Cəmiyyət

Günün qoroskopu: Ünsiyyət çevrənizi genişləndirə bilərsiniz

18 İyun 2019 00:01
25 Şərh     Baxış: 12 547

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - ciddi və dərin hisslər, gərginliklər, problemlər istisna deyil. Hətta emosional şok da ola bilər. Halbuki, situasiya soyuqqanlılıq və düşünülmüş həllər tələb edir. Təmkinli olun, problemləri həll etməyə çalışın. Nəticə əldə etməyə çalışın.
Köhnə dostlar sizi təəssüfləndirə bilər. Yeni bədxahlarınızın peyda olması istisna deyil. Ehtiyatlı və diqqətli olsanız, problemlərin öhdəsindən gələ bilərsiniz.

Buğa - günün ilk yarısında yarana biləcək qəfil hadisələrə tam hazır olun. Çətin, birmənalı olmayan situasiyaların öhdəsindən gəlmək üçün problemlərin çözümündə kreativ davranın. 
Günün ikinci yarısında qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün müxtəlif  variantları təhlil edin. Onların arasında ən optimalını seçin.
Məişət çətinliklərini sürətlə aradan qaldırmağa can atın. Ünsiyyət çevrənizi genişləndirə bilərsiniz.
Axşam saatları birgə istirahət üçün əlverişlidir. Texnika və ya avadanlıq almaq üçün münasib zaman deyil.

Əkizlər - hədəflərlə məqsədləri təftiş edin. Onların arasında ən gərəklisini, əlçatanını seçərək məqsədə doğru qətiyyətlə irəliləyin. Saatlar keçdikcə emosional fon daha gərgin olacaq. Əhvalınız dəyişə bilər.
Günün ikinci yarısında hərdəmxəyallıq etməyin. İzafi gərginlikdən qurtulun. Stereotip düşüncəyə qapılmasanız, yaxın ətrafınızdakı insanlarla ünsiyyətiniz normal olacaq.
İttiham və iradlar üçün münasib zaman deyil.

Xərçəng - yetərincə laübəli, narahat gündür. Başqalarının problemlərinin həllində aktiv iştirak edərək öz işlərinizi unutmayın. Mübahisədə vasitəçilik etmək olar. Amma hakimlik fikrinə düşməyin. 
Günün ikinci yarısında yaxşı tanımadığınız insanların təkliflərini qəbul etməyin. Yollarda tıxaclar istisna deyil. Texniki nasazlıqlar sizi pərişan etməsin.
Səhhətinizdə kiçik problem yaransa belə, həkimə müraciət edin.

Şir - günün ilk yarısından etibarən intensiv işləyin. Tənbəllik etməyin. Bir qədər əvvəl başladığınız işi bitirin. Yarımçıq işlərin sayını artırmayın. İstənilən layihənin əvvəli təki, məntiqi sonluğu da olmalıdır.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərinizdə, ünsiyyətdə yaranan bəzi çətinlikləri kritik vəziyyət saymayın. Detallara ifrat əhəmiyyət verməyin. Fikir ayrılıqlarını normal şəkildə çözməyə çalışın.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Qız - bu gün təmas və ünsiyyətlər nə qədər çox olarsa, gün o qədər uğurlu keçəcək. İnsanaların gur olduğu yerdə vaxt keçirmək, diqqət cəlb etmək, bildiklərinizi bölüşmək və başqalarının problemlərini müzakirə etmək istəyəcəksiniz. 
İnsanlara yardım etmək, alicənab davranmaq, kimsənin xətrinə dəyməmək - bugünkü davranışınızdır.
Yaxın ətrafınızla təmaslarda səmimi və gülərüz olun.

Tərəzi - məqsədlərinizi reallaşdırmaq üçün var qüvvənizlə çalışın. Qarşınıza qoyduğunuz hədəfi nə qədər tez "vursanız", bir o qədər yaxşıdır. İmkan olan kimi fəal işləyin. Yorulsanız, dincəlin. İfrat yorğunluqda fəsadlar yoxdur. 
Günün ikinci yarısında intellektual fəaliyyət gözlənilən bəhrəni verəcək. Bununla belə, fiziki işləri unutmayın. Yaxınlarınızla ünsiyyətdə yumşaq, güzəştlərə meylli olun.
Sakit, səbrli davranın.

Əqrəb - təhlükəsizlik qaydalarına riayət edin. Ehtiyatlı, təmkinli olun. Soyuqqanlı insan təsiri bağışlamağınız gərəkdir. Yaxşı tanımadığınız insanlarla münasibətlərdə emosiyalara uymayın. Hirslənməyin. İlkin təəssüratlara aldanmayın.
Günün ikinci yarısında istismar olunan fərdə çevrilməyin. Qeyri-adi, çətin, qarışıq situasiyadan çıxış yolu tapmaq üçün çevik olun. Fəndgirlik də istisna deyil.
Sevdiyiniz insanla təmaslarda anlaşılmaz məqamlara aydınlıq gətirmək, bəzi hərəkətlərdəki sualları aradan qaldırmaq üçün üzbəüz söhbətə ehtiyac duyulur.

Oxatan - ətrafda nələrin baş verməsindən asılı olmayaraq təmkinli və səbrli olun. Başqalarının, daha emosional və təmkinsiz insanların qarşılaşdıqları insanların problemlərini bu minvalla dəf edə bilərsiniz. 

Yaxın saydığınız insanlarla ünsiyyət sizə rahatlıq, sakitlik bəxş edəcək.
Qısamüddətli, amma yorucu olmayan səfərə çıxa bilərsiniz.

Oğlaq - sakit, ahəstə işin çətinləşdiyi bir zamandır. Analitika ilə bağlı fəaliyyət üçün əlverişli vaxt deyil. İşiniz uzaq məsafələrdə reversiv hərəkətlə bağlıdırsa, sərvaxt olun. 
Günün ikinci yarısında problemlərin həllində tələskənliyə yol verməyin. Danışmaqla bahəm, başqalarını dinləməyi də bacarın. Yaxınlarınızla münasibətlərdə qayğıkeş, səmimi olun.
İstənilən çətinliyi danışıqlar vasitəsilə çözmək olar.

Dolça - aktiv, enerjili olun. Passivlik və süstlük əleyhinizədir. Dəyişən şərtələrə, situasiyadakı fərqli məqamlara alışmağa çalışın. Yaranmış imkanlardan bəhrələnin. Adi problemlər trivial olmayan həllər tələb edir.
Günün ikinci yarısında kommersiya və ya biznes layihəsi uğurlu alına bilər. Fəaliyyətinizin məhsuldarlıq səviyyəsini artırın. 
Yaxşı tanımadığınız insanlarla təmaslarda ehtiyatlı olun. Düşünülməmiş qərarlar qəbul etməyin.

Balıqlar - günün ilk yarısından etibarən problemlərin sayı artacaq. Yaxınlarınız diqqət, problemlər isə aktiv həllini tələb edir. Texnikanın qəflətən sıradan çıxması, yolda tıxaclar, vəd etdiyiniz görüşə gecikməyiniz istisna deyil.
Fors-major vəziyyətlər əsla əhvalınızı korlamamalıdır. 
Günün ikinci yarısında dəyər verdiyiniz insanla kiçik məsələlərin ucbatından mübahisə etməyin. Münasibətləri korlamayın. Dartışmalar sonradan ciddi münaqişəyə çevrilə bilər.
Axşam saatlarında normal istirahət etməyə çalışın.

Milli.Az

loading...

Şərh yaz:

25 Şərh:

  • Anonim
    Tovuzlu Tutu · 18 İyun 00:0240

    Tovuzludan salamlar!

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 İyun 08:4141

      Tovuzluya ve Tovuza Salamlar.

      Cavab yaz
      • Anonim
        Esmer · 18 İyun 08:5430

        Bizden de Tovuza Coxlu Salamlar ...

        Cavab yaz
        • Anonim
          Nurlana · 18 İyun 10:1630

          Alekum salam. Necesen Tutu can?

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 İyun 00:0230

    Sabahiniz uqurlu olsun

    Cavab yaz
    • Anonim
      Esmer · 18 İyun 08:5531

      Seninle Bahem Esracan

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 18 İyun 09:2821

        Canimmm menim Esmərimm

        Cavab yaz
        • Anonim
          Nurlana · 18 İyun 10:1620

          Caan cox sagol bahem

          Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 İyun 00:0340

    Status-Dua et xosbext olarsan ,Sebirli ol bu duani yasayarsan !

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 İyun 00:0432

    Sizlereeee şirin yuxular.. bal Esra kimi Mestan Esra olsun yuxunuz Şipşirin.

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 18 İyun 08:2742

    Caan Esra canım

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 18 İyun 09:2931

      Tutu canimm menimmmmm

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 18 İyun 08:4170

    Esmərim canim senin gül balani tebrik edirem Valideynlerinin fexri olsun İnsallah xeyirli ovlad olsun.100 yasasin yeni yaşı mubarek olsun

    Cavab yaz
    • Anonim
      Esmer · 18 İyun 08:5750

      Can Üreyim Cox sag ol Canım Esram cox cox Teşekkür edirem Allah Seninde Bir Balanı Saxlasın .

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 18 İyun 09:2840

        Esmərim canim saq ol var ol !

        Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 18 İyun 09:1240

    Əsmərim ürəyim

    Cavab yaz
    • Anonim
      Esmer · 18 İyun 10:5340

      Can sende menim Üreyimsen ?Canım Tutum

      Cavab yaz
  • Anonim
    Nurlana · 18 İyun 10:15120

    Bu gun canim bacim,Esmerimin shirin,gul balasinin,ad gunudur. Xalasi onu tebrik edir. Shirinim ilk öncə sənə uzun ömür can sağlığı valideynlərinə layiqli bir oğul olmağını arzu edirəm,100 yasha gozel bala.

    Cavab yaz
    • Anonim
      Esmer · 18 İyun 10:3140

      Can Üreyim Bacım Cox sağ ol Xalası Allah Seni Xoşbext Etsin Canım Nurkam

      Cavab yaz
      • Anonim
        Nurlana · 18 İyun 10:3440

        Caaan cox sagol ureyim.

        Cavab yaz
      • Anonim
        Şemkirli · 18 İyun 17:3500

        Salam dostlar necesiz,,Daglar Qizi Salam necesiz gozel insan mehriban dost Balacanin uzunden opun bizim evezimze Yuz yasasin Atali Anali boysun Xosbextlerin xosbexti olsun Ata Anasina layiqli Evlad olsun

        Cavab yaz
        • Anonim
          Esmer · 18 İyun 19:1400

          Salam Şemkirli balası .Necesiz? Cox sag ol Ezizizm Allah Razı olsun .Tşk Edirem

          Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 18 İyun 11:2940

    Caan Əsmərim məndə şip şirin körpəmizi təbrik edirəm . Çox yaşasın Allah saxlasın.

    Cavab yaz
    • Anonim
      Esmer · 18 İyun 12:5400

      Can üreyim Cox sag ol Gözel Tutum .opürem .

      Cavab yaz
  • Anonim
    Şemkirli · 18 İyun 17:3900

    Salam Nurlana xanim yerli necesiz

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.