Cəmiyyət

Günün qoroskopu: Ətrafınızdakılarla heç cür dil tapa bilmirsiniz

12 İyun 2019 00:01
27 Şərh     Baxış: 10 907

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Müsbət emosiyalar almağa elə can atırsınız ki, həyatın yalnız bu emosiyalardan ibarət olmadığını unudursunuz. Bu gün vəzifələrinizi unudur, verdiyiniz sözləri yadınıza salmaq istəmirsiniz. Üstəlik, belə yüngüllüyə görə kimsənin sizi cəzalandırmayacağından çox əminsiniz. Yeni tanışlarınızda müsbət təəssürat yaratdığınızdan yeni əməkdaşlıq, yaxud da eşq macərasının başlanması mümkündür.
Qarşı cinsin nümayəndələrinin diqqəti sizə çox xoşdur. Bəzən onu əldə etmək üçün özünüzü abdalcasına aparırsınız. Böyüklərin müdrik məsləhətlərini dinləyin, o zaman bir çox ciddi səhvlərdən qaça bilərsiniz.

Buğa - Yaxşı ideyalar və yeni planlar çoxdur, bunların reallaşdırılması qarşınızda yeni imkanlar açır. Düzdür, çox işləməli olacaqsınız, üstəlik, şərait də bir o qədər ürəkaçan olmayacaq. İntellektual potensialınız yüksəkdir, odur ki, hətta ən mürəkkəb məsələni qısa müddətdə həll edirsiniz. Uzunmüddətli planlaşdırma aparmaq olar.
Çox sakit və soyuqqanlısınız. Bu, işlərinizi yoluna qoymağa kömək edir, ancaq ətrafınızdakılarda xoş olmayan təəssürat yaradır. Çox hissiyyatlı olanlar isə sizin ümumiyyətlə daşürəkli olduğunuzu düşünəcəklər.

Əkizlər - Ünsiyyət və yeni tanışlıqlar üçün çox münasib gündür. Çox cazibədarsınız, bu, ətrafınızdakıların nəzərindən yayınmır. Yeni eşq macərasının başlanması ehtimalı böyükdür, amma hisslərin dərinliyi hələlik sual altındadır.
İşgüzar adamlar üçün gün yaxşı sayıla bilər: bizneslərini genişləndirə, sərfəli müqavilələr bağlaya bilərlər. Bürcün bütün nümayəndələri sürprizlərə, pul, dəyərli hədiyyələr almağa ümid edə bilərlər. Uşaqlar və qaraqabaqlıqları dillər əzbəri olan adamlarla asanlıqla dil tapırsınız.

Xərçəng - Xırda çətinliklər və problemlər çox olsa da, nə sizin əhvalınıza, nə də baş verən hadisələrə münasibətinizə təsiri olmayacaq. Düşmənlərinin üzərində tezliklə qələbə çalacaqlarından əmin olan Xərçənglər yanılmırlar, çünki doğrudan da, düzgün yanaşma nəticəsində istədiyinizə çata bilərsiniz, bir az ağlınızı işlətməyiniz gərəkdir.
Ev işlərilə məşğul olmaq faydalıdır, yaxınlarınız da sizə həvəslə kömək edəcəklər. Ümumi qayğılar birləşdirir. Sevdiyiniz insandan yardım istəməkdən çəkinməyin, o buna hətta sevinəcək.

Şir - Gözəl ideyalar, gələcək üçün maraqlı planlar yaranır. Əsas odur ki, onları reallaşdırarkən tələsməyib, daha yaxşı məqamı gözləyəsiniz. Bu gün mənfi tendensiyalar vaxtaşırı özünü büruzə verir, özü də sizin heç gözləmədiyiniz bir vaxtda.
Faydalı bir məlumat alaraq dərhal ondan yararlanacaqsınız. Sizin üçün çox dəyərli bir insanla rastlaşa bilərsiniz. Yaradıcı potensialınız yüksəkdir, müxtəlif şənlik və əyləncələrin təşkilində tayınız-bərabəriniz yoxdur.

Qız - Parlaq, yaddaqalan, üstəlik, məhsuldar və xoş gündür. Həyatınızı kökündən dəyişə bilərsiniz, yetər ki, istəyin. Faydalı məlumatlar vaxtında gəlir və yalnız intuisiyanın hesabına qərar verməyə gərək qalmır. Çox dəyərli məsləhətlər verirsiniz, bu, ətrafınızdakıların diqqətindən qaçmayacaq.
Bir şey pisdir: emosional fon qeyri-sabitdir, bu səbəbdən çox əsəbisiniz, xırda anlaşılmazlıqlara sərt reaksiya verirsiniz. Xüsusilə xeyli insanın çalışdığı kollektivdə işləyən Qızların işi çətin olacaq.

Tərəzi - Gərgin, təzadlı gündür. Fikirlərinizdə, planlarınızda və istəklərinizdə bir nizam yaratmağa nail ola bilmirsiniz. Eyni zamanda, düşmənləriniz sizi yanıldır, sizi idarə etməyə çalışırlar, özünüzü toplayın. İri alış-veriş etmək, daşınmaz əmlakın alqı-satqısı, yaxud icarəsi ilə bağlı sənədləri imzalamaq məsləhət deyil.
Zəngin fantaziyanız, hər bir işə yaradıcı yanaşma situasiyanı yaxşıya doğru dəyişməyə imkan verir. Cəhd göstərin, hər şey alınacaq. Qısamüddətli səfərlər üçün münasib gündür.

Əqrəb - İşlər sizin gözlədiyiniz kimi getmir. Planlarınız dağılır, yeni şəraitə uyğunlaşmaq lazım gəlir. Bir çox Əqrəblər özlərini köməksiz hiss edəcəklər, təbii ki, əhvalları da korlanacaq. Etibar etdiyiniz insanların dəstəyindən məhrum olmağınız işləri daha da çətinə salır.
İrimiqyaslı layihələri reallaşdırmağa çalışmayın, ümumiyyətlə, böyük işlərə girişməyin. Yaxınlarınız sizi düşünülməmiş hərəkətlərdən çəkindirməyə çalışırlar, onların məsləhətinə qulaq assanız, ağıllı iş görmüş olarsınız.

Oxatan - Diqqətinizə işə yönəltsəydiniz, çox şeyə nail ola bilərdiniz. Ancaq bu gün bürcün nümayəndələrini uğur deyil, ətrafdakıların təqdiri daha çox maraqlandırır. Qələbələrinizə diqqət çəkmək, özünüzün ən yaxşı cəhətlərinizi nümayiş etdirmək üçün çox əziyyət çəkməli olursunuz. Bu "faydalı" məşğuliyyət xeyli vaxtınızı və gücünüzü alır. Halbuki bunları daha səmərəli bir fəaliyyətə sərf edə bilərdiniz.
Özünüzlə, ətrafınızdakılarla dürüstsünüz, bəzən bu, xoşagəlməz situasiyalar yaradır, ancaq eyni zamanda qlobal problemlərin qarşısını alır. Vacib qərarlar verə, gələcək planlarınızı dəqiqləşdirə, nikaha girə bilərsiniz.

Oğlaq - Bu günün uğurları entuziazmla düz mütənasibdir. Əgər candərdi iş görürsünüzsə, heç bir nailiyyətə ümid etməyin. Ruh yüksəkliyi və nikbinlik isə istənilən problemi aradan qaldırmağa kömək edəcək. Faydalı əlaqələr qurmaq olar, bir çox məsələlərin həllində sizə yardım edə biləcək bir insanla tanış olmaq şansınız var.
Ailə problemlərinin həlli və aktual məsələlərin müzakirəsi üçün münasib gündür. Mürəkkəb situasiyadan çıxış yolu tapmağa nail olursunuz. Bugünkü davranışınız rəyinə hörmət etdiyiniz insanın diqqətini sizə yönəldəcək, təqdir olunacaqsınız.

Dolça - Ətrafınızdakılarla heç cür dil tapa bilmirsiniz. Bu həm işgüzar, həm şəxsi münasibətlərə aiddir. Bir çox Dolçalar o qədər anlaşılmazlıqla rastlaşırlar ki, demək olar ki, hamını özlərinə düşmən görürlər. Tamamilə yalqız qalmaq riski ilə üz-üzəsiniz. Pulları düşünmədən sərf edirsiniz, günün sonunda pulqabınız boşala bilər.
Sizə maraqlı olan işlərlə məşğul olaraq nəinki uğurlar qazanacaq, üstəlik, başqalarını da arxanızca aparacaqsınız: müştərək iş qarşılıqlı anlaşmaya yol açır. Sevən Dolçalara romantk gəzintilər, at üstündə gəzinti, su kənarında istirahət məsləhət görülür.

Balıqlar - Qələbə qazanmaq istəyirsiniz, amma bunun üçün heç bir iş görmürsünüz. Nə ağıllı, nə də sərfəil mövqedir. Ola bilsin ki, bəxtiniz gətirsin, ancaq doğrudan da, müvəffəqiyyət əldə etmək niyyətiniz varsa, o zaman işləyin. Tənbəllik, ehtiyatsızlıq, səliqəsizlik çoxsaylı xırda itkilərə yol açır.
Yaxınlarınıza qarşı diqqətli olun, onların yanında olmağa çalışın. Uşaqlarla daha çox vaxt keçirin, onlarla oynayın. Günün ikinci yarısı gözünüzə artıq görünən əşyalardan qurtulun.

Milli.Az

loading...

Şərh yaz:

27 Şərh:

  • Anonim
    Şemkirli · 12 İyun 00:0230

    Salam doslar necesiz

    Cavab yaz
    • Anonim
      Nurlana · 12 İyun 00:2700

      Salam siz necesiz yerlim?

      Cavab yaz
      • Anonim
        Esmer · 12 İyun 09:1810

        Biy Qadan Alaram ay qaa Sen Netersen ? birinci olmusan . Her zaman Birincilerden olasan .Şemkirimin gözel ürekli Balası.

        Cavab yaz
        • Anonim
          Şemkirli · 12 İyun 12:3200

          Salam Daglar Qizi cox sagolun men yaxsiyam sukur yaxsi olasiz,Ay Sirin diline bax da bunun,(Ayqa necesiz) bakida havalar necedi gelmediz da bu daglarin serin bulaqlari sizzsiz qalib Ay Daglar qizi

          Cavab yaz
          • Anonim
            Esmer · 12 İyun 13:0400

            Her zaman yaxşı olasız .qadan alım ayqa ))) mende yaxşıyam Şükür .he gele bilmedim heleki .Bakı istdi men istye cox dozumum yoxdu )) menim ucun cox istdi .)) İyulda gelerem yeqin ki inşallah hele gele bilmirem .Şemkirde isti olar he .? Qoy biraz çox darıxsınlar menim ücün ))))

            Cavab yaz
            • Anonim
              Şemkirli · 12 İyun 13:5800

              He Daglar qizi isdidi deme daha cox isdi,, menimde hec dozumum yoxdu Amma mecburen dozmeliyik,,insAllah gedecem 3 4 gune yoxsa getmesem bu yay olecem burda men

      • Anonim
        Şemkirli · 12 İyun 11:3900

        Salam Yerli cox sagolun Allah razı olsun

        Cavab yaz
        • Anonim
          Esmer · 12 İyun 14:3400

          He dehwetd istdi .getyin yer isti deyil ki ? Serin olur oralar? Inwallah yaxwi yol gedin .Soz deyrem eee nece yawin var bilmek olar .yoxsa sende sir saxlysan ))) yayda Wemkirde olsan gelerdin bizim Rayonumuza....

          Cavab yaz
          • Anonim
            Şemkirli · 12 İyun 16:1700

            Niye olmur ki 31 yasim var,,Helbete moskva hara semkir hara ora serindi helbete,,goruserik qismet olsa insAllah

            Cavab yaz
            • Anonim
              Esmer · 12 İyun 16:4700

              Can qadan alam ayqa )))) Allah dahada uzun uzun omur versin size . Menen biraz boyuksuz ))))amma men eşidyme gore orada istdi axı indi .amma şemkir nefes kesir ))))inşallah .Tiktokdan cıxmisan yoxsa ordasan ?

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 İyun 00:0260

    Sabahi uqurla acin gününüz xos ehvaliniz gözel olsun Canlarim !

    Cavab yaz
    • Anonim
      Nurlana · 12 İyun 00:2810

      Cox sagol canim,bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 İyun 08:0121

        Canışımmm canimmmmm

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 İyun 00:0354

    Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun canlarim

    Cavab yaz
    • Anonim
      Nurlana · 12 İyun 00:2801

      Seninde gozel

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 12 İyun 08:0901

        Canışım saq ol var oll.

        Cavab yaz
      • Anonim
        Esmer · 12 İyun 09:1800

        Seninle bahrm Esram canım

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 12 İyun 09:3510

          Cannn Esmərimm canimm Saq ol var ol

          Cavab yaz
  • Anonim
    Esmer · 12 İyun 09:2501

    Nurkam sen necesen ?

    Cavab yaz
  • Anonim
    Esmer · 12 İyun 09:2602

    Esram srn necesen gözel bacım ?

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 12 İyun 11:0310

      Cann Esmərim men yaxsiyam cox saq ol sen necesen usaqlar necedir?

      Cavab yaz
      • Anonim
        Esmer · 12 İyun 12:4600

        Can her zaman yaxşı olasız canım mende yaxşıyam şükür Allaha uşaqlarda yaxşdı canım sag ol Senin oğlun necedi ? Sevnir mekteb bitib ))))

        Cavab yaz
        • Anonim
          Şemkirli · 12 İyun 18:4500

          Daglar Qizi Orda varam amma girmirem Tiktoka maragsizdi size gore acdim men onu oda bele alindi,,nese qismet beledi yeqin orda hec dostumda yoxdu

          Cavab yaz
          • Anonim
            Esmer · 12 İyun 18:5400

            Anladım .olsun onda poz )))) marağszdı .men orda vidyolara baxram ona gore he menimde orda dostum yoxdu ))) anca baxmaq ucun girirem ..Şemkirliler cox vidyo paylaşır orda )))

            Cavab yaz
  • Anonim
    Esmer · 12 İyun 19:5300

    Şemkirli balası .Abacımın oglu da moskvadadı .her defe deyir ki mene qız tapın gelim toy elyom qaydım da .)) İnanırsan ne qeder qız şekli atrıq beyenmir .her qıza bir soz tapır day bezdım .bu gun Şeherde .bir oglanın qucağında meymun gordum .))) Elede qeşey paltar geydrbler)) goturdum şeklini atdım ki bax sene ne qesey qız tapmışam ))) tez gel toyunu edek ))))

    Cavab yaz
    • Anonim
      Şemkirli · 12 İyun 22:2600

      Axsaminiz xeir Daglar Qizi onunda oz qismeti var vaxti catanda gelib o insanla evlenecek heyata qacilmaz olan Alin yazisi var men inanram ona,,Mene taparsiz belke evlendim ay daglar qizi(Zarafatsiz )cox isderdim sizi real taniyam Qismet olsa

      Cavab yaz
      • Anonim
        Esmer · 13 İyun 08:3300

        Sabahın xeyr Şemkirli balası .qadan alım Subaysan hele .kimi gozdyrsen .))) Belke sene bir qız tapım ))) qismetin qarşına cıxacaqına .inanırsan ona mende inanıram e Amma .birden de ele olur ki ele qismet cıxır ki qarşına .peşman olur adam ..Allah xeyrli bir qismet cıxarsın her kesin qabagına ...İnan ki mende cox isyerdim Sizi tanyım .yenede qismet .

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.