Cəmiyyət

Günün qoroskopu: Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın

20 İyun 2019 00:01
13 Şərh     Baxış: 10 957

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - günün ilk yarısında yaxın perspektivə yönəlmiş layihəyə başlamaq olar. Əlavə impulsdan yararlanın, enerjili çalışın. Aktiv insan təsiri bağışlayın. Tənbəllik etməyin.
Günün ikinci yarısındakı situasiya sizdən problemlərin həllinə yaradıcı yanaşma ilə bahəm, dəqiqlik də tələb edəcək. 
Kommersiya üçün əlverişli zamandır.
Ailə üzvlərinin tələblərinə diqqətsiz qalmayın.

Buğa - günün ilk yarısında başlanan proseslər sizə sakit dövr vəd etmir. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün yaxşıca çalışmalı, zəhmət çəkməli olacaqsınız. Nəticə isə gözləntilərinizə uyğun gəlməyə bilər.
Günün ikinci yarısında yeni layihə və ya təklif istisna deyil. Mümkün qədər səbrli, təmkinli olun. Şərikin və ya tərəfdaşın mövqelərini nəzər alın.
Axşam saatlarında qonaqlar gələ bilər. Yaxşı vaxt keçirəcəksiniz.

Əkizlər - süst və ətalətli olmayın. Maraqlı layihəyə başlamaq imkanları yaranıb. Təklifləri dərhal qəbul etməyin. Yüz ölçün, bir biçin. Mümkün variantlar arasında ən sərfəlisini və effektivini seçin.
Günün ikinci yarısında tələsməyin. Ünsiyyətdə kasadlıq müşahidə olunmayacaq. Orijinal ideyanı reallaşdıranda emosiyalara qapılmayın.
Sağlam qidalanın, rasiona fikir verin. Əks təqdirdə əhvalınız korlana bilər.

Xərçəng - kiçik risk və eksperimentlərdən qorxmayın. Nüfuzunuz, maddi durumunuz və yaxın perspektivdəki planlarınızı təhlükəyə ata biləcək addımlardan çəkinin. Yaxşı tanımadığınız insanlara etibar etməyin. 
Günün ikinci yarısında tərəfdaşlarla müttəfiqlərin sayını artırın. Maliyyə və əmlak məsələlərində anlaşılmazlıqlar yarana bilər. Sığorta, təzminat, ödəniş və s. məsələlərdə sərvaxt davranın.
Yaxınlarınızın qayığısına qalmaq söz yox, əməl tələb edir.

Şir - yaxşı imkanlar vəd edən gündür. Sərvaxt davranın, yaranan şansları dəyərləndirin. Yaşam mövqeləriniz və prioritetlərinizin əsasını aktivlik təşkil etməlidir. Bir yerdə qalsanız, işlərinizdə irəliləyişlərə nail ola bilməyəcəksiniz.
Günün ikinci yarısında bilik və bacarıqlarınızı artırın. Özünüzdən bədgüman qalmayın. Tənqidə sərt reaksiya verməyin. Bacarıqlarınızı və imkanlarınızı obyektiv dəyərləndirin. 
Axşam saatlarında gəzintiyə yollana bilərsiniz.

Qız - özünüzü pis hiss etməyəcəksiniz. Müxtəlif layihələrə başlamazdan əvvəl yaxşı düşünün. Mümkün dividendlərlə bahəm, məruz qala biləcəyiniz itkiləri dəyərləndirin.
Günün ikinci yarısında liderlik məziyyətlərinizi çəkinmədən nümayiş etdirin. Rəqibləri üstələmək üçün obyektiv şərtlərdən maksimum istifadə edin.
Axşam saatlarını təbiət qoynunda keçirsəniz, əla olar. Yaxınlarınızla təmaslarda təmkinli, səbrli davranın. Anlaşılmazlıq yarada biləcək suallara zəmin yaratmayın.

Tərəzi - yaşananları dəqiq qiymətləndirin. Kobud səhvlərin fəsadları çox ağır ola bilər. İllüziyaların əsiri olmayın. Reallığı yanlış dəyərləndirsəniz, işlərinizdə axsamalar və ləngimələr olacaq.
Günün ikinci yarısında təriflərə aldanaraq fəaliyyət tempini aşağı salmayın uğurlar başınızı gicəlləndirməsin. Məqsədləri təftiş edin, daha yüksək səviyyəyə can atın.

Əqrəb - məqsədə doğru daha fəal hərəkət üçün yaxşı motivasiya var. Yaxın ətrafınızdakı insanların yardımlarından dəyərlənməyə çalışın. Zərurət yaranarsa, məsləhətlərə qulaq asın.
Günün ikinci yarısında intizamlı olun. Vaxtınızın qədrini bilin. Sevdiyiniz insan qayğı və diqqət tələb edir. 
Axşam saatlarında gəzintiyə çıxın.

Oxatan - günün ilk yarısı pozitiv və məhsuldar zaman vəd edir. Hadisələrin azarına kobud müdaxilə etməyin. Olayların nəzarətdən çıxmasına imkan verməyin.
Günün ikinci yarısında qayda və normalar çərçivəsindən kənara çıxmayın. Riski gərəkli saysanız belə, qanun və normaları tapdalamayın. Yaxın ətrafınızdakı insanlarla münsibətlərdə mövqelərinizin sərhədlərini dəqiq müəyyənləşdirin. 
Axşam saatlarında kimsəyə imkan verməyin ki, sizə kobud təzyiqlər etsin.

Oğlaq - müsbət emosiyalar, xoş hadisələr vəd edən gündür. Uzun müddətdən bəri sərf etdiyiniz əməyin bəhrəsini görə biləcəksiniz. İşinizdə və şəxsi münasibətlərinizdə irəliləməyə çalışın.
Günün ikinci yarısında hər hansı tipdə və ya formada riskdən uzaq durun. Şübhəli əməliyyatlara, fırıldaqlara qatılmayın. 
Axşam saatlarını sevdiyiniz insana sərf edin.

Dolça - rutin işlərdən usanmayın. Bu işləri sizin əvəzinizə kimsə görəsi deyil. Əməyinizin qədrini bilin, işləri yarımçıq qoymayın. Fəaliyyətinizdə iradəli olun.
Günün ikinci yarısında emosiyalar burulğanına düşərək qarşınıza qoyduğunuz məqsədi unutmayın. Başqalarının uğurlarına paxıllıq etməyin. İrəliləyiş üçün var qüvvə ilə işləyin.
Axşam saatlarında normal istirahət edin.

Balıqlar - maddi məsələlərə xüsusi diqqət yetirin. Ödəniş qabiliyyəti və maliyyə problemlərinin həlli xüsusi əhəmiyyət kəsb edir. Stabillik axtarışları sizi iş yerini dəyişməyin labüdlüyü ilə bağlı fikirlərə tuş etməsin.
Günün ikinci yarısında gəlir mənbələrini artırmağa çalışın. Karyera perspektivlərini düşünün. Yaxın gələcəklə bağlı planları dəyişmək olar.
Dəyər verdiyiniz insanlara, ailə üzvlərinizə və qohumlarınıza yetərincə vaxt ayırın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar. 

Milli.Az

loading...

Şərh yaz:

13 Şərh:

  • Anonim
    Natalya · 20 İyun 00:02174

    Menem birinci

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 İyun 00:0272

    Sabahiniz uqurlu maraqli gozel olsun Canlarim/

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 20 İyun 00:021212

    Ve geceniz xeyre qalsin yuxunuz da şirin olsun Bal Esra olsun şipşirin.

    Cavab yaz
  • Anonim
    Zəhra · 20 İyun 00:43140

    Sabahlarınız xeyir!

    Cavab yaz
  • Anonim
    Zəhra · 20 İyun 00:44180

    l very happy

    Cavab yaz
    • Anonim
      Zəhra · 20 İyun 12:3860

      Sağolasan like edən!

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 20 İyun 09:5503

    Sabahın xeyir Esra

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 20 İyun 10:3002

      Canim Tutuuu necesen kef ehvalin necedi?

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 20 İyun 10:1200

    Zehra necəsən

    Cavab yaz
    • Anonim
      Zəhra · 20 İyun 10:4000

      Çox sağol Tovuzlu Gözəli. Yaxşıyamm. Sən necəsən? İşlər necədi?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 20 İyun 12:4520

        Zehram baqislaaa gec oldu.canim seni ad günün munasibetiyle semimi qelbden tebrik edirem Yeni yasin mubarek ! Gözell illere, xosbext olasan arzularina catasan.

        Cavab yaz
        • Anonim
          Zəhra · 20 İyun 13:1310

          Cannn Çox sağol. !!!! Təşəkkürlər. !!!Bahəm. Sən də arzularına çatasan.

          Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 20 İyun 19:1400

    Çox sağ olun gözəllərim mənim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.