam,sen yoxsan qadan alim)). Esmer deye deye qalmisham))) Men yaxciyam sen necesen? Ushaqlar necedi?

        Cavab yaz
        • Anonim
          Esmer · 21 İyun 11:5800

          Sag ol qadan alım Xoş gününe gelim Canım .Usaqlarda yaxşdı .cox sag ol Üreyim .onda men yox olmusam )))

          Cavab yaz
          • Anonim
            Nurlana · 21 İyun 12:0100

            Cox sagol ureyim. Her zaman yaxci olun canlarim. Qadan alim seni istemeyenler yox olsun

            Cavab yaz
            • Anonim
              Esmer · 21 İyun 12:0700

              Sende yaxşl olasan .gözelim Nurkam Allah seni Xoşbextlerin Xoşbexti etsin üreyim .

            • Anonim
              Nurlana · 21 İyun 13:3300

              Cox sagol ureyim

  • Anonim
    Nurlana · 21 İyun 11:3200

    Salam Zehra,Tutu, Esra necesiz?

    Cavab yaz
    • Anonim
      Esra ibrahimli(Samaxi) · 21 İyun 12:4100

      Cox saq ol canim Nurlanam men yaxsiyam sen necesen?

      Cavab yaz
      • Anonim
        Nurlana · 21 İyun 13:3400

        Teki yaxci olasan Esram. Mende yaxciyam canim

        Cavab yaz
    • Anonim
      Zəhra · 21 İyun 13:2900

      Çox sağol Nurkam. Yaxşıyam

      Cavab yaz
      • Anonim
        Nurlana · 21 İyun 13:3400

        Sevindim yaxci olmagina

        Cavab yaz
  • Anonim
    Zəhra · 21 İyun 12:1900

    Çox sağolun Şəmkirli qardaşım. Yaxşıyam məndə. Siz qayıtdız Rusiyaya? Demişdiz axı bezmisiz buradakı istilərdən. İşlərinizdə uğurlar qardaşım. Gözəl ifadələr üçün çox sağolun

    Cavab yaz
  • Anonim
    Şemkirli · 21 İyun 13:4200

    Cox sagolun men sabah gedecem insAlla bilet almisam,,amma Tutu xanim ona gore incimeyin bura yaza bilmerem adimi sexsi deil axi bura mence sizin ona gore menden incimeyniz duz fikir deil,,yalan addaa yaza bilmerem o mene yarasmaz yalan danisam

    Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 15:0100

      İnşallah Şemkirli balası gedin yaxşı yol Yolunuz acıq olsun belke ora gedende bir rahat yaza bilesiz))) amm payıza kimi qalardız da ...

      Cavab yaz
    • Anonim
      Esmer · 21 İyun 15:0400

      Şemkirli Balsı .axır Evvel sizin bu gizlin saxladıqınız adınızı oyreneceyik )))

      Cavab yaz
      • Anonim
        Şemkirli · 21 İyun 17:0500

        He belkede cox qaldim orda qisda geldim Daglar qizi gorek da insAllah ,,yox gizli saxlamram amma burda deyemerem axi incimeyin

        Cavab yaz
        • Anonim
          Esmer · 21 İyun 17:3100

          Bilirem Zarafat edirem onsuz burda kim adını duz deyir ki ))) he inşallah qışda bura yaxşıd he Moskva soyuq olur .teki Canın sag olsun .İşlerin her zaman uğurlu olsun .Eziz Şemkirli Balası .

          Cavab yaz
          • Anonim
            Zəhra · 21 İyun 21:2100

            Mənim marağım birazda artdı bu ada))))Ay Ustad

            Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 21 İyun 14:4000

    Salam gözəl gözlü Nurlanam mən yaxşı sən necəsən ? İşdə oluram vaxt olmur inan ürəyim sizinlədir.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.