Cəmiyyət

Günün qoroskopu: Üstünlük və itkiləri dəqiq dəyərləndirin

10 İyun 2019 00:01
51 Şərh     Baxış: 10 619

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Qoç - Sizi sürprizlə bahəm, tələ də gözləyə bilər. Gözləntilərinizin çox olduğu situasiyalarda diqqətli davranın. Dostlarla görüş, romantik münasibətlər nəzarətdə olmalıdır.
Başqalarının işlərinizə müdaxiləsinə, sizin əvəzinizə danışmasına və ya nə isə etməsinə imkan verməyin.
Evlə bağlı tədbirlərlə ailə üzvləri birləşərək həmrəy olacaqlar. Günün ilk yarısında başladığınız mühüm işi günün ikinci yarısında mütləq başa vurun.
Xaos və dağınıqlığın yaşandığı məkanı qaydaya salın, yaşam arealını kontrolda tutun.

Buğa - Ailə işləri və evlə bağlı qayğıları çözməyə başlayın. Ailə üzvlərinin tələblərini, istəklərini nəzərə alın.
Yaxın gələcəklə bağlı planları müzakirə edin, mümkün perspektivləri nəzərdən keçirin. Yaşam arealınızda nizam və qayda yaradın.
Səfər və ya dar çərçivədə görüş əsnasında gözlənilməz, xoş tanışlıq mümkündür. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin.
Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın.
Gəlişigözəl sözlərə və vədlərə inanmayın.

Əkizlər - Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.
Ötən həftədən qalmış işi başa vurun.
Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın.
Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur.
Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Simiclik etməyin.

Xərçəng - Səhər aktivlik nümayiş etdirin, dünəndən yarımçıq qalmış işi təxirə salmadan başa vurun. Özünüz barədə az danışın, başqalarını müzakirə etməyin.
Xəbərlər və informasiya axınını süzgəcdən keçirin. Diqqətinizi işdən yayındıranların felinə uymayın.
Günün ikinci yarısı bir çox işlərdə, xüsusilə də maliyyə və emosional müstəvidə uğur vəd edir.
Xarici görünüşdə yenilik üçün yaxşı vaxtdır. Axşam saatlarında istirahət edin, əylənin.

Şir - Oyun qaydaları sizi təmin etmirsə, onları dəyişməyə çalışın. Gəlir və mənfəət verməyən işlərdən imtina edin.
Sizinlə əlaqə saxlayan insandan yeni iş, layihə və ya sifariş ala bilərsiniz. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün ifrat aktivlik məhdudiyyətlər, maraqlı şəxslərin müqaviməti ilə qarşılaşacaq.
Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.
Axşam saatlarında dincəlin. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.

Qız - Səhər saatlarında işə başlamaq çətindir. Amma süst və tənbəl olmayın, işə başlayın. Önəmli işi günün ikinci yarısında mütləq başa vurun.
Mühüm tədbir, dəyişiklik və ya planı iş yoldaşınız, şərik və ya dostunuzla müzakirə edin. Tənha, təkbaşına qalmamağa çalışın.
Birgə iş effektiv olmaqla yanaşı, daha sürətli alınacaq. İşgüzar və şəxsi münasibətlər uğurlu şəkildə kəsişəcək, yaşamınızı ilhamverici emosiyalarla zənginləşdirəcək.
Maddi məsələlərdə pozitiv irəliləyişlər tərəfdaş və ya işdə rəhbərliyinizlə bağlı ola bilər.
Axşam saatlarında qonaq gedin, ya da qonaq qəbul edin.
Ev şəraitində ünsiyyət daha komfortlu olacaq.

Tərəzi - Uzaqdan gələn xəbər güclü emosional rezonans yaradacaq. Müəyyən əlaqə, təmas və ya münasibətdəki rolunuza yenidən baxmalı olacaqsınız.
Yaşam arealınızın gələcəyə ümidlərinizlə bağlı hissəsində qayda yaranın, yeni alınan informasiyadan bəhrələnin. Sizin üçün önəmli münasibətlərdə səmimi fon yaradın.
Yaxınlarınızın qayğısına qalın. Aktiv araşdırma, tədqiqatlar, toplantılar üçün əlverişli gün deyil.
Şəxsi işləriniz və evlə bağlı qayğıların təminatı ilə məşğul olun.
Təmasları süni şəkildə sürətləndirməyə çalışmayın.

Əqrəb - Dəyişikliklər başlanır, yeniliklər bir-birini əvəzləyir. Fəaliyyət və yaşamın ənənəvi, köhnə çərçivələri artıq darlıq edir. Bütün proseslərə nəzarət etmək mümkün deyil.
Səhər saatlarından etibarən çox iş görməyə çalışmayın. Yaxın ətrafınızdakı insanların davranışlarına fikir verin.
Ən zəif "bənd"i taparaq onun yaratdığı diskomfortun sonuclarını aradan qaldırın. Qohumluq əlaqələri və tanışlıqdan istifadə edin. Faydalı məlumat sizdən yan keçə bilər. Yuxulara yox, real situasiyaya və potensialınıza inanın.
Axşam saatlarında uzaqdan gələn məlumatların sayı artacaq.
Gəzintiyə çıxın. Dostlarla yazışın, zəngləşin. Situasiyadan kənarda qalmayın.

Oxatan - Su indi təhlükə mənbəyinə çevrilə bilər. Mühüm danışıqlar və müzakirələrdə diqqətli olun. Maraqlarınızı tam təmin etməyə çalışın, mənafelərinizi qoruyun.
Planlar dəyişə bilər. Şərtləri nəzərə almaq, situasiyaya tabe olmaq, başqa fəaliyyət sahəsini seçmək məcburiyyəti yarana bilər. İntuisiyanıza etibar edin.
Dəyişkən əhval və maraqlar dumanında qəfil ideya sizin "mayak"ınıza dönə bilər.
Lazımi zamanda lazımlı yerdə olmağa çalışın. İşlərinizi elə görün ki, kimsə müdaxilə cəhdlərində uğur əldə edə bilməsin.
Qətiyyətli, sərt, amma soyuqqanlı olun.

Oğlaq - Günah hissi və ya məcburiyyətlə qarşılaşacaqsınız. Öz maraqlarınızı müvəqqəti unudaraq yaxın ətrafınızdakı insanların mənafelərini düşünün.
Hissiyyat, emosionallıq, yaşamınıza müdaxilə edən insan və ya nəsnə ilə bağlı narahatlıq fikrinizi yayındıra bilər. Ehtiyatlı və təmkinli olun.
Yaşananların mühüm şərtlərini araşdırın, qeyri-müəyyənlik yükündən qurtulun. Asılılıq hissindən qurtulmaq üçün konkret addımlar atın.
Maraqları dəyişmək və ətraf aləmlə qarşılıqlı əlaqə çərçivələrini genişləndirmək üçün əlverişli zamandır. Seçim edin. Üstünlük və itkiləri dəqiq dəyərləndirin.

Dolça - Səhər saatları həmkarlar və şəriklə gərgin mübahisə ilə başlayacaq. Önəmli mövzu ilə bağlı razılaşma əldə olunmayacaq. Cari işlərlə məşğul olmağa çalışın.
Günün ikinci yarısı mübhəm məsələlərin çözülməsində uğur vəd edir. Yaşamınızda yeni intriqa yaranacaq. Əks cinsin təsiri artır. Ailə üzvləriniz və qohumlarınız izafi tələbkarlıq nümayiş etdirirlər. Onların təlaşlarını sakitləşdirin.
Ev işi ailə üzvlərini yeni məqsəd uğrunda birləşdirə bilər. Günün ikinci yarısında bir, amma mühüm işlə məşğul olun.
Səxavətli olun, hədiyyə verin, səmimi davranın.

Balıqlar - Münasibətlər və işlərlə bağlı mövqeləri dəyişmək zamanıdır. İndiyədək diqqətinizi ciddi şəkildə cəlb edən nəsnəyə və ya mövzuya marağın azalması istisna deyil. Yeni maraq obyekti aramağa tələsməyin.
Yaşadığınız kimi yaşayın. Poçt qutusunu yoxlayın. Mövcud hissləriniz və emosiyalarınızla bağlı informasiya ala bilərsiniz.
Ailə üzvləri ilə təmaslar və sizin üçün mühüm əlaqələrdə böyük emosiyalar yaşanacaq.
Axşam saatlarını komfort, rahat şəraitdə keçirin.
Alış-verişdə bədxərclik etməyin.

Milli.Az

loading...

Şərh yaz:

51 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 İyun 00:0250

    İlk heftenin 1 ci günü uqurlar olsun gününüz xos ve maraqli olsun Canlarim....

    Cavab yaz
    • Anonim
      Nurlana · 10 İyun 00:4900

      Cox sagol canim bahem

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 10 İyun 08:2900

        Cannnn cox saq ol var ol !

        Cavab yaz
    • Anonim
      Esmer · 10 İyun 08:2810

      Seninle bahəm Esracan

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 10 İyun 08:4800

        Esmerim canimmm saq ol var oll ezizimmmm

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 İyun 00:0312

    Geceniz xeyre qalsin yuxunuz bal Esra olsun şipşirin olsun Məstan kimi gözel olsun

    Cavab yaz
    • Anonim
      Nurlana · 10 İyun 00:5000

      Bahem urekk

      Cavab yaz
  • Anonim
    Şemkirli · 10 İyun 00:2120

    Salam Dostlar necesiz Esmer xanim Necesiz Daglar qizi dunenki sefede yazmisiz bagislayin gec oxudum ne var ne yoxx Menim Mehriban dosdum eziz insan

    Cavab yaz
    • Anonim
      Nurlana · 10 İyun 00:4900

      Salam Yerli siz necesiz? Shemkirdesiz?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 10 İyun 11:4600

        Salam yerli he xox sagolun men he Semkirdeyem siz haralardasiz?

        Cavab yaz
    • Anonim
      Esmer · 10 İyun 08:3000

      Salam Şemkirli balası Cox sag olun .yaxşıyam .Siz necesiz .işleriniz nece yoluna qoya bildiz .Şemkirdesiz hele ?

      Cavab yaz
      • Anonim
        Şemkirli · 10 İyun 11:4510

        Daglar qizi cox sagolun yaxşı olasiz he semkirdeyem bizim bir yas dusub men ona gore burdayam hele ki bas qarsiqdi gec gec yaziram uzurlu bilin sizin isler necedi

        Cavab yaz
        • Anonim
          Esmer · 10 İyun 11:5800

          Can Allah Rehmet etsin . Narahat olma ....mende şukur yaxşıyam Ezizim cox sag ol

          Cavab yaz
          • Anonim
            Şemkirli · 10 İyun 12:1100

            Cox sagol olenlenlerin rehmet ,mene cox yaxin insan Axsaqqal idi ona hekim vaxt qoymusdu deye getmedim moskvaya getsemde qaytmaliidim yaxsi ki getmedim

            Cavab yaz
            • Anonim
              Esmer · 10 İyun 12:2900

              Neynek qadan alım ..Allah Rehmet etsin .Allah sizede Can sağlıqı versin .heyatdı da heyatda her şey olur .işlerinizi bitrib gedersiz gorursuz deyrdiz 15 gunluk gelirem .amma .heyat .ele etdi ki artıq aydan coxdu burdasız .yeter ki Allah her zaman üstünüzde olsun .Allah yolunu daim Acıq etsin .Şemkirli balası ....

  • Anonim
    002 · 10 İyun 00:2100

    Tekrar biliyin anashdhr?

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 10 İyun 07:0411

    Sənində sabahın xeyir olsun bal gibi Esracanım

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 10 İyun 08:3000

      Cannnnn cannnnn saq ol var ol canim

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 10 İyun 07:0400

    Salam şəmkirli necəsən

    Cavab yaz
    • Anonim
      Şemkirli · 10 İyun 11:5900

      Salam Tutu xanim necesiz ne n Var ne yox,tovuz gozeli bura girende qacaraq yazib yene qacirsiz

      Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 10 İyun 07:0601

    Nurlana Əsmər Aynur Zehra Mehriban Harun Cavid Murad necəsiz gününüz xoş və uğurlu keçsin Esra bajım demiş

    Cavab yaz
    • Anonim
      Esmer · 10 İyun 08:3100

      Can Tutum Necesen gozel bacım

      Cavab yaz
      • Anonim
        Nurlana · 10 İyun 09:0300

        Salam sabahin xeyir,Tutu necesen? Cox sagol bahem

        Cavab yaz
    • Anonim
      Esmer · 10 İyun 08:3200

      Nuruş salam necesen .Aqaa )))

      Cavab yaz
      • Anonim
        Nurlana · 10 İyun 09:0400

        Salam Esmer can yaxciyam aqaa:) sen necesen?

        Cavab yaz
        • Anonim
          Esmer · 10 İyun 09:1100

          Yaxwi ol ureyim menem da bele .(

          Cavab yaz
          • Anonim
            Nurlana · 10 İyun 09:2000

            Sagol ureyim. Nolub niye bele? Ushaqlar yaxcidi?

            Cavab yaz
            • Anonim
              Esmer · 10 İyun 09:2800

              Cox sag ol canim wukur yaxwidlar uwaqlar .

            • Anonim
              Nurlana · 10 İyun 10:1100

              Yaxci olun canlarim

  • Anonim
    Tovuzlu Tutu · 10 İyun 09:1100

    Əsmərim və Nurkam məndə yaxşıyam yaxşı olasız

    Cavab yaz
    • Anonim
      Nurlana · 10 İyun 09:1900

      Caan cox sagol,sende yaxci ol Tutu can

      Cavab yaz
  • Anonim
    Nurlana · 10 İyun 09:1600

    Sizildiyir ey hekim ''ashk'' deyende ureyim ''dost'' deyende kureyim.

    Cavab yaz
  • Anonim
    Nurlana · 10 İyun 09:1800

    Bezen bizi guldureni yox bizi ''Agladani''daha cox sevirik.

    Cavab yaz
    • Anonim
      Esmer · 10 İyun 09:3100

      Nurka Wemkirde nece gun qaldin ? Hec olmaya tut yedin yoxsa Anca yarpaq qalmisdi))))

      Cavab yaz
      • Anonim
        Esmer · 10 İyun 09:5700

        Aqaa :) dünen Şemkirlilerin toyu idi burda Şeherde .Oglan bilsen neydi Geline kimse toxuna bilmez .))))) Gelinin anasının iş yoldaşları vardı .gelni .oynamaq ucun cağırdılar .bey qoymadı ki ))) Ele bil Gelini kimse ogryacaqdı )))) Bey meni eseb eledi ))))

        Cavab yaz
        • Anonim
          Nurlana · 10 İyun 10:1001

          Hemishe toyda ureyim. Oglan uje ag eleyibmish))) . Bizimkiler meheremlikden soram toy elemek isteyir((( men istemirem tez olsun((

          Cavab yaz
      • Anonim
        Nurlana · 10 İyun 10:0600

        4 gun Shemkirde,3 gunde Qubada qaldiq:). He doyunca yedim tut yerin melum aqaa:)

        Cavab yaz
        • Anonim
          Esmer · 10 İyun 10:3510

          Nuş olsun Aqaa:) .he tezdi hele biraz gozlesinler qoy )))) sizin beyde ele qısqancdı inan .ki men ele insan gormemişdim .özünü gorsedrdi da .yazıq qızın toydan sorakı gunlerine .qefese salacaq )))))

          Cavab yaz
          • Anonim
            Nurlana · 10 İyun 11:2900

            Cox sagol,ay qaa:)) Shemkir lehcesi) he tezdir gorum neyniyecem onu razi salim:))). He bizimkide qisqancdi,amma day o qederde yoxda:)). Yaziq qiz:))

            Cavab yaz
  • Anonim
    Esmer · 10 İyun 11:3400

    Ca he tezdi hele ))) saxla )) he Şemkir Lehcesi Ay qaa deyrler cox sevrem Şemkir Lehcesinde Şemkirimde))) Qadan alaram Netersen ay qaa )))

    Cavab yaz
    • Anonim
      Nurlana · 10 İyun 11:4500

      Bajin saa qurban:)) yaxciyam ay qaa,qadan alarame senin))

      Cavab yaz
      • Anonim
        Esmer · 10 İyun 11:4900

        Qadan alaram )) qetiyen toya telesme Bajı mesleheti sene )))) biraz surundur ))))

        Cavab yaz
        • Anonim
          Nurlana · 10 İyun 12:3200

          Ok ay qaa;) surundurmek lazimdir biraz)))

          Cavab yaz
          • Anonim
            Esmer · 10 İyun 13:1200

            Qadan alım ayqa Biraz yox coxxxx sora gelib boyuk bacı idin Niye meslehet vermedin deme haaa))))))indiden deyrem sene ))))))))

            Cavab yaz
            • Anonim
              Nurlana · 10 İyun 13:2500

              Bash uste ay qaa cox surundurejem)) cox sagol meslehetun ucun ay bajim:)

            • Anonim
              Esmer · 10 İyun 13:3200

              ))))))))

    • Anonim
      Şemkirli · 10 İyun 11:5100

      MasAllah olsun ne yaxsida bilirsi z xeli guldurduz meni ay daglar qizi

      Cavab yaz
      • Anonim
        Esmer · 10 İyun 12:0000

        Allah her zaman gülmek versin .deyrem day Lehcemize kecek ))) Qadan alaram .lehcemiznen danşım ))))

        Cavab yaz
  • Anonim
    Nurlana · 10 İyun 12:3300

    Cox sagol yerlim. Men uje Bakidayam. Allah rehmet elesin yerlim

    Cavab yaz
    • Anonim
      Şemkirli · 10 İyun 15:1000

      He Daglar qizi,Ayqa cox sagolun,,qadanalim menimde esas dil verdisimdi qadanalim qadasi deyrem tez tez tergoye bilmirem

      Cavab yaz
      • Anonim
        Esmer · 10 İyun 15:5700

        Can Qadan Alaram ay qa .)))) Mende en cox qadası sozunu işledrem .eşitmisen Mahnida oxuyrlar Qadan Alaram Şemkirim)) Tik tokda Şemkirliler hamsı oxyur)))))) niye de tergidesen ki ))) menim Xalam oglu var oda .Maskvadadı da 16 ildi gormurem anca .bele telde yazmaq danışmaq gelmir heleki .goruntlu yıgıb meni danşanda .Necesen .dedim .dansdıq qurtardı ureyi durmur ses atır sen dilvi deyişmisen .niye Netersen demirsen Necesen deyrsen )))) Deyrem qadan Alım .birde demerem .)))) Eseblesir özü 16 ildi tam gelmir da amma evveler gedib gelirdi .hec dilini deyişmir ki .))))

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.